Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
229 
layihəsində Azərbaycan Cümhuriyyəti hadisələri müəyyənləşdirən katalizator olaraq 
təsbit olunur.
Sovet partiya nomenklaturasında uzun illər yüksək postlar tutmuş Anastas 
İvanioviç Mikoyan siyasi mövqeyinin tələbinə, həmçinin Azərbaycanda sovet 
hakimiyyətinin qurulmasında iştirakına görə qeyd edilən mövzuda 1971-ci ildə çap 
etdirdiyi “Дорогой борьбы” (Mübarizənin yolları ilə) avtobioqrafik əsərində 
Azərbaycan Cümhuriyyətini şərh etmişdir. Müəllif, əsərini sovet hakimiyyətinin 
qurulması münasibətilə qələmə almışdır. Lakin sovet hakimiyətinin qurulmasını 
təsvir edərkən, əsas maneə kimi olan ortaya çıxan Azərbaycan Cümhuriyyətini qeyd 
etməyə məcbur olur. Azərbaycanın istilasını “Sovet Azərbaycanı” şüarı ilə 
pərdələyən, onun hansı dövlətin əsasında qurulduğunu göstərməyən
23
A.Mikoyan, 
milli hökuməti “müsavatçılar”
24
, “Azərbaycan burjua ziyalılarının dövləti” ifadələri 
ilə vurğulayır. Müəllif, hökumət adlandırdığı Cümhuriyyətin
25
, xalqın vəziyyətini 
yaxşılaşdırmaq üçün bir iş görmədiyini bildirməklə, əhalini “Sovet Azərbaycanı 
uğrunda mübarizəyə”- üsyana qaldırmağın labüdlüyünü əsaslandırmağa çalışır
26

sovet hakimiyyətinin qurulmasını qeyd etməsilə Cümhuriyyətin devrilməsini sətiraltı 
ifadə ilə bildirir
27
. Müəllif, Azərbaycan hökumətinin antixalq siyasətini qeyd 
etməklə, işğalın zəruriliyini əsaslandırır, digər tərəfdənsə bolşeviklərin sərbəst və 
azad fəaliyyətini ortaya qoyur.
28
Gördüyümüz kimi A.Mikoyan, sovet rəhbərlərindən biri kimi Azər- baycanın 
işğalını fəhlə-kəndli hökumətinin qurulması aspektindən işıqlan- dırır. A.Mikoyan 
Azərbaycan xalqının sovet quruluşunu könüllü qəbul etdi- yini isbatlamaqla, tarixdən 
silmək fikrində olduğu Cümhuriyyəti xarakte- rizə etməli olur. Belə ki, müəllif, 
bolşeviklərin məhz Azərbaycan milli hö- kumətinə qarşı mübarizə apardığını bildirir. 
Müəllif, mənfi yönümdən təsvir etdiyi Azərbaycan Cümhuriyyətini qeyri-iradi dövlət 
kimi vurğulayır. Bax- mayaraq ki, müəllifin məqsədi Azərbaycanda sovet hakimiyyət 
qurulmasını ideologiyanın tələbləri çərçivəsində ictimaiyyətə çatdırmaq idi. 
Müəllifin Azərbaycan hökumətini inkar cəhdi iflasa uğrayır, çünki təsvirlərdə yer al- 
masa belə, Cümhuriyyət əsərin bazisini təşkil edir.
A.İ.Mikoyan Sovet hakimiyyətinin qurulmasında V.İ.Leninin əvəz- olunmaz 
rolunu işıqlandıran “Мысли и воспоминания о Ленине” (Lenin haqqında 
düşüncələr və xatirələr) adlı bioqrafik xatirəsində Azərbaycan Cümhuriyyətinə yer 
vermişdir. “Lenin bəsirəti” başlığında Lenin haqqında çoxlu monoqrafiya və 
araşdırmaların yazıldığını xatırladan
29
A.İ.Mikoyan, üç Zaqafqaziya respublikasında 
23
A.İ. Mikoyan, Doroqoy borbı. Kn. 1, 1971, Politizdat,Moskva, s.148. 
24
Mikoyan, a. g. e. s. 149-171, 360 s. 
25
Mikoyan, a. g. e. s. 361. 
26
Mikoyan , a. g. e. s. 362. 
27
Mikoyan , a. g. e. s. 369. 
28
Mikoyan , a. g. e. s. 370-395. 
29
A.İ. Mikoyan, Mısli i vospominaniya o Lenine. 1970, Politizdat, Moskva, s. 3. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin