Atletika (ümumikurs)I kurs 200 test (Azərbaycan bölməsi) Atletikanın tədrisi metodikası


Sprint qaçışı texnikasının təhlili və öyrədilməsi metodikası



Yüklə 72 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü72 Kb.
#47830
1   2   3   4   5   6   7   8
444058583-Atletika-2020

2. Sprint qaçışı texnikasının təhlili və öyrədilməsi metodikası
16. Sprint qaçışında sürət qabiliyyətinin inkişafı üçün daha çox hansı metodlardan istifadə olunur ?

A) “təkrar”, “təkrar-seriyalı”, “interval”, “maksimal-səy”, “zərbə”

B) “dəyişkən”, “maksimal-səy”

C) məşq və yarış metodu

D) “rəvan metod”, “təkrar”, “dəyişkən”

E) məşq metodunun intensivliyi


17. Qısa məsafəyə qaçış hansı start vəziyyətindən icra olunur?

A) əsas duruş vəziyyətindən

B) sağ çiyni irəlidə olmaqla

C) yuxarı start vəziyyətindən

D) sol çiyni irəlidə olmaqla

E) aşağı start vəziyyətindən


18. Aşağıdakılardan hansılar sprint qaçışının XFH göstəricisi hesab oluna bilər?

A) qaçış tezliyi və addım uzunluğu

B) ümumi məsafədə addımların sayının azaldılmasına nail olmaq

C) ümümi dözümlülük hesabına sürətin saxlanılması

D) qaçış yolunun ortası ilə qaçmaq

E) maksimal qaçış sürəti və sürət dözümlülüyü


19. Müxtəlif vəziyyətlərdən startdan çıxmaq hansı keyfiyyəti inkşaf etdirir?

A) hərəkətin reaksiya tezliyini

B) icra bacarığını

C) qaçışın tezliyini

D) qaçış zamanı uçuş məsafəsini artırmağı

E) güclü təkanın verilməsini


20. Hərəkətdən start (sprint 20m) zamanı əsas məqsəd nədən ibarətdir?

A) tormozlanmanı azaltmanı azaltmaq

B) icra texnikasını mənimsəmək

C) hərəkəti daha səmərəli mənimsəmək

D) minimal sürətin inkişaf etdirilməsi

E) maksimal sürətin inkişaf etdirilməsi


21. Qaçış növlərindən asılı olaraq neçə cür start vəziyyəti vardır?

A) 3-aşağı, orta, yuxarı

B) 3-starta, diqqət, marş

C) 4-çəpəki, diaqonal, orta, yarımorta

D) 1-məsafə boyu qaçış

E) 2-aşağı və yuxarı start


22. Sprinter optimal start vəziyyətini hansı fazada alır?

A) diqqət

B) start sürətlənməsi

C) marş


D) starta

E) finişetmə


23. Start qəliblərinin müxtəlif variantlarda qurulmasının məqsədi nədən ibarətdir?

A) idnamçının fiziki gücü və titullarına görə

B) xarici qüvvələrin təsiri nəticəsində

C) sprinterin çəkisinə və boyuna görə müvafiqliyi

D) idmançının yaşına, boy - çəki indeksinə görə

E) sprinterin boyuna və fiziki imkanına müvafiqliyi


24. Sürətin artmasına nail olmaq və effektli məsafə boyu qaçışa keçmək hansı qaçış fazasının əsas vəzifəsi hesab olunur?

A) start sürətlənməsi

B) finişetmə

C) diqqət

D) starta

E) marş
25. Qısa məsafələrə qaçışda finala çıxan idmançılar nəyə əsasən qaçış yollarına bölünürlər?

A) püşkatmaya əsasən

B) idmançının tituluna əsasən

C) təsnifatdakı nəticəsinə əsasən

D) hakimlərin qərarına əsasən

E) yarımfinaldakı nəticəsinə əsasən
26. 100 m məsafəyə qaçışda əsas vəzifələri seçin və ardıcıllıqla düzün:

1. təkan bucağı

2. start

3. start sürətlənməsi

4. yerəenmə

5. sürətin saxlanılması

6. sürət və qüvvənin alətə ötürülməsi

7. məsafə boyu qaçış

8. maksimal sürətin əldə olunması

9. çıxış vəziyyəti

10. xətti texnika

A) 3,4,7,1,5

B) 4,6,2,7,5

C) 3,1,4,8,6

D) 1,4,5,6,8

E) 2,3,7,8,5


27. Sprint qaçışı hansı hərəkətlər qrupuna daxildir?

A) silsiləli

B) qarışıq

C) silsiləsiz

D) təkrarlanmayan

E) qeyri–silsiləli


28. Bir qaçış silsiləsində neçə qaçış addımı vardır?

A) bir qaçış addımı və bir dayaq

B) dörd qaçış addımı

C) iki qaçış addımı və bir təkan

D) üç qaçış addımı

E) iki qaçış addımı


29. Sprintdə sürət artdıqca hansı problem müvafiq sürət üzrə artır?

A) müqavimət

B) dözümlülük

C) vərdiş

D) bilik

E) bacarıq


30. Sprint qaçışı yarışlarında bir qaçış qrupunda neçə idmançı iştirak edir?

A) 12 nəfər

B) 6 nəfər

C) 10 nəfər

D) 7 nəfər

E) 8 nəfər


31. Qısa məsafədə qaçış texnikası neçə fazadan ibarətdir?

A) 4 faza

B) 3 faza

C) 5 faza

D) 6 faza

E) 7 faza


32. Start qəliblərinin qurulmasının variantlarını göstərin:

A) aşağı start, adi variant

B) adi, uzaqlaşdırılmış, yuxarı start

C) uzaqlaşdırılmış, ümumi, adi

D) yaxınlaşdırılmış, aşağı start, adi

E) adi, yaxınlaşdırılmış, uzaqlaşdırılmış


33. Start sürətlənməsi zamanı bədənin mailliyi nəyə xidmət edir?

A) qaçış sürətinin artırılmasına

B) qaçış sürətinin azaldılmasına

C) qaçış texnikasının artırılmasına

D) qaçış addımının böyödülməsinə

E) ümumi ağırlıq mərkəzinə nəzarət etmək


34. Döngələrdə start qaliblərinin yerləşdirilməsi nəyə şərait yaradır?

A) ümumi ağırlıq mərkəzinə nəzarət etməyə

B) maksimal sürət yığmağa

C) start sürətlənməsinin artırılmasına

D) düz yola çıxmağa

E) start sürətlənməsinin düzxətli icrasına


35. Qaçış yolunun uzunluğunu necə ölçülür?

A) finiş xəttinin daxili tərəfindən start xəttinin başlanğıcına kimi

B) start qaliblərindən finiş xəttinin xaricinə kimi

C) start xəttinin başlanğıcından finiş xəttinin xaricinə kimi

D) start xəttinin xaricindən finiş xəttinin xaricinə kimi

E) start xəttinin daxilindən finiş xəttinin daxilinə kimi


36. Sprint qaçışına hansı məsafələr daxildir?

A) 30m, 60m, 100m s/q, 200m, 400m, 800m

B) 600m, 800m, 100m, 1500m

C) 60m, 100m, 110m s/q, 200m, 400m, 800m

D) 700m, 800m, 900m, 1000m

E) 100m, 110m s/q, 200m, 400m, 400m s/q


37. Hərəkət reaksiyasının gizli dövrü atletikanın hansı növlərində əhəmiyyət daşıyır?

A) idman yerişində

B) tullanmalarda

C) atmalarda

D) orta və uzaq məsafələrə qaçışda

E) sprint qaçışında


38. Sprint qaçışında fazalar şərti olaraq nələrdən ibarətdir?

A) hakimin komandası, start sürətlənməsi, finişetmə

B) start zamanı idmançının reaksiyası, start sürətlənməsi, məsafə boyu qaçış

C) starta hazırlıq, start zamanı idmançının reaksiyası, sürətlənmə

D) start, start sürətlənməsi, məsafə boyu qaçış, finişetmə

E) start, məsafə boyu qaçış, finişetmə


39. Sprint qaçışının məsafə boyu qaçışında idmançı qarşısında duran əsas vəzifə nədən ibarətdir?

A) hərəkət tezliyinin artırılması

B) qolların və qıçların düzgün hərəkəti

C) küləyin müqavimətinin azaldılması

D) pəncə üzərində qaçışın davamlı olması

E) maksimal sürətin saxlanılması


40. Sprint qaçışında dayaq ayağı nə deməkdir?

A) yerə toxunan ayaq

B) sağ ayaq

C) hər ikisi

D) sol ayaq

E) yerə toxunmayan ayaq


41. Sprint qaçışında dayağın yerə qoyulmasında səhv olanı gösərin:

A) yarım pəncə üzərinə enmək

B) pəncənin daxili hissəsinin üzərinə enmək

C) pəncənin ön hissəsinin üzərinə enmək

D) pəncənin xarici hissəsinin üzərinə enmək

E) bütün pəncə üzərinə enmək


42. Finişetmə zamanı idmançı bədəninin hansı nahiyəsi finiş xəttini keçdikdə saniyəölçən dayandırılır?

A) sinə


B) boyun

C) əl


D) baş

E) ayaq
43. Hər hansı bir məsafəni qısa vaxt ərzində maksimum tez dəf etmək qabiliyyəti hansıdır?

A) sürət

B) sürət-güc

C) əyilgənlik

D) dözümlülük

E) çeviklik
44. Ümumtəhsil məktəblərində şagirdlərin sürət qabiliyyənin artırılmasında əsasən hansı idman növündən istifadə olunur?

A) futbol (topa zərbə)

B) gimnastika (dayaqlı duruşlar)

C) basketbol (topun səbətə atılması)

D) həndbol (qapıya zərbə)

E) atletika (sprint qaçışı)


45. Ümumtəhsil məktəblərində şagirdlərin sürət tədris vahidinin qiymətləndirilməsi hansı normativlərlə həyata keçirilir?

A) 3x10m məkik qaçışı, 60m, 100m, 200m

B) 4x50m, 100m, 200m, 10 metrlik maksimal qaçış sürəti

C) 10 metrlik maksimal qaçış sürəti, 3x10m məkik qaçışı, 30m, 60m

D) 3x10m məkik qaçışı, 60m, 100m

E) 30m, 60m, 100m, 4x50m, 10 metrlik maksimal qaçış sürəti


46. “fartlek” nə deməkdir?

A) müxtəlif komandalı qaçış oyunları

B) müxtəlif təyinatlı estafetlər

C) müxtəlif çəkili alətlər

D) müxtəlif tullanma hərəkətləri

E) sürətlə oynamaq


47. Sürət dözümlülüyü nədir?

A) uzunluğa tullanma zamanı pəncənin təkan brsokuna sürətlə qoyulması

B) kross qaçarkən məsafəni sona qədər qaçmaq

C) qaçış zamanı küləyin sürəti və istiqaməti

D) atmalarda küləyin sürəti və istiqaməti

E) ixtisaslaşma növündə maksimal qaçış sürətini saxlamaq bacarığı


48. Ümumtəhsil məktəblərinin fiziki tərbiyə dərslərində 4x50m estafet qaçışının məqsədi nədir?

A) çeviklik qabiliyyətinin inkişaf etdirilməsi

B) qüvvə qabiliyyətinin inkişaf etdirilməsi

C) dözülülük qabiliyyətinin inkişaf etdirilməsi

D) sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi

E) sürət qabiliyyətinin inkişaf etdirilməsi


49. Şagirdlərin sürət qabiliyyətinin inkişafına təsir edən hərəkətləri göstərin:

1. qaçaraq hündürlüyə tullanma

2. 30m

3. 4x50m


4. hərəkətin icra tezliyi

5. maksimal qaçış sürəti

6. 800 m

7. sürətlə vurulan topun dəf edilməsi

8. qaçaraq kiçik topun atılması

A) 5,6,7,8

B) 2,3,4,8

C) 1,3,5,7

D) 3,4,5,6

E) 2,3,4,5


50. Sürət qabiliyyətinin inkişafı üçün istifadə olunan hərəkətlər və hərəkət komplekslərini göstərin:

1. Hərəkətdən sürətlənmələr

2. Kross qaçışı

3. Aşağı startdan sürətlənmələr

4. Top atmaq

5. Estafetlər və məsafə qüzəştləri ilə startlar

6. Maneələrlə qaçış

7. Maili qaçış yolunda sürətlənmələr ,estafetlər

8. Voleybol

A) 1,3,5,7

B) 2,4,6,8

C) 4,6,8,2

D) 8,2,4,6

E) 4,2,6,8,


51. Sürət qabiliyyəti ilə əlaqəli olan digər hərəki qabiliyyətləri əhəmiyyətlilik dərəcəsinə görə göstərin:

A) dözümlülük ,əyilqənlik,cevilik,qüvvə

B) dözümlülük ,qüvvə,sürət-güc,əyilqənlik

C) əyilqənlik, dözümlülük,qüvvə,ceviklik

D) qüvvə ,əyilqənlik,dözümlülük,ceviklik

E) sürət-güc, çeviklik, qüvvə,əyilqənlik


52. Sprint qaçışında əsasən hansı əzələ qrupları fəaliyyət göstərir?

A) bənövşəyi əzələ qrupları

B) sarı əzələ qrupları

C) qırmızı əzələ qrupları

D) qara əzələ qrupları

E) ağ əzələ qrupları


53. Qısamüddətli və maksimal sürətə nail olma hansı əzələ qrupunun fəaliyyətinin xüsusiyyətidir?

A) ağ əzələ qrupları

B) bənövşəyi əzələ qrupları

C) qara əzələ qrupları

D) sarı əzələ qrupları

E) qırmızı əzələ qrupları


54. Sprint qaçışının əsasını nələr təşkil edir?

A) addımların uznluğu və dayaq

B) addımların uzunluğu və tezliyi

C) dayaq və təkan

D) təkan və itələnmə qüvvəsi

E) itələnmə qüvvəsi və maksimal qaçış


55. Qısa məsafəyə qaçış zamanı idmançı hansı rejimli hərəkətdə olur?

A) havanın temperaturu, sıxlığından asılıdır

B) aerob (oksigenli)

C) anaerob (oksigensiz)

D) anaerob (oksigenli)

E) aerob (oksigensiz)



Yüklə 72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin