Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   8   9   10   11   12   13   14   15   ...   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
231 
edilir. Oktyabr çevrilişini “dünyanı sarsıdan hadisələr” kimi xarak- terizə edən 
müəllif, yeni quruluşu “istismarın, ictimai, milli zülm” üzərində qələbəsi kimi 
qələmə verir. Tarixi hadisələrin xronoloji ardıcıllığına riayət etməyən müəllif, 
ardınca 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet haki- miyyətinin qurulduğunu 
bildirir. Gördüyümüz kimi, müəllif, sovet hökumə- tinin yaradılmasını dönə-dönə 
qeyd edir, lakin onun hansı sosial-iqtisadi əsaslar üzərində qurulduğunu ortaya 
qoymur. Müəllif, “burjua-mülkədar is- tismarı”, “xarici imperialistlərin zülmü”, 
“yoxsulluq və hüqusuzluq” klişelə- ri ilə Azərbaycan Cümhuriyyətini sətiraltı şəkildə 
qeyd edir.
35
Bildiyimiz kimi, müəllif, sovet siyasi görüşlərindən dolayı, kommu- nist 
sistemini təbliğə mükəlləf olunduğundan, hər hansı bir təsisatın adını çəkməməlidi, 
amma bununla belə qeyd edilən ifadələrlə Cümhuriyyət ka- talizator rolunda 
meydana çıxır. Bundan əlavə müəllif, Azərbaycanın 57 il ərzində iqtisadiyyat, elm 
və mədəniyyət sahəsindəki inkişaf və nailiyyətləri sadalamaqla sovet hakimiyyətinin 
xalq hökuməti olduğuna iddia etməsilə, əvvəlki siyasi quruluşu tənqid etmək 
məqsədi daşıyır.
36
Müəllif, Sovet ha- kimiyyətinin qurulmasını “Azərbaycanın 
əvvəlki ictimai-iqtisadi və siyasi inkişafı”na və “xalqın milli azadlıq uğrunda uzun 
müddətli mübarizə”sinə bağlamaqla, obyektiv qanunauyğunluğun nəticəsi kimi verir.
Bununla belə müəllif, Azərbaycanı Rusiyanın ayrılmaz tərkib hissəsi hesab 
edir
37
. Sovet hakimiyyətini “Proletariat diktaturası” kimi qeyd etməklə müəllif, sovet 
hakimiyyətinin fəhlə-kəndli hökuməti olduğunu isbata çalışır. Gördüyümüz kimi, 
Azərbaycanın Sovet Rusiyası tərəfindən istilasını qanuniləşdirməyə istiqamətlənmiş 
materialda təbii olaraq, müəllif, Cümhuriyyəti “müsavat hökuməti”, “müsavatçılar”, 
“müsavat hökmranlığı”, “müsavat rejimi”, “mənfur müsavat hökuməti”, “xarici hərbi 
müdaxilə və milli zülm, əksinqilab”
38
adlandırmaqla, bir partiyanın qeyri-qanuni 
hakimiyyəti kimi şərh edir. 
Azərbaycanda sovet hakimiyyətinin qurulması və izah olunduğu, tarixi 
sənədlər əsasında tarixçi Adil Hüseynov və jurnalist Vladimir Mixayloviç Sinitsının 
müştərək yazdığı oçerklərdən ibarət “Сражающаяся Мугань” (Döyüşən Muğan) 
əsərində Azərbaycan Cümhuriyyəti müxtəlif ifadələrdə dəfələrlə qeyd olunur. 
Müəlliflər Cümhuriyyəti “əksinqilabi müsavat”, “mülkədar-kapitalist hökuməti”, 
“müsavat Azərbaycanı”, “müsavat rejimi”, “müsavatçıların dövrü”, “burjua-
mülkədar müsavat rejimi”
39
istilahları ilə interpretasiya etmişlər. 
1918-20-ci illərin bolşevik mətbuatının şərhi olan bu əsərdə Cümhuriyyət 
səthi qeyd edilir. Belə ki, sovet hakimiyyəti uğrunda mübarizənin fonunda 
35
T.F.Şoloxova, Azərbaycan SSRİ xalqlarının vahid ailəsində, 1977, Azərbaycan SSR “Bilik” 
Cəmiyyəti Mühazirəçiyə kömək, Bakı, s.50.
36
Şoloxova, a.g.e., s. 3. 
37
Şoloxova, a.g.e., s. 5. 
38
Şoloxova, a.g.e. s. 4-6. 
39
A.A Quseynov, V.M. Sinitsın, Srajayuşayasya Muqan. 1979, Azerneşr, Baku, s. 28-74. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin