Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın



Yüklə 11,22 Mb.
Pdf görüntüsü
səhifə19/19
tarix02.01.2022
ölçüsü11,22 Mb.
#2458
1   ...   11   12   13   14   15   16   17   18   19
Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 100

2-ci mərtəbə,

Tel.: 595-24-97

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 4000

Sifariş: 282

Yeni il bayramı və 31 dekabr - Dünya 

Azərbaycanlılarının Həmrəylik Günündə

 Bakı Şəhər 

Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası 

gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə AZƏRTAC-a 

Bakı  Şəhər  Təcili  və 

Təxirəsalınmaz  Tibbi 

Yardım  Stansiyasının 

baş  həkiminin  müavini 

Oqtay 


Şahmalıyev 

məlu mat  verib.  Onun 

sözlərinə  görə,  adi 

günlərə  nisbətən  təcili 

yardım  briqadalarının 

sayı  artırılacaq.  Belə 

ki,  bayram  günlərində 

140-a  qədər  briqada 

xətdə olacaq. Çünki bayram günlərində təcili yardıma müraciət 

edən insanların sayı çox olur ki, bu da həmin günlərdə xəstəxana 

və poliklinikaların işləməməsi ilə bağlıdır.

Baş  həkimin  müavini  əlavə  edib  ki,  bununla  yanaşı,  bayram 

günlərində  növbətçilik  qrafiki  tutulacaq,  stansiyanın,  eləcə  də 

ərazi stansiyalarının rəhbərliyi işdə olacaq. O.Şahmalıyev Bakı 

Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının lazımi 

avadanlıq  və  dərman  vasitələri  ilə  tam  təchiz  olunduğunu  da 

bildirib.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının

 I kor-

pusu əsaslı təmirdən sonra istifadəyə verilib.

Səhiyyə 

Nazirliyinın 

mətbuat 

xidmətindən  verilən  məlumata 

görə,  ümumilikdə  şöbələr  üzrə 

200  çarpayısı  olan  korpus  yüksək 

keyfiyyətli  avadanlıqlarla,  elektron 

idarə  olunan  stollarla,  narkoz 

aparatları  ilə  təchiz  olunub. 

Reanimasiya  şöbəsində  xaricdə 

istehsal  olunan  yüksək  səviyyəli 

süni  tənəffüs  aparatları  və  xəstəyə 

təcili  yardım  göstərmək  üçün  digər 

cihazlar quraşdırılıb.

Korpus  əlil  arabaları,  video  qastro 

dayaq dəsti, Almaniya istehsalı olan 

oftalmoskop,  otoskop,  lor  baxış  alət  dəsti  ENES,  lor  kombayn,  aspirator,  irriqator  və 

kompressor, video endoskop və işıq qaynağı, endoskop üçün monitor, yenidoğulmuşların 

intensiv terapiyası üçün neonatal inkubator, avtomatik hava və oksigen dozatoru və s. ən 

son texnoloji avadanlıqlarla təmin edilib.

Dekabrın 29-da Səhiyyə Nazirliyinin

  nəzdində fəaliyyət göstərən 

Elektron Səhiyyə Mərkəzinin yaradılmasının bir ili tamam olur

N

azirliyin 



mətbuat 

xidmətindən  bildirilib 

ki,  il  ərzində  Elektron 

Səhiyyə Mərkəzinə 31 mindən 

artıq  vətəndaş  müraciət  edib 

və  onların  problemlərinin 

əksər 

hissəsi 


yerindəcə 

həll  olunub.  Eyni  zamanda, 

nazirliyin  “Qaynar  xətt”  əlaqə 

mərkəzinə  daxil  olmuş  528 

müraciət araşdırılıb.

Elektron  Səhiyyə  Mərkəzinin 

yaradılmasında  əsas  məqsəd  şəffaflığı  qorumaq,  vaxt  itkisinə  yol  vermədən  əhaliyə 

keyfiyyətli  və  səmərəli  sosial  xidmətlər  göstərməkdir.  Bir  pəncərə  sistemi  ilə  fəaliyyət 

göstərən  mərkəzə  müraciət  edən  vətəndaşlar  birbaşa  məmurla  deyil,  xüsusi  təcrübəli 

mütəxəssislərlə  ünsiyyətdə  olurlar.  Mərkəzin  iş  prinsipi  hər  bir  vətəndaş  üçün  daha 

sadələşdirilmiş  qaydada  qurulub.  Belə  ki,  ölkənin  istənilən  bölgəsindən  vətəndaşın 

zəngi,  müraciəti  Səhiyyə  Nazirliyinin  bütün  şöbələri  və  strukturları  ilə  sıx  əməkdaşlıq 

çərçivəsində  fəaliyyət  göstərən  peşəkar  həkimlərdən  ibarət  operatorlar  tərəfindən 

diqqətlə  dinlənilir.  Mövzuya  dair  ətraflı  məlumat  toplandıqdan  sonra  məsələnin  həlli 

üçün müvafiq addımlar atılır. Zəruri hallarda mərkəzə daxil olan müraciətlər operatorlarla 

yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.

Müşahidələrə görə, vətəndaş müraciətləri sırasında səhiyyə müəssisələrinin fəaliyyətinə 

dair məlumat, yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. 

bu kimi müraciətlər üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşlar səhiyyə müəssisələrinin 

bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması barədə 

də məlumat verirlər. Belə olan halda nazirliyin əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə 

əlaqə saxlayaraq vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır.

Britaniyanın Suonsi Universitetinin və Milan 

Universitetinin

 alimləri maraqlı tədqiqat aparıblar. 

Onlar sübut ediblər ki, internet-asılılıq insan 

orqanizminin immunitetini məhv edir.

AZƏRTAC  “newsland.

com”  saytına  istinadla 

xəbər verir ki, tədqiqat-

çılar  yaşı  18-dən  çox 

olan  500  nəfərdən 

ibarət  fokus  qrupunu 

sorğu-sual 

ediblər. 

Onla rın  azı  40  faizi  or-

ta  və  ya  ağır  dərəcəli 

internet-asılılıqdan 

əziy yət  çəkirmiş.  Bir 

neçə  maraqlı  qa nuna-

uyğunluq  üzə  çıxıb. 

Əvvələn, 

şəbəkədən 

asılı  olan  insanların  30 

faizi soyuqdəymədən və qripdən daha çox 

əziyyət çəkir. İkincisi, internetdən asılı olan 

istifadəçilər, məsələn, şəbəkə işləməyəndə 

çox  narahat  və  stressə  qarşı  davamsız 

olurlar. Alimlər hesab edirlər ki, şəbəkəyə 

qoşulandan  sonra  gərginliyin  azalması 

orqanizmdə 

kortizolun 

səviyyəsini 

güclü  surətdə  dəyişir.  İmmun  sisteminin 

qoruyucu  funksiyalarını  xeyli  dərəcədə 

kortizol müəyyən edir.

Bundan  əlavə,  internet  fanatları  başqa 

adamlarla  nadir  hallarda  canlı  ünsiyyət 

qurur  və  deməli,  özlərini  mikrobların 

təsirindən  qoruyurlar.  Belə  təcrid  də 

immuniteti sarsıdır.

Əlavə  etmək  olar  ki,  internetdən  asılı 

istifadəçilər  doyunca  yatmır,  daha  çox 

siqaret  çəkir,  spirtli  içki  içir,  idmanla 

məşğul olmurlar.

Alimlər  xəbər  verirlər  ki,  tədqiqat 

iştirakçılarının  çoxu  internetdən  orta 

hesabla gündə altı saat istifadə edib.



Bayram günlərində təcili yardım 

briqadalarının sayı artırılacaq

Respublika Klinik Xəstəxanasının I korpusu 

əhalinin istifadəsinə verilib

İnternetdən asılılıq qripə və 

infarkta gətirib çıxardır

Elektron Səhiyyə Mərkəzinə 31 

mindən artıq vətəndaş müraciət edib

Yüklə 11,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin