Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   11   12   13   14   15   16   17   18   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
235 
bəylər
52
sözlərilə təqdim edilirlər. Müəliflər, S.G.Şaumyanı “Azərbaycanda sovet 
hakimiyyətinin qurucusu kimi təqdim etməklə, əslində onun Cümhuriyyəti yıxmaq 
üçün pozuculuq işləri apar- dığını nəzərə çatdırırlar. Azərbaycan hökumətini 
bolşevik leksikonu ilə xa- rakterizə edərək, ona bir qrupun hakimiyyəti kimi təqdimat 
verən müəlliflər, sovet hakimiyyətinin qurulması prosesində Cümhuriyyətə dövlət 
kimi yanaşırlar. Başqa sözlə, ideoloqlar, sovet hakimiyyətinin bərqərarının 
Cümhuriyyətin süqutundan keçdiyini göstərməyə məcbur olurlar. 
Hacıbaba Əzimovun 1971-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap olunmuş 
“Azərbaycan qəzalarında sovetlər (1917-1918-ci illər)” əsərində Azərbaycanda sovet 
hakimiyyətinin qurulmasının sosial-siyasi zəminini əsaslandırmağa cəhd göstərir
53

Bolşeviklərin Bakıya iddialarını “sovet ha- kimiyyəti uğrunda mübarizə” kimi 
qələmə verən müəllif, kütlənin bolşevik ideyalarına inamını isbata çalışır
54
. Milli 
qüvvələrə “kənd burjua ziyası, qol- çomaqlar və əksinqilabi ünsürlərə qarşı 
mübarizə” şərhini verir, digər tərəf- dən sovetləri Azərbaycanda yeganə qanuni 
hakimiyyət 
kimi vurğulamaqla, Cümhuriyyətin yaranmasına “Türkiyənin 
Azərbaycanı işğalı” aspektindən yanaşılır
55
. Cümhuriyyəti “Azərbaycanda ingilis 
müdaxiləçilərinin və müsavat burjua-mülkədar hökumətinin hökmranlığı”nın 
bərqərarı kimi qeyd edən müəllif, milli dövlətin mövcudluğuna diqqət çəkmədən 
sovet hakimiyyətinin qurulmasını obyektiv qanunauyğunluq kimi deyil, fakt kimi 
ortaya qoyur. H.Əzimov, qarşıda duran əsas vəzifənin proletar diktaturası qurmaq 
olduğunu qeyd etməklə, Azərbaycanda yeni quruluşu-sovet hakimiyyətini fəhlə-
kəndli hökuməti statusunu formalaşdırmaq məqsədini güdür. 
Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsi yanında Marksizm-
Leninizm İnstitutunun Azərbaycan filialının KP MK Partiya Tarixi İnstutunun 
materialları əsasında 1970-ci ildə nəşr olunan “В.И. Ленин об Азербайджане” 
(V.İ.Lenin Azərbaycan haqqında) kitabçasında Azərbaycanda sovet hakimiyyətinin 
qurulması haqqında müxtəsər şəkildə məlumat verilir. V.İ.Leninin Azərbaycanda 
sosialist inqilabının qələbəsi uğrunda Azərbaycan zəhmətkeşlərinin qəhrəmanlıq 
mübarizəsini diqqətlə izlədiyi bildirilir
56
. Müəlliflər, V.İ.Leninin Azərbaycanda 
Sovet hakimiyyə- tinin taleyindən narahatlıq keçirdiyini qeyd edərək, Azərbaycan 
zəhmətkeş- lərinin sosial və milli zülmdən azad olunmasının ilhamvericisi 
adlandırırlar. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında V.İ.Leninin 
təxirəsalın- maz kömək göstərilməsi üçün göstərişlər verdiyinə dair
57
Qafqaz hərbi 
inqi- lab komitəsi cəbhəsinə göndərdiyi məktubunu nümunə gətirirlər. Əsər hegemon 
partiyanın sifarişi ilə sovet dövlətinin banisi V.İ.Leninin idollaşdırılması məqsədilə 
52
Əzizbəyova, a..g.e., s.128-132. 
53
H.Əzimov, Azərbaycan qəzalarında sovetlər (1917-1918-ci illər), 1971, Elm, Bakı, s. 166-167. 
54
Əzimov, a.g.e.s.169-172. 
55
Əzimov, a.g.e. s. 173-184. 
56
V.İ.Lenin ob Azerbaydjane, İnstitut İstorii Partii SK KP Azerbajdane Filial İML pri SK KPSS, 
Azerneşr, Baku, 1970, s. VI. 
57
V.İ. Lenin ob Azerbaydjane, s. VII. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin