Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz



Yüklə 4,91 Mb.
səhifə35/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   31   32   33   34   35   36   37   38   ...   48
qıyşamaq: . kökləmək. dənək, pırob üçün tikmək). .

qıymaza qıyma, qanmaza yanma. .

qıymazdan qaçın, qıyana yaxın.

qiyməti var (bar) kəsməz, ''varlı'' kəsər.

qıymıl su dursa durular. (qıymıl: qımıl: bulanıq). .

qıyşıq buruq, uzun olsun yol olsun, yaman oğul, kitoz dosdun olmasın. (kitoz: kitos. iki üzlü, kinli).

qıyşıq güvdən, tüstü düz çıxar. (güvdən: gühdən). (ilan hər yana qıvrıq gedsədə, öz yuvasına düz gedər). (oldağın gərəyindən qaçmaq olmaz). (oldağın: vaqeiyyətin. fəktin).

qıyşıq oturda, doğru gəpir (əğri otur, düz danış).

Qız ağacı-qoz ağacı, hər yetən bir daş atar! (Araz Gunduz).

qız al, qızıtıq yox. (qız mal al, qızılıq mal alma). (bikr, yeni mal al, bahalısın alma) (qız: bikr. yeni). (qızıtıq: qızılıq: bahalı).

qız al, qızıtıq yox. (qız mal al, qızlıq mal alma). (bikr, yeni mal al, bahalısın alma). (qızlıq. qızıtıq: bahalı).

qız alan qızara qızara gələr.

qız alanda gərəklik, göz qapalı, qulaq açıq olmalı.

qız alırsan evdən al, eldən yox. (ev qızı).

qız alsan, deyəcək, özün bilərsən, dul alsan, deyəcək, özüm bilərəm.

qız anlatar, qadın yaşadar. (anlatar: nağıl deyər). (yaşadar: uyqular. işə keçirər).

qız anlatar, qadın yaşadar. (anlatar: nağıl deyər). (yaşadar: uyqular. işə keçirər).

qız evi bir dəgirmandır, arıda gəlir, darıda gəlir.

qız evi, naz evi, oğlan evi, qoz evi. {qız evi qır verər (qızın istiyəni çox var), oğlan evi şişirər (ay oğlanın nələri var)}.

qız əringən ər çatmaz, ər əringən qız çatmaz. (əringən: gəvşək. təmbəl).

qız gəzən oğlan ayağı uzun, əl açıq gərək, yar gəzən qız qapaçıq gərək (qapaçıq: qapısı açıq) (nərdə gəzdim yoxudun, çox qaldında qoxudun). (demək istirki. mıncıq (incik) deşik gərək, yolda gərək).

qız girdəgə girər, əslidə onda bəllənər.

qız girər girdəgə, kirtigi çıxar üzə. (kirtigi: həqiqəti. iç üzü).

qız görməmiş qız görsə yaltaq yaltaq alçalar. (qızın nə olduğun bilməyən).

qız iyi, gül iyi.

qız kişi savı yorıq bulmaz: paxılın adı sanı keçməz.

qız kişi savı, yorıq bulmaz. (qız: qıs: qıt: paxıl). (paxılın adı sanı keçməz).

qız qarrısa qazi, it qarrısa tazı olar.

qız maraq gözlər, qadın sayqı. (maraq: təvəccüh).

qız oğlanın halva qapan günləri. -oğlan pula qul oldu, qızlar pula satıldı, yarın yurtda atmaz gün, evlik işlik atıldı.

qız olmadan gəlin yox, toxunmadan bezin yox.

qız olmadan gəlin yox, toxunmadan bezin yox. (hər nəyə ortam (mihit), iş gərəkir).

qız osdurur, ana basdırar.

qız söğünsə, gəlin gücənir. (gücənir: sıxılır. başa düşür). (qızı söğüb, gəlini gücət. (gücət: tənbeh elə. başa sal). {qızın söğür, gəlini gücətir. (gücətir: tənbeh edir. başa salır)}. {qızı söğət, gəlin gücət. (söğət: söğ)}. (qızına deyir gəlin anlasın). {oğluva de, güv utansın. (güv: güvey. kürəkən)}.

qız yükü, duz yükü.

Qız yükü-duz yükü! (Araz Gunduz).

qıza aytdım, gəlin düşsün. (düşsün: düşünsün). (aytdım: dedim).

qıza deyilir, gəlin dinlir.

qıza, qız, gəlin anlasın.

qızan, yanılar. (hirslənən səhv edər).

qızarıb ölmək, sararıb yaşamaqdan yeğ.

qızda ağıl olsa, yeddi arın (eybin) gizlədir (örtər).

qızdınsa əlin tutub dilin tut.

qızdırmayla bacaran, ölümə yaxılmaz. (yaxılmaz: aldırımaz. qapılmaz. üstələr).

qızı evdə tanı, iyidi çöldə.

qızı hamamda bəğənərlər. (qızı hamamdan gələndə bəğən).

qızı olan ballanır, oğlu olan barlanır. (barlanır: varlanır).

qızı olan qazlanır, oğlu olan varlanır. .

qızı otaqlıya yox, papaqlıya ver.

qızı söğət, gəlin gücət. (söğət: söğ)}. (qızı söğüb, gəlini gücət. (gücət: tənbeh elə. başa sal). {qızın söğür, gəlini gücətir. (gücətir: tənbeh edir. başa salır)}. {qız söğünsə, gəlin gücənir. (gücənir: sıxılır. başa düşür)}. (qızına deyir gəlin anlasın). {oğluva de, güv utansın. (güv: güvey. kürəkən)}.

qızığı düşmüş ağrısı yok, şişi gedmiş, acısı yok. (acısı: acışması). (sorun savılıb, işlər yolunda).

qızıq daşı, soyuq aşı. (davranışı sıcaq olubda, içi quru, soyuğ olan).

qızıq qazıq (mıx) yol açar.

qızıqlı seviş, keçəri yağış, biri yaşlılıq, biri yazlılıq. (qızıqlı: 1. ged gəlli. yüyrәk. istiqanlı. 1. maraqlı. əlaqəli). (yaşlılıq: gənclik).

qızıqlıq güdmürəm səndən, soyuqluq nədən edisən. (qızıqlıq: istilik. istiqanlıq. səmimilik).

qızıqlını uşütmə basar, soyuq tər axar. (qızığ: sıtma). (sıtma kəsəlli üşüyüb, soyuq tərlər).

qızıl dil danışar, göy başın axmasına, yarılmasına yol açar.

qızıl döyəcəyi (çəkişi. toxmağı) gümüşdən olur.

qızıl döyəcəyi gümüşdən olur.

qızıl gedsin, od qalsın, kişi gedsin, iş qalsın.

qızıl gül ad değişməklə, isin dəğişməz. (isin: iyin).

qızıl gül solur, tikanı qalır.

qızıl gül yer yaraşığı, doğru yoldaş, ər yaraşığı.

qızıl gülüm yadlara, tikanları mənə qaldı.

qızıl haçar, qapılar açar.

qızıl inək qaraqabaq gəlinə süt verməz.

qızıl körükdə, ər korluqda bəllənər.

qızıl külçək, qadın göyçək gərək. (külçək: teyxa qızıl. şümş). (ağır, çətin çitik seçimli kimsə) (çitik: düğün) (çitik: düğün).

qızıl qab pas götürməz.

qızıl qarışdı palçığa. palçıq mindi dəğərə. kişi atından düşdü. eşşək mindi yəhərə.

qızıl olan pas qapmaz, igit olan söz satmaz. (söz satmaz: sır verməz). {qızıl olan pas qapmaz, igit olan söz atmaz. (söz atmaz: sözünə yiyə çıxar)}.

qızıl otda, kişi qında (zəhmətdə) bəllənür.

qızıl palçıqdada parıldar.

qızıl saplı olsada, qazma işi eşmədi.

qızıl taxtın, qara baxtın olmasın.

qızıl vardı, bir sözdü, qazıb tapma, min sözdü.

qızıl yatağ üsdə ot bitməz. {buda bir toxşu, bir söz. -ağıllıda saç durmaz. ağıllılıq keçəllik. (toxşu: . bursan. məntiq. fikri sistim)}.

qızıl, gümüş əsgiməz (köhnəlməz).

qızıl, iş can aparır, yaşıl, iş aparır.

qızıl, körükdə, ər, korluqda bəllənür.

qızıl, qızlığında, qızıldır.

qızıl, odla bəllənir, kişi işlə.

qızıl, palçıqdada parıldar.

qızıl, pas atmaz.

qızılbaş, qanına gedər.

qızılın əli olmasada, çox iş görər.

qızılın qiyməti, qıslığındadı (qıtlığındadı).

qızım demə gəlinsə, oğlum demə güveysə. (güveydən oğul, gəlindən qız olmaz).

qızım demə gəlinsə, oğlum demə güveysə. (güveydən oğul, gəlindən qız olmaz).

qızım sən qulaq ver, gəlin eşitsin. (qızım sənə deyirəm, gəlin eşitsin).

qızın gözü qızılda.

qızın keçəli, daraq bəyənməz.

qızın söğür, gəlini gücətir. (gücətir: tənbeh edir. başa salır)}. (qızı söğüb, gəlini gücət. (gücət: tənbeh elə. başa sal). {qızı söğət, gəlin gücət. (söğət: söğ)}. {qız söğünsə, gəlin gücənir. (gücənir: sıxılır. başa düşür)}. (qızına deyir gəlin anlasın). {oğluva de, güv utansın. (güv: güvey. kürəkən)}.

qızın tapdır, gəlin anlasın.

qızın yeği ər evində, qanana yeği öz evində. (yeği: yaxcısı).

qızına deyir gəlin anlasın. (qızı söğüb, gəlini gücət. (gücət: tənbeh elə. başa sal). {qızın söğür, gəlini gücətir. (gücətir: tənbeh edir. başa salır)}. {qızı söğət, gəlin gücət. (söğət: söğ)}. {qız söğünsə, gəlin gücənir. (gücənir: sıxılır. başa düşür)}. {oğluva de, güv utansın. (güv: güvey. kürəkən)}.

qızınla yurt qurasın, oğlunla ordu olasın (qızı ilə yurd qurmaq: iç güvey (kürəkən) gətirmək. -örnəyin, qızı erməni dığasına verirsənsə, öz balavı, dinivə, dilivə, yurduva qənim çıxarırsın).

qızıtılıq, qıtlıq. (bahalıq, naçarlıq, qəhətlik). (qızıtlıq: qızıllıq: bahalıq).

qızıvı vermə erməni sikə, yurduva, dilivə qənimin tökə.

qızqın olub dingin durasan, varlı olub yoxsul qılnasan, acından ölüb onur güdəsən, ərkli olub əkdi qalasan, tovaçlıq deyil, hovanlıqdır. (qızqın: hırslı). (dingin: aram). (ərkli: qurətli). (əkdi: müəddəb). (tovaçlıq: tovğaçlıq: güclülük. baturluq). (hovanlıq: axmaqlıq).

qızqınlıqda yum ağzın.

qızlatgilən ürəkdəki sevgivi.

qızlı ev qudasız olmaz. (qudasız: qohumsuz).

qızlı evə qırx at bağlanar.

qızlıq (qıtlıq) olsa buğda al. arvad ölsə qızın al.

qızma ilə dil, əlin ötgür olur, dinmə ilə us huşun özgür olur. (qızıb qızışma sözü çaşdırır, əli, qavqanı önə sürür, dinclik, huzur uslanıb düşünməyə yol açır).

qızma ilə dil, əlin ötgür olur, dinmə ilə us huşun özgür olur. (qızıb qızışma sözü çaşdırır, əli, qavqanı önə sürür, dinclik, huzur uslanıb düşünməyə yol açır).

qızma, qınama, dözü ver!.

qızmış öğüş götürməz, yaman söğüş götürməz. (qızmış: qəhbə). (öğüş: nəsihət). (söğüş: yaman).

qıztı malın alıcısı, dörd göz olmalı. (bahalı nərsə alan, çox özən göstərməlidir). (qıztı: qızıt: bahalı).

qoağ umduğundan yox, olduğundan yeyər.

qoca ağac əyilməz.

qoca ardına düşən, düdükdən paysız qalmaz. (yaşlı götdə yel durmaz).

qoca aslana, çaqqalda gülər.

qoca at yolun çaşmaz.

qoca bağbanın bağın, tikən çöp alır.

qoca gözüylə arvad al, gənc gözüylə, at.

qoca havax inanar gücünə, çünki onun ömrü yetmiş ucuna.

qoca it tarıcan bilər, qoca qız qazıcan.

qoca qartal, sıçan avlar.

qoca qırqı sıçançı, qoca oğru yalançı.

qoca qurd yolun şaşmaz.

qoca öküzü öldürmək, öğrətməkdən qolaydır.

qoca sıçan deşiksiz qalmaz.

qocada güc olmasada, ağıl gərək.

qocadan demək gələr, iyiddən görmək.

qocal bağbanın bağın tikən çöp alır.

qocalar evi, axmaq pulluların son duraqları, yoxsulların yuxuda görmədikləri yerdir.

qocalar ölməyə qurça gəzər, gənclər ölməyə urça. (qurça: doğal mahana). (urça: təsadüf. təsadüfi nədən).

qocalığın adı ağır özü yüngül. (tez qonar qapıya).

qocalığın adı uzaq özü yaxın. (ölməyə nə qaldı ki). (başı topla işin bitirə).

qocalıq nisgili qalmasın könlündə sənin. (pir olasan. çox yaşıyasan).

qocalıq yaşda olsun, başda olmasın.

qocalıqdır ömrün güzü mən düşdüm, dilək qalmış, gücüm yoxdur uçmağa.

qocalır ürək, könül deyir yaşa hələ, çoxun keçmiş azın qalmış, inam olsa durar hələ.

qocalmışsan yatun qalmaz, ölüm gəlsə çatun qalmaz, köç durulsa, dəh yapılsa, gələn yetər ötün qalmaz. (yatun: yadun. bəlləyin. hafizən). (çatun: fürsətin) durulsa: yasransa. hazırlansa). (dəh yapılsa: dəng yapılsa: ağrıq, yük bağlansa). (ötün: çağ. zaman).

qocanın ən acı ötü. –oturduq, boşa ötürdük. (qocanın ən acı sözü. –oturduq, boşa ötürdük).

qocanın qıçına, cocuğun sözünə güvənc olmaz. (qocanın gücü yox, cocuğun güvəni yox).

qocanın sözü var, gəncin gücü.

qocasın basan, qıyrılar, xocasın basan siyrilər (siyrilmək: silinmək. yoxlanmaq. yox olmaq).

qocaya eşşək gərək, cavana arvad.

qocayaşlı ol qoca başlı yox. (qocayaşlı: qoca yaşlı. çox yaşlı. ötəşi). .

qocayla xoca birbirin götürməz.

qoç igidin qocur gücü, savaş günün qalasıdır. (qocur: ərkin).

qoç iyid, dayısına çəkər. (bulağ öz gözündən su içər. (ot kökü üsdə bitər. ). (olduğun, doğulduğun, bulunduğun yerin, qoşutun, quşağın, şərayitin etgisi altında qalma. ).

qoça buynuz, yük olmaz.

qoçaq iyid el düzər, yılmanağı el tozar. (yılmanağı: qorxağı).

qoduq hamını eşşək görür.

qoduq ulu babasından pox yeməyi öğrəşər.

qoğduğun itin dalıca gedmə.

qoğqalaq qaçar, yel yalı uçar, duraq duraq qoyub götrər. (tapmaca). (tiren).

qoğma qorxağı, qorxusu gedər yaman olar.

qoğşatmasan qatığı, atsan dişi sındırır. (qatıq: qat, bərk olan). (yumşatmadan bərk nəyi, salsan dişə, diş qırır).

qoğu quyuya girsə yel alır. (qoğu: bəxdi dönmüş. bədbəxt. korbaxt. . ).

qoxan nərsə çevrəni pozar.

qoxmayasan diyəndən, qorxun olsun yiyəndən.

qoxsa başından balığ, qalmaz aman ölkədə. (qoxsa: qoxursa). (balığ: şəhər). (aman: əmniyyət).

qoxu irişir, burun qanır.

qoxunu alamadan, boynunu saramadan, üzünə toxunmadan, əllərini tutunmadan, uzaqlardan sevdim səni, sevirəm səni.

qoxursada üstün yalınğuzluq, qovuşluq iyi içindən kəsilməsin. (təklik qoxursansa belə, qoşalıq, cütlük hissi səndən üzülməsin).

qoxusu gəldi, umusu gəldi.

qoxusun alıb güvənin, nə çox yanan başlar var. (güvən aşırılmalıdır (başdan aşırılmalıdır), dənәnməlidir, təcrübə olunmalıdır).

qoxusun alıb güvənin, nə çox yanan başlar var. (güvən aşırılmalıdır (başdan aşırılmalıdır), dənәnməlidir, təcrübə olunmalıdır).

qol açmazı, baş açır qolay. (baş: ağıl ) (qol: əl).

qol sınsa yenq içində: baş sınsa börk içində.

qolan quyuya düşsə, qurbağa ayqır olar.

qolay demək, gücün edmək.

qolay tutun yaşamı, ağır yüngül aşamı. . istədimsə soradım, sevdimisə söylədim, bəğənmədim bəlirtdim, özlədimsə aradım, görüşsəkdim çağırdım. (aşamı: dövrü. təcrübəni. mərhələni). (görüşsəkdim: görüşmək istədimsə).

qolçomaq bir əlin çomağı, bir əlin qolçağı olur. (qolçomaq: quldur. lotu) (çomağı: basqı aracı) (qolçağı: oyunçağı). (qolçomaq bir əlin çomağı (basqı aracı), bir əlində qolçağı (oyunçağı) olurlar. basqı aracı).

qolda edin malı sən, edmədən qul mal səni. (qolda edin malı sən, tutanmadan qulluğuna mal səni).

qolların qovuşdurub, əllərin oğuşdurub.

qolun yuğar kişioğlun qanına, qan içib qanmaz durar bu evrən, mal yığnasan kəsit yoxsa işində, malın bilən yergə utar bu evrən. (kəsit: zəkat). (işlənmiş. maxtumqulu).

qonağ gəldi, kütəl qaç. (yersiz gəldi, yerli qaç).

qonağ nəfəs kimidir, girib çıxmasa xəfələr.

qonağ oldun üç gün, üç gündən son köçgün.

qonağ umduğun yox, tapdığın yeyər.

qonağa aş qoy, iki əlin boş qoy. (qonağa iş buyurma).

qonağa gəl deyiblər, qal ki yox.

qonağa ümüd olan, öz evində qonaq qədərdi.

qonağa verdiyin ver, haçar vermə.

qonağı erməni olanın. !!!!.

qonaxlıq süfrəsi çün götürüldü, qonaxla hamısı evdən sürüldü.

qonaq az oturur, çox görür.

qonaq başı sezrəgi yeğ.

qonaq birinci gün güldü, ikinci gün küldü, üçüncü gün küllük (küllüyə atılmalıdır).

qonaq çarşavı kimi, hər gələnin altına döşənir.

qonaq gələr eşikdən, rızqı düşməz deşikdən.

qonaq gəlsə qarşına çıx qonaqla, kəndin özün bu evrəndə qonaqsan.

qonaq girir eşikdən, qonaqçı qaç deşikdən. (eşikdən: qapıdan).

qonaq girmədən, çıxış yolun açıq qoy. (çıxış yolun yaxın qoy).

qonaq ilə qonaqçı, eşşək ilə eşşəkçi dil tapar.

qonaq qonaqa yer verməz, qonaqçı heç birinə.

qonaq qonaqa yer verməz, qonaqçı heç birinə.

qonaq nəfəs kimidir, girib çıxmasa xəfələr.

qonaq oldun, əşgi (insaflı) ol, eşşək yox.

qonaq tapdığın yiyər, umduğun yox.

qonaq umduğun yox, bitiğin yeyər.

qonaq umduğun yox, tapdığın yiyər.

qonaq üçün ev yapma, yadın üçün öz atma. (yadın: yad olan). (öz: içdən olan).

qonaq yedi qazı, öpdü gülnazı, keçdi arazı, genə narazı.

qonaqçı kimi evini, öləcək kimi, içini arıt.

qonaqlıq üçü, köç günü. (qonaq üç gün olur).

qonana qədər qonaq utanar, qanandan sonra qonağçı.

qoncaq (mənzili) uzaq, eşşək çolaq.

qonduk yurdun dəyəri, köçtük yurtta bəllənir (bilinir).

qonşu atır, qonşu tutur.

qonşu damdan düşər, qutsuzun boynu sınar. (qutsuzun: şansısızın).

qonşu dövlətli olsa kor qızı ərə gedər.

qonşu əğri (oğru) olmasa, bağ çəpəri, qoy damqanı neyləyər.

qonşu ilə dosluq eləyib, çəpəri götürmə.

qonşu iti qonşuya hürməz, qonşu var it kimi hürər.

qonşu qonşunu sıxışdırsa, yadlar yurtda xanlıq edər.

qonşu qonşunun külü diləngi. (diləngi: yoxsun. möhtac).

Qonşu qonşuya baxar, özünü oda yaxar. (Ara Gündüz).

qonşu payıynan doyan, öz çörəyin, irgənə irgənə yeyər.

qonşu payıynan qarın doymaz, çüçə qızından arvad olmaz.

qonşu tavuğun qaz görən, onun qarısın qız görər. {(bağçam dolu almadı), qonşuda alma bitər, nisgili bizə düşər}.

qonşu üçün ev satılır, ev alınmır.

qonşuda heyva diş qamaşdırar.

qonşuda qadın, qız görünər qonşuya.

qonşuda qadın, qız görünər qonşuya. (qonşunun toyuğu qonşuya qaz görünər). (qonşunun dul arvadı, kişinin gözünə qız görünər).

qonşuda qadın, qonşu gözünə, qız görünər.

qonşuda ocaq yanar, tüsdüsü bizdən çıxar.

qonşuda ocaq yanar, tüsdüsü bizdən çıxar. (qonşuda pişər, burda bürürər).

qonşuda pilov pişər, bizədə iyi düşər.

qonşuda pişer, bize pay düşer (qonşuya baxıb, yerin al). qonşuya baxıb, yerin al. qonşuya baxıb, aldığına, yer seç. vardan, itik (zərər) yoxdur. pul ağırlıq eləməz. qada qudanın (qohum aqrabanın) varlı olduğundan, çalba (ziyan) gəlməz).

qonşuda pişər, burda bürürər.

qonşuda tavığ qaz görünər, qonşu qarısı qız görünər.

Qonşudan qız almaram, uşaq olanda üst-başını açıq görmüşəm. (Ara Gündüz).

qonşudan qonşuya heç nə ulaşmazsada (çatmasada), duvar ulaşır.

Qonşudan uman şamsız qalar. (Araz Gunduz).

qonşudan umma umuq, evində olsun umut.

qonşularla barışın, yartışlara qarışın, oraq çəkiş sınmasın.

qonşularla danışmağın bilən devlət seçimi, hər elə düşməz.

Qonşum qonşu olsa, kor qızım ərə gedər. (Ara Gündüz).

Qonşum sağ olsun, ocağından od verməsin. (Mehriban Az).

Qonşun pisdir köç qurtar. (Ara Gündüz).

qonşunğ kor bolsa, gözünğüni yum. (qonşunun qılan işin gördünsə, gözüvü qay, çevir, ağzıvı qapat). {qonşun səni görməz sanırsa (sənin görmüş olduğuvun farkına varmırsa), səndə onu görməzdən gəl}. (qonşun səndən qıraq bir iş yapırsa, onu heç yanda açığa vurma). (qonşunun sənə olan güvəncin dəğərlə).

qonşunu, evi tikənəcən tap.

qonşunun dəğəri, köçəndən son, arvadın ki öləndən son, pulun dəğəri əldən çıxandan son bəllənir.

qonşunun dul arvadı, qonşunun gözünə qız görünər.

qonşunun gülüdə var, külüdə.

qonşunun itin qaşıyan, ısrınar (qapılar).

qonşunun nəyi eşidər, sənin quyuva düşdügü daşdan.

qonşunun payına uman qarnı dolu yatar, ac oyanar.

qonşunun toyuğu qonşuya qaz görünər, qonşunun gəlini, qonşuya qız görünər. (Kordus).

qonşunun toyuğu, qonşuya qaz görünər.

qonşusu ey, kor qızı ərdə. (ey: iyi, yaxcı olanın). (qonşusu yaxcının, kor qızı ərdə).

qonşusu yaxcı olanın, kor qızı evdə qalmaz.

qonşuva baxıb dayanma, qonşuva baxıb oturma.

qonşuya əl uzatsan əlin qırılar, ayaq versən kökün, baş versən başın üzülər. -kəndivə güvən.

qonşuya olsa umuq, evdən qalanmaz umut.

qonşuya olsa umuq, evdən qalanmaz umut.

qonşuya salan, yersiz qalar.

qonuşmaq işi, kişinin işi.

qopalar baxdım alanmaz necə olmuş önünü, yaşadınsa yaşadın, durcaq ölümdür sırada.

qopdu bir xoşluq içimdə görkünü görqəc gözüm, bu gələn elçi salıq edqəc mənə ol görküdən. (görkünü: gözəlligini). (salıq edqəc: xəbər verqəc).

qopun qopsa. -dərya qurur, sular çəkilir, ay gün tutulur, ıldız tökülür, yekə dağlar ərir, yer göy yıxılır. (qopun qopsa: qiyamət olsa).

qor sıtar, his boğar. (sıtar: ısıdar). (his: tüstü).

qoraqsızı börü basar, quraqsızı tülkü. (qoraqsızı: yaraqsızı). {quraqsızı: kələksizi. kələk bilməyəni. iş eş başarmazı. (: kələk)}.

qoral işlər, əl öğünər, qılıc işlər, qol öğünər, kəllə işlər, el sevinər. (qoral: arac).

qoran gözə çöp düşər, açıq ağza pox. (qoran: qorunan). (bok: pox).

qordan qorkan, dəmirçi olmaz.

qorx ondanki savurduğu küldən, əkdiyi güldən danışmıya.

qorxa qorxa yaşamdan, ölüm göylər vergisi. (qorxa qorxa: kölgəli göz).

qorxağa min ölüm var, qormaza bir.

qorxağı qovsan, batır olar.

qorxağın ayağı altında, yer də əsər.

qorxağın gözü böyük, axmağın sözü böyük. (qorxağın gözü yekə, axmağın sözü yekə).

qorxağın gözü böyük, azmağın sözü böyük.

qorxaqı qoğsan ya batar ya batırar.

qorxaqla qorxaq, qoxmadan görüşür.

qorxaqlığın bilməyən kişi ürəkli olur. (ürəkli: cəsur).

qorxan sevməkdən, gücsüz görünməkdən, əl götür əl götürməkdən, yazın böylə. (əl götür əl götürməkdən: tərk ed tərk edməyi, poxun ye, əl götür pox yedim deməkdən).

qorxan, qoşa görər.

qorxan, vurular.

qorxana qoç, qorxmaza quş görünür.

qorxanda ölür, qorxmayanda.

qorxanın gözü qoşa görür.

qorxma qışdan, yaz gəliri qabağdan.

qorxmadıq qorxuzar, ürkmədik ürküzər. (qorxmadıq: qorxmayan) (ürkmədik: ürkməyən).

qorxmağı boğamıyan, qorxuya boğular.

qorxmaq. -oğurluqla qorxmaq, qəhbəliklə utanmaq tutmaz.

qorxmayıb yaşıyan bir ölür, qorxub sürünən min ölür.

qorxmaz bir kərə ölür, qoraxaq min kərə. (kəndivi topla sözü daşla, işi başla). (kəndivi topla sözü ötür, işi tut).

qorxmaz bunlar birindən. -ölü siçan pişikdən, ölü qoyun börütdən, ölü eşşək soyuqdan, dərtdən bıqmış ölümdən, dəliqanlı qanından. (börütdən: qurttan).

qorxmaz iyid, yaş almaz, ağrıyan baş, qocalmaz. (dəli qanlı qaya (bəliya) düşər, qada quda axdaran baş tez ölər). (yaş almaz: çox yaşamaz). (bu söz, kişini, işdən qaçınmağa, qorxmağa değil, iki kəz düşünməyə çağırır).

qorxmuş kişi qoç başını qoş görət.

qorxmuş kişiye qoyun başı qoş görünür.

qorxu bilən qorunar. (qorxu bilən: risqi görən).

qorxu bilməz yaşam dadmaz. (qorxu: risk). (ölümdən qorxan yaşamın).

qorxu bükütür, umut uçutur!. (bükütur: məhkum edir) (uçutur: götürür. qurtarır).

qorxu çoxu əlayağı bağlayar, qorxu yoxsa sağca duyu yanılar.

qorxu dağları, gözlür. (hələ olmasınlar, xətərlər qabaqdadır).

qorxu görməz qorunmaz. (qorxu: risk).

qorxu gücü bel bükər, qoymaz tovan uçmağa. (tovan: güc). (qorxunu tanı, qorxunu yen).

qorxu qaçırdar, ölüm yaxalar.

qorxu, kişini yıxar, yanğu qududar. (yanğu: yağnu. yağınu. düşmanı).

qorxu, ölümü tanıyırsa, ölüm qorxu tanımaz.

qorxudan, qorxunc nərsə yoxdur.

qorxulu baş sağlamsada, boş olar, bilikli baş qorunmuşsa sağ olar.

qorxulu gözdə, dağlarda titrəyər.

qorxun olsa sevməkdən, sevilməyin bəklənməz, çabanmasan yaşamda, qutluq ona əklənməz. (gülüş ona əklənməz).

qorxun yoxsa pişikdən, nə baxırsan deşikdən? (araz gündüz).

qorxunc sonu olmaq, sonsuz qorxudan yeğdir.

qorxunu enən, sınır bilməz. (enən: üstələyən).

qorxursan, demə, dedin, qorxma.

qorxusan sevmə, sevirsin qorxma. (urğan sevinc almış canım, ürpək canım nərə qaçım. (urğan: yıxıcı. ev yıxan). (ürpək: ürkük. qorxuya düşmüş. tükləri dik durmuş).

qorxusu var bıraxsın, tutursa əl əlindən, gileylidir qaynana güveyindən gəlindən. (güveyindən: kürəkəndən).

qorxusu yox tanrıdan, ıraq olqıl qatından. (qatından: yanından. qulluğundan. xidmətindən).

qorxusu yox tanrıdan, ıraq olqıl qatından. (qatından: yanından. qulluğundan. xidmətindən).

qorxusundan ağlını yavalır.

qorxuya qapıl, gorunda gizin. (qorxuya alınan, gorunda gizlənməlidir, ölmüş sayılır).

qorxuz olmasın ölümdən. ölüm, yaşamın yoxluğu, olumun ulamıdır. (olumun: varlığın). (ulamıdır: dəvamıdır).

qorsun olub, od qorunca, kül olub, köz qora. (qorsun: qocaq. qoğcaq. qorcaq: qor, od, atəş qoyulan yer, qab. manqal).

qoru gəzəyi dərmanda, sözüvü demə hər yanda. (gəzəyi: sırayı) (dərmanda: dəgirmanda) ). (gəzəki olmayan dəgirmana 'eşən soxdu dərmanı' deyilir. elara 'həsən soxdu dərmanı' deyilir).

qoruma sən 'qorxam' (qorxaram) deyəndən. qoru sən ''qoxmam'' deyəndən.

qorumaq üçün topraqla daş, güclü istək, güvənli baş!.

qorunan sevgi gülüşər, sevgili yol üsdə düşər. . (


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin