Atropatena



Yüklə 1,01 Mb.
səhifə2/2
tarix21.05.2023
ölçüsü1,01 Mb.
#119162
1   2
Aydinov Emil 222a5 Tarix

آذربایجان") kimi işlənməyə başlamışdır. Daha sonrakı dövr ərəb tarixçilərin əsərlərində isə həmin ad ancaq "Azərbaycan" kimi göstərilmişdir.
Paytaxtı
Mənbələr Atropatenanın iki — yay və yaz paytaxtlarının olmasından xəbər verir. Ölkənin yay paytaxtı Vera — indiki Marağa şəhəri, yaz paytaxtı isə farsdilli mənbələrin Qazaka, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından almışdır. 1958-ci ildə İran və Almaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanmışdır. Əsas olaraq,buradan Şiz məbədinın qalıqları tapılıb.Şəhərlər karvan yolları üzərində və böyük məbədlərin ətrafında yaranmışdır.Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır.Şəhərdə əhali sənətkarlıq və ticarətlə,şəhərətrafı ərazilərdə isə əkinçilik və maldarlıqla məşğul olmuşdur
Əhalisi
Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kutilullubimannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten dili və yazı ənənələri olan bir ölkə idi.
Bu ərazidə qədimdən yaranan Manna dövlətinin sonralar Midiya tərəfindən işğal olunması, daha sonra həmin ərazinin Əhəmənilər imperiyasına qatılması, şübhəsiz, yerli əhalinin etnik tərkibinə təsir göstərmişdir.Atropatena əhalisi o zaman başqa qonşu ölkələrdə olduğu kimi, yeknəsəq olmamışdır. Antik dövr müəlliflərinin məlumatlarına görə bu ərazidə matienlər, saqartilər, kadusilər, gellər, utilər, anariaklar, pavsiklər, mardlar, maqlar,azərilər və başqaları yaşamışlar.Matienlərin qədim huri tayfası mitannilərə, saqartilərin burada qədimdə yaşamış zikertularla bağlı olduqları söylənilir. Atropatena ərazisində yaşayan tayfalardan biri də kadusilər idi. Qaynaqlarda onlar midiyalıların, kaspilərin, albanların, matienlərin qonşuları kimi göstərilirlər.Onlar 20 min peltast və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Kadusilər yaxşı mizraq atır, dağlıq yerlərdə çox yaxşı döyüşərək süvariləri əvəz edirlər.Onlar Xəzərin cənub-qərb sahillərində yaşayan gellər və kaspilərə yaxın idilər.
Midiya tayfaları arasında maqlar xüsusi yer tuturdular.Onlar Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, xalq içərisində böyük nüfuza malik idilər.Maq dedikcə təkcə bu adı daşıyan tayfa deyil, eyni zamanda Zərdüşt dininin kahini nəzərdə tutulurdu. Maqlar Zərdüştün varisləri sayılırdı.
Lakin maqların təlimində hakim Zərdüşt inamından fərqli cəhətlər də var idi.Ərəbdilli qaynaqlarda ilk orta əsrlərdə Cənubi Azərbaycan əhalisinin böyük bir hissəsinin azərilərdən ibarət olduğu göstərilir.
Bəzi müəlliflərin ( ??? naməlum mənbə) apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları(qədim mənbələrlə təsdiq olunmur) əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan türklərinin ulu əcdadları olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.
Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardan biri də Qafqaz albanlarıdır. I əsr müəllifi Strabonun verdiyi məlumatdan aydın olur ki, Qafqaz albanları təkcə Azərbaycanın Arazdan şimaldakı ərazisində deyil, həm də Arazdan cənubdakı ərazilərində yaşamışlar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kadusilərutilər və mardların qonşuluğunda yaşayırlar. Midiya dağları Xəzərin cənub-qərbindəki indiki Talış dağlarıdırAstaraçayla Qarasuçay arasında yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla bir ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya dağları ifadəsi də göstərir. Bu məlumatı toponimik faktlar da təsdiq edir.Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər–Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar–Qarqar adlı kəndlər vardır. Bu toponimlər Atropatenada yaşamış qarqarların adı ilə bağlıdır.
Albaniyada və Ermənistanda yaşamış türkdilli Şirak tayfasının Atropatenada da yaşadığını V əsr müəllifi Feofilakt Simokattanın Atropatenada Siraqan yaşayış məntəqəsini qeyd etməsi təsdiq edir. Həmin müəllif Muğanda türk tayfalarının yaşadığını yazmışdır. Hazırda Cənubi Azərbaycanda Şirac–Xeyl və Şiracməhəllə adlı kəndlər vardır və bu toponimlərdə şirak etnonimi şirac şəklində qalmışdır. Şiraklar Azərbaycanda Çiraq və Çiraqlı da adlanmışlar. Cənubi Azərbaycanda Çirak, Çiraq–Abdal, Çeraktəpə, Çirakçi, Çeraqlu, Çeraqil (Çirak etnonimi və il – tayfa sözündən), Sirak və Şirakdeh kəndləri vardır.
Atropatena ərazisində həmçinin peçeneqlərin də yaşaması məlumdur. Peçeneqlərin qapan, qarabaq, göyərçi və kul tayfaları cənubda Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar–Qara, Sufi və Qullar Məhəmməd Hüseynkənd adlarında qalmışdır[14]
Cənubi Azərbaycandakı Xazarian, Xəzərkəndi, Xəzərgəran, Xəzərabad, Xəzərli, Xəzər-Böyük, Xəzər-Çoban və Xəzərşax kənd adları isə erkən orta əsrlərdə Atropatenada yaşamış xəzərlərlə əlaqədardır.[7]
Atropatenada yaşayan İrandilli etnoslardan ən böyüyü kaduslar idi. Bu etnosu ilk dəfə Herodot qeyd etmişdir[20]. Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusların dəniz kənarında yaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij (təxminən 190 km) uzunluqda olduğunu göstərir.
Atropatenada tatlaryəhudilərgurganlarparslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdır.
Tarixi coğrafiyası
Atropatenanın ərazisi indiki Güney Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi.
Pəhləvi dilində yazılmış "Şatristanhaye İran" əsərində deyilir ki, Aturpatakanın patkustına Gəncək (Qazaka), Frasyak (Fraaspa), Turkert (Tavreş) şatristanları daxildirlər. Həmin mənbədə qeyd edilir ki, Gəncək (Qazaka) şəhəri turanlı Frasiyak (sonrakı mənbələrdə Əfrasiyab, türkdilli mənbələrdə isə daha çox Alp Ər Tonqa adlandırılır) tərəfindən bina edilmişdir.
Midiyadan dağlar vasitəsiylə ayrılan bu ölkə, Fasiddən Hirkan dənizinə (Xəzər) kimi geniş bir ərazini əhatə edirdi[23]. Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spavta gölü yerləşirdi. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Vera idi[24].
Strabon Atropatenanın sərhədləri haqqında yazır: "Bu ölkə Ermənistan və Matianadan Şərqdə, Böyük Midiyadan Qərbdə və Şimalda yerləşir. Cənubdan o, Hirkan dənizilə sərhəddir.’’
Ərəb coğrafiyaşünası İstəxriyə görə, Azərbaycan (Adurbadaqan-Atropatena) Guhistan (Gilan) və Xəzər dənizi, Qərbdən Ermənistan (Şərqi Anadolu), Şimaldan Allan (Qafqaz Albaniyası), Qabk dağları (Qafqaz dağları), İraq Cəzirəsi ilə həmsərhəddir. Buradan məlum olur ki, müəyyən dövrlərdə Atropatenanın sərhəddi Qafqaz dağlarına qədər uzanmışdır.
Orta əsr ərəb coğrafiyaşünası İbn Haqvəlin yazdığına görə: "...bu ölkəni Şərqdən Cibal və Deyləm, həmçinin Xəzər dənizinin Qərb sahilləri, Qərbdən Ermənistan və Cəzirənin (Mesopotomiyanın) bir hissəsi, Şimaldan allanlar (Qafqaz albanları) və Qafqaz dağları, Cənubdan İraq hüdudları və Cəzirənin Şərq hissəsi əhatə edird. Bundan başqa İbn Haqvəl ƏrməniyyəQafqaz Albaniyası və Atropatenanı bir iqlim hesab edir.
Atropatenanın parflarermənilər və suriyalılar kimi qonşuları olmuşdur. Atropatena hökmdarları yeri gəldikdə onlarla qohumluq əlaqələri də yaradırdılar
Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir siyasət yeridirdi; XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı. Atropat həmin satraplıqların sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri yaratmışdı. Məhz buna görə də kadusilər farslara boyun əyməyərək Qavqamela vuruşmasında bütün Əhəməni dövlətinin müttəfiqləri kimi yox, ancaq madalıların müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər").
Albanlar və sakesinlər də Əhəməni imperiyasının təbəələri deyil, Mada satrapının müttəfiqləri idilər. Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi.
Belə güman etməyə bəzi əsaslar var ki, hələ Mada dövləti dövründə madalıların hakimiyyəti Qərbi Zaqafqaziyanın ayrı-ayrı rayonlarına, xüsusən tarixi Gürcüstanın vilayətlərinə də yayılırdı. Maraqlıdır ki, Herodota görə, "Kolxidadan Madaya girmək çətin deyil". Yenə də həmin müəllif məlumat verir ki, skiflər "Fasis (görünür, Rioni və ya Çorox çayının – İqrar Əliyev) yaxınlığında Madaya soxulmaq" niyyətində idilər. Güman etmək olar ki, tarixi Gürcüstanın torpaqları (və ya torpaqlarının bir hissəsi) Mada satraplığının tərkibinə daxil idi və ya onun himayəsi altında idi. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin – İqrar Əliyev) üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi – İqrar Əliyev) dənizinə qədər çatır".
Maqnessiya ətrafındakı məğlubiyyətdən sonra Asiyada Selevkilər hakimiyyəti xeyli zəiflədi, hərçənd o zaman Selevki çarları bəzən qələbələr qazanır, hətta şəhərlər də salırdılar.
Bu ərəfədə Qərbi İranın və Ermənistan yaylasının vilayətlərində bir neçə müstəqil dövlət – ElimaidaXarakenaPersidaI Artaşesin Ermənistan çarlığıSofenadaZariadrinin Ermənistan çarlığı meydana gəlir. Özünü padşah elan edən Mada satrapı Timarx Selevkilərdən ayrıldı və hətta öz sikkəsini buraxmağa başladı. Parfiya da asılılığın daşını atdı. Beləliklə, e.ə. 160-cı ilə yaxın Selevkilər şərq satraplıqlarının demək olar ki, hamısını itirmiş oldular.
Meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər. Strabon yazır: "...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş Ermənistanı böyütdü... Onlar birlikdə qonşu xalqların torpaqlarının bir hissəsini qoparıb mənimsədilər. Onlar midiyalılardan (atropatenalılardan – İqrar Əliyev) Kaspiananı, Favnitidanı və Basoropedanı, iberlərden Pariadr dağlarının ətəklərini, Xorzenanı və Qoqarenanı... xaliblərdən və mossiniklərdən Karenitidanı və Kseroksenanı..., kataonlardan Akilisenanı və Antitavrboyu vilayəti, suriyalılardan Taronitidanı... tutub aldılar".
Dövlətin əsasının qoyulması
Makedoniyalı İskəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Bu əyalətə Azərbaycanın görkəmli dövlət xadimi Atropat başçılıq edirdi.
Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti dövründə Atropat Midiya satrapı idi. Mənbələrdə bu ada ilk dəfə e.ə. 331-ci ildə təsadüf edilir. Makedoniyalı İskəndər İss vuruşmasından (e.ə.332) sonra Kiçik AsiyaSuriyaFinikiyaFələstin və digər əraziləri işğal etdi. Bu məğlubiyyətdən sonra III Dara yenidən ordu toplayaraq İskəndərin qarşısını almağa səy göstərdi. Lakin İskəndər Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci il 1 oktyabrda qədim Assur şəhəri Ərbilin yaxınlığında olan Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna sonuncu və həlledici zərbə endirib onu məğlub etdi. İss savaşı zamanı Atropatın Midiya ordusuna başçılıq etməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, digər satraplıqların satrapları kimi Atropat da İskəndərlə olan hər üç savaşda iştirak etmişdir. Mənbələrdə Atropatın Midiya ordusuna, ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var.
Makedoniyalı İskəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığına görə,Qavqamel döyüşündə III Daranın süvari kəşfiyyat dəstəsinə başçılıq edən Atropatın bölməsində yarımmüstəqil kadusilərqafqaz albanları və sisaklar da iştirak edirdi.
III Dara
Arrian maraqlı bir məlumatla da bizi tanış edir. Ölkədə baş vermiş qarışıqlıqdan istifadə edən Bariaks adlı bir nəfər hakimiyyəti ələ keçirir. Arrianın göstərdiyinə görə e.ə. 324-cü ildə özünü Parsua və Midiya hökmdarı elan etmişdi. Atropat isə onu tutub İskəndərə vermişdi. Bu fakt Atropatın uzaqgörən siyasətçi olduğunu sübut edir. Atropat yaxşı başa düşürdü ki, artıq Əhəmənilər imperiyasını dirçəltmək mümkün deyil. Ona görə də o, İskəndərlə loyal mövqedə dayandı. Atropatın loyal münasibətini görüb ona müsbət münasibət bəsləyən İskəndər bir müddət onu öz yanından buraxmadı. Məşhur Suz təntənəsində iştirak edən Atropat öz qızını makedoniyalıların süvari dəstələrinin başçısı Perdikkiyə ərə verərək onunla qohum oldu. Dövrün siyasi nəbzini tuta bilən Atropat görkəmli diplomat olduğuna görə qarşıya çıxmış ağır şəraitdən bacarıqla istifadə etdi və tədricən düşmən satrapdan etibarlı müttəfiqə çevrildi.
İskəndər Midiyaya gədikdə Atropat onun yaxın adamlar ilə birlikdə qalibin şərəfinə verilən ziyafətdə iştirak edirdi. İskəndər Midiyada olarkən orada bəslənən məşhur Nisa atlarına baxır. O ,50000 atı hökmdar ordusuna götürür. İskəndərin bir sıra siyasi tədbirlərində Atropat şəxsən iştirak edirdi. Arrianın yazdığına görə Atropat İskəndərə 100 nəfərdən ibarət atlı cəsur döyüşçü qadın dəstəsi bağışlamışdı. O, yazır: "Midiya satrapı Atropat İskəndərə 100 nəfər amazonkalardan ibarət dəstə bağışlamışdı. Onlar kişi geyimi geymiş, yüngül silahlarla yaraqlanmışdılar." Qeyd edək ki, Strabon da amazonkaların Qafqaz dağlarında qarqarların qonşuluğunda (müasir Qarabağ-Zəngəzur zonasında) yaşadığını qeyd edir.
Atropat yeganə Əhəməni satrapı idi ki, İskəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu vilayətlərin idarəsini də ona tapşırdı. Atropatena dövlətinin əsası məhz belə bir tarixi şəraitdə qoyuldu. İskəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqli siyasət yürüdən bir dövlətə çevrildi.
Yeni yaranmış dövlət antik müəlliflərin qeyd etdiyinə görə banisinin adı ilə adlandırılmağa başladı. Mənbələrdə Atropatenanın iqtisadi-ictimai həyatı haqqında bilgilər olduqca azdır. Lakin mənbələrdən məlum olur ki, istər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə də Atropatidlər sülaləsinin hakimiyyəti dövründə Atropatena ərazisi həm iqtisadi, həm də mədəni cəhətdən qonşu ərazilərdən xeyli öndə idi.
Strabonun göstərdiyinə görə Atropatena hakimlərinin Qazaka (Taxtı Süleyman) və Vera (Marağa) adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada yay, Verada isə Qış sarayları yerləşirdi (Bu fakt Atropatidlərin də digər türk tayfaları kimi müəyyən qədər də olsa köçəri həyat sürdüklərini göstərir). Qazakada bu sülalənin yay, Verada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində (indiki Təxti Süleyman) hələ Midiya dövləti dövründən müqəddəs sayılan Azərgüşnasp məbədi mövcud idi.
Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatın başçılığı altında e.ə. 223-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm də Parfiya hökmdarları olmuşlar. Belə ki, Parfiya hökmdar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərdən olmuşdur. Beləliklə III Artabandan başlyaraq Atropatidlər həm də Parfiyaya ağalıq etmişlər.
Atropatidlər
Atropatın varisləri də çarlığın banisinin ənənəsini davam etdirərək, yunan-makedoniyalıların ölkəyə soxulmasına "yol vermirdilər", hər halda mane olurdular. Yeri gəlmişkən, deyək ki, bu, Atropatenanın tarixinə dair yazılı qaynaqların yox dərəcəsində olmasının əsas səbəblərindəndir.
Lakin heç bir şeyə baxmayaraq, Hellinizm hər halda Kiçik Madaya da nüfuz edirdi. Burada Hellinizm ayinləri aşılanır, sinkretik allahların (yunan-İran allahlarının), xüsusən Herakl-Veretraqnanın (?) ibadətgahları tikilirdi. Kerefto dağlarından bir yunan kitabəsi tapılmışdır ki, o kitabə hardasa Beotiyada da, Arkadiyada da, yaxud hər hansı başqa bir yunan vilayətində də ola bilərdi. Aşkara çıxarılmış məşhur avroman perqamentləri yunan dilinin, yazısının və hüquq normalarının Mada-Atropatenaya, hətta onun kənd rayonlarına da çox dərin nüfuz etdiyini göstərir. Bu dövr Yeni Mada çarlığının möhkəmlənməsi və onun sərhədlərinin genişlənməsi ilə səciyyələnir. Qonşu vilayətlərdəki yunan-makedoniyalılar kimi, Atropatidlər də geniş şəhərsalma işlərinə başlamışdılar. Atropatenanın antik ənənə ilə salınan bir neçə şəhəri haqqında məlumatımız vardır. Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana şəhərləri və Atropatena ərazisində tapılmış bir neçə qədim yaşayış yeri, o cümlədən Mil düzündəki Təzəkənd yaşayış yeridir. Qədim adlarını bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir neçə başqa abidə də məlumdur.
Atropatena çarları özlərinin siyasi və iqtisadi mövqelərini möhkəmləndirərək Suriya, erməni və Parfiya padşahları ilə qohum olurdular. Onların müttəfiqlik və dostluq əlaqələri, çox güman ki, uzaq şimala – albanlara, sakesinlərə və müasir Azərbaycan Respublikası ərazisində yaşamış digər tayfalara qədər gedib çatırdı.
Atropatdan və onun zamanındakı hadisələrdən sonra yazılı qaynaqda Atropatenanın adı ilk dəfə e.ə. III əsrin iyirminci illərində çəkilir. Söhbət Polibinin əsərinin bir parçasından gedir.
E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik hökmdarı""atropatilər və onlarla həmsərhəd xalqlar üzərində" [Polibi] hökmranlıq edən Artabazanı görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, "...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən – İqrar Əliyev) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin – İqrar Əliyev) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi – İqrar Əliyev) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır". Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində "fars" elementlərinin (bu adın altında Atropatena midiyalılarını düşünmək lazımdır – İqrar Əliyev) üstünlüyü dövrü olmuşdur. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni və digər əlaqələr yaranır. Bu dövrün erməni əyanları arasında anadangəlmə atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə adi hal idi. Ermənistanla münasibətlər heç də həmişə rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda açıq düşmənçilik, bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi. E.ə. III əsrin sonu II əsrin əvvəlində məhz belə olmuşdu. O zaman şiddətli çarpışmalar nəticəsində Ermənistan taxt-tacına nəinki Atropatena dairələri ilə sıx əlaqə saxlayan, hətta bəlkə də özü madalı olan Artaşes yiyələnmişdi. Moisey Xorenli hər halda Artaşesi açıq-aşkar "madalı" adlandırır.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin