Atu-da ana və uşaq sağlamlığına dair seminar keçirildi Azərbaycan Tibb Universitetində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın


MƏNSUR GÖRKƏMLİ FİLOSOFUN 90  İLLİK YUBİLEYİ QEYD OLUNDU



Yüklə 11,22 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix02.01.2022
ölçüsü11,22 Mb.
#2458
1   2   3   4   5   6   7   8   9   ...   19
    Bu səhifədəki naviqasiya:
  • Bundan
Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Vətən təəssübkeşliyi, doğma yurda və milli-mənəvi dəyərlərə bağlılıq kimi nəcib hisslər aşılayan 31 Dekabr 

– Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində sizi salamlayır, hər birinizə xoş arzu və diləklərimi 

çatdırıram.


http://www.amu.edu.az

31 dekabr 2015-ci il

2

Bundan 



sonra 

iclasın 

gündəliyini  diqqətə  çatdıran 

prorektor  “Azərbaycan  Tibb 

Universitetində  2015-2016-cı 

tədris ilinin payız semestrinin 

imtahan sessiyasına hazırlığın 

vəziyyəti  və  imtahanların 

mütəşəkkil keçirilməsində uni-

versitet  kollektivinin  vəzifə-

ləri”  barədə  hesabat  məruzəsi 

ilə çıxış etmək üçün sözü tədris 

hissə  müdiri,  dosent  Nəsimi 

Qasımova verdi. 

Yola  saldığımız  2015-ci  ilin 

ölkəmizin  həyatında  yadda 

qalan ictimai-siyasi və mədəni 

hadisələrlə  zəngin  olduğunu 

bildirən  N.Qasımov  təhsilin 

keyfiyyətini  yüksəltmək  üçün 

təhsil alanlar arasında rəqabət 

mühiti yaratmaq, onların tədris 

prosesində  fəallığını  artırmaq 

və  təhsilə  marağını  stimullaş-

dırmaq  məqsədilə  ölkə  prezi-

denti  möhtərəm  İlham  Əliyev 

cənablarının  10  noyabr  2015-

ci il tarixli Sərəncamı ilə «Dok-

torantura,  ali  təhsil,  orta  ixti-

sas  və  ilk  peşə  ixtisas  təhsili 

müəssisələrinin  tələbələrinə 

və 

şagirdlərinə 



verilən 

təqaüdlərin artılırması haqqın-

da»  Azərbaycan  Respublika-

sı  Prezidentinin  2013-cü  il  30 

avqust  tarixli  Sərəncamında 

dəyişikliklər  edildiyini  vurğu-

ladı:  “Edilmiş  dəyişikliklərə 

əsasən  qarşıdan  gələn  imta-

han  sessiyasının  nəticələrinə 

görə  ölkənin  ali  təhsil  və  orta 

ixtisas  təhsili  müəssisələrində 

əyani  təhsil  alan  tələbələrə 

dövlət  büdcəsinin  vəsaiti  he-

sabına  təqaüdlər  dövlət  sifari-

şi, dövlət hesabına və ödənişli 

əsaslarla  təhsil  almalarından 

asılı  olmayaraq,  ümumi  orta 

müvəffəqiyyət 

göstəricisi 

nəzə rə  alınmaqla  təyin  oluna-

caqdır”. 

N.Qasımov  cari  tədris  ili-

nin  keçən  4  ayı  ərzində  uni-

versitetdə tədrisin key fiyyətinin 

metodiki cəhət dən yenidən qu-

rulması üçün xeyli işlər görüldü-

yünü dedi: “Kafedralar tədrisin 

keyfiyyətini 

yaxşılaşdırmaq 

məqsədilə  son  informasiya 

texnologiyaları  ilə  təmin  olun-

muş,  universitet  klinikalarında 

aparılan diaqnostik və müalicə 

işlərinə  tələbələrin,  magistr, 

rezident  və  doktorantların 

daha  yaxından  cəlb  olunma-

sı, yeni dərslik, dərs vəsaiti və 

metodiki  vəsaitin  hazırlanma-

sı  və  çapı,  professor-müəllim 

heyətinin  və  tələbələrin  sosial 

həyatının  yaxşılaşdırılması  və 

s. davam etdirilmişdir. 

Universitetin  əsaslı  kitabxa-

nası  əsaslı  təmir  olunmuş,  5 

saylı  tədris  binasında  sanitar 

qovşağı  və  istilik  sistemi  tam 

təmirdən  çıxmış,  200  nəfərlik 

mühazirə 

zalı 

tələbələrin 



istifadəsinə verilmişdir. 1 saylı 

şəhər  xəstəxanasından  tədris 

bazası  kimi  istifadə  edən 

cərrahiyönümlü 

kafedralar 

universitetin  klinikalarına  kö-

çürülmüş,  patoloji  anatomiya 

kafedrasının yeni patomorfoloji 

laboratoriyası fəaliyyətə başla-

mışdır”. 

Dekanlıqlar  və  ictimai  təşki-

latlar  tərəfindən  bütün  kafed-

ralarda  vaxtaşırı  reydlər  ke-

çirildiyini, 

professor-müəllim 

heyətinin  işə,  tələbələrin  isə 

dərsə  davamiyyətinin  nəza-

rətdə  saxlanıldığını  söy ləyən 

N.Qasımov bildirdi ki, cari dərs 

ilində 13 tələbə universitetdən 

öz  arzusu  ilə  xaric  olunmuş-

dur.  Semestr  boyu  dərsə  da-

vam  etməyən  və  cari  tədris  ili 

üçün  qeydiyyatdan  keçməyən 

4  tələbə  universitetdən  xaric 

olunacaqdır. 

N.Qasımov  hər  semest-

rin  sonuna  bir  ay  qalmış 

bütün 

fakültələrin 



kursla-

rı  üzrə  keçirilən  istehsalat 

müşavirələrində 

qaldırılan 

problemlərə  də  toxunaraq 

qeyd  etdi  ki,  tələbələr  bir  sıra 

fənlər  üzrə  proqramın  çox 

yüklənməsindən, 

ev 

tap-


şırıqlarının 

çoxluğundan, 

fənnin 

mənimsənilməsində 

çətinlik  yaradıldığından,  ingi-

lis  bölmələrində  dərs  deyən 

müəllimlərin  dil  problemlərinin 

olmasından, 

5-10 

dəqiqə 


gecikənlərin  dərsə  buraxılma-

masından,  tələbələrin  gün-

dəlik 

fəaliyyətinin 



qiy mət-

lən dirilməsində 

sorğuların 

təli mata  uyğun  gəlmə mə sin-

dən,  kompyuter  siniflərinin 

səmərəli 

çalışmamasından, 

ixtisas  kafedralarında  baca-

rıq  və  vərdişlərin  öyrədilməsi 

üçün  laborator  şəraitin  lazımi 

səviyyədə olmamasından , bir 

sıra  kafedralarda  sərbəst  ev 

tapşırıqlarının  qəbuluna  qo-

yulan  vaxt  məhdudiyyətinin 

qeyri-adekvatlığından, 

nə 


qədər  yaxşı  cavab  versən 

belə  az  balla  qiymətləndirmə 

aparılmasından, ingilis bölmə-

sində  dərslərin  səviy yəsinin 

tələbələri qane etmə məsindən, 

bəzi  fənnlər  üzrə  proqramın 

ona  ayrılan  kreditlərdən  xeyli 

ağır olmasından, mühazirələrin 

maraqsız  oxunmasından,  rus 

bölməsi üçün dərsliklərin azlı-

ğından şikayətlənirlər. 

N.Qasımov  diplomdanson-

rakı rezidenturada mütəxəssis 

hazırlığının  istər  ölkə,  istərsə 

də  universitetimiz  üçün  yeni, 

çətin  bir  iş  olduğunu  diqqətə 

çatdırdı: “Təhsilin bu pilləsində 

tədrisə 2-ci dərəcəli bir iş kimi 

baxmaq olmaz. Unutmayaq ki, 

rezidentura  təhsilindən  sonra 

məzunlarımız  sərbəst  həkim 

kimi  fəaliyyət  göstərəcəklər. 

Nəzərə alsaq ki, rezidenturada 

təhsil respublikanın 30-dan çox 

təhsil  və  tibb  müəssisəsində 

aparılır  və  bunların  içərisində 

Azərbaycan  Tibb  Universiteti 

müsbət mənada çox fərqlənir.  

Rezidenturada  tədris  apa-

ran  kafedraların  dərs  yükü 

hesablanaraq 

onların 


illik 

dərs  yükünə  əlavə  edilmiş, 

bu  da  kafedraların  ixtisar 

problemlərinin  müsbət  həllinə 

kömək etmişdir. Kafedralar da 

öz  növbəsində  bu  qurumda 

tədrisi  proqrama  uyğun  təşkil 

etməli, dərs yükünü müəllimlər 

arasında  bölməli  və  icrasına 

ciddi nəzarət etməlidirlər. 

Universi tetdə təhsil alan xarici 

ölkə  vətəndaşlarının  təhsilinin 

təşki li  məsələsi  üzərində  də 

dayanan  tədris  hissə  müdi-

ri    xarici  ölkə  vətəndaşlarının 

tələbə kontingentimizin önəmli 

hissəsini təşkil etdiyini söylədi: 

“Belə  ki,  2015/2016-cı  tədris 

ilinin  əvvəlindən  universitetdə 

22  ölkədən  616  tələbə,  162 

dinləyici,  18  ixtisasartıran, 

20  nəfərə  yaxın  rezident,  4 

nəfər  doktorant,  cəmi  880 

nəfər  xarici  vətəndaş  təhsil 

alır.  Bu  tələbələrdən  İorda-

niya  vətəndaşı  olan  6  nəfəri 

dövlət  xətti  ilə,  113  tələbə  isə 

Türkiyə  Cumhuriyyəti  Seçmə 

və 

Yerləşdirmə 



Mərkəzi 

(YÖK)  yolu  ilə  təhsilini  davam 

etdirirlər”. 

Digər  məsələləri  də  şura 

üzvlərinin  diqqətinə  çatdıran 

N.Qasımov  payız  semestrinin 

imtahan  sessiyasının  uğurla 

keçəcəyinə əminliyini bildirdi.

ATU-nun  Tədris  Cərrahiyyə 

Klinikasının  direktoru,  AMEA-

nın  müxbir  üzvü  Nuru  Bay-

ramov, 


kafedra 

müdirləri 

Musa  Qəniyev,  Qayıbver di 

İsgəndərov,  İbrahim  Əh mə-

dov  və  Virtual  Test  Mə r  kə-

zinin  rəhbəri  Şahin  Bayra-

mov  hesabatı  qənaətbəxş 

qiymətləndirərək  payız  se-

mestrinin  imtahan  sessiya-

sına  hazırlığın  vəziyyəti  ilə 

bağlı  fikirlərini  və  təkliflərini 

şura üzvləri ilə bölüşdülər.

S.Əliyev 

müzakirələrə 

yekun  vuraraq  səslənən 

fikirlərə  münasibətini  açıq-

ladı.  Universitetin  bütün 

mərhələlərdə,  o  cümlədən 

imtahan  sessiyasına  ha-

zırlıq 


səviyyəsinin, 

yəni 


tələbələrin davamiyyəti, Pre-

zident  təqaüdçüləri  ilə  bağlı 

məsələlərin,  tədrisin  kəmiyyət 

və  keyfiyyət  göstəricilərinin, 

görülən 

işlər 


və 

həllini 


gözləyən 

problemlərin 

məruzədə  çox  ətraflı,  ardıcıl 

şəkildə  əks  olunduğunu  dedi. 

Kafedra  müdirlərinin  və  im-

tahan  komissiyası  üzvlərinin 

imtahanda  iştirak  etmələrinin 

vacibliyinə 

toxunan 

pro-


rektor  imtahana  gəlməyən 

mühazirə  müəllimləri  və  ka-

fedra  müdirlərinin  tədris  yükü, 

konsultasiya  yükünə  yenidən 

baxılacağını vurğuladı.  

Tələbələrin  il  boyu  biliyinə 

verilən 

keçid 


ballarının 

məqsədli  şəkildə  aşağı  sa-

lınmasını  kəskin  tənqid  edən 

prorektor  bir  zamanlar  orta 

məktəblərin  X-XI  siniflərini 

əhatə  edən  repititorluğun  ar-

tıq  universitetin  VI  kursuna 

çatmasından  təəssüfləndiyini 

də  bildirdi.  Tələbələrə  təqaüd 

verilməsinin  yeni  qaydalarına 

da  aydınlıq  gətirən  S.Əliyev 

qeyd  etdi  ki,  təqaüdə  düşən 

tələbələrin  miqdarında  ar-

tım  yoxdur,  əvvəllər  yalnız 

ödənişsiz  əsaslarla  oxuyan 

tələbələrə  verilən  təqaüdə 

indi  ödənişli  əsaslarla  oxu-

yan 


tələbələr 

də 


ortaq 

olacaqlar.  Ona  görə  də 

qiymətləndirmənin    düzgün 

aparılması olduqca zəruridir. 

Aşağı  kurslarda  Prezident 

təqaüdçülərinə  il  boyu  verilən 

balların 40 balı keçməməsinin 

də sual doğurduğunu söyləyən 

prorektor  bildirdi  ki,  belə  hal-

larda tələbə imtahandan hətta 

50  bal  toplasa  da,  Prezident 

təqaüdünə  düşmür,  bu  isə 

doğru  yanaşma  deyil.  Yazı-

lan  testlərin  mövcud  tədris 

proqramını  əhatə  etməsinə, 

yuxarı  kurslarda  bacarıqla-

rın  öyrədilməsinə  və  rezident 

hazırlığının  prioritetlərinə  də 

toxunan  prorektor    çıxışının 

sonunda şura üzvlərini, univer-

sitet kollektivini qarşıdan gələn 

Dünya 


Azərbaycanlılarının 

Həmrəyliyi  Günü  və  Yeni  il 

bayramı  münasibətilə  təbrik 

etdi. 


Böyük  Elmi  Şura  həmişə 

olduğu  kimi  müsabiqə  məsə-

lələrini həll etməklə öz işini ye-

kunlaşdırdı.




Yüklə 11,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin