onun sıramızın önündə olma-
dığına inanmırıq. Elə bir an
olmur ki, biz onun elmi və ya
həyati sözlərini, misallarını
yada salmayaq.
Teymur Əsəd oğlu Babayev
11 sentyabr 1938ci ildə Bakı
şəhərində, ziyalı ailəsində ana-
dan olmuşdur. O, 1956 cı ildə
Bakıdakı 2 saylı orta məktəbi
bitirdi.
Həkim olmaq qərarına hələ
orta məktəbdə oxuduğu za-
man gələn T.Babayev attestatını
aldıqdan sonra sənədlərini ata
anasının peşəsinə yiyələnmək
üçün Azərbaycan Dövlət Tibb
İnstitutunun
stomatologiya
fakültəsinə verdi və qəbul oldu.
Təhsil aldığı illərdə gənc Tey-
mur dərslərini yaxşı oxumaq-
la bərabər, həm də institu-
tun Tələbə Elmi Cəmiyyətinin
tədbirlərində teztez iştirak
edir, ictimai işlərdə fəallığnı
artırırdı. Çünki həmin vaxt onu
düşündürən yalnız bir məsələ
vardı, harada olurolsun, təki
sevimli stomatoloq peşəsində
işləsin. Odur ki, 1961ci
ildə institutu bitirən zaman
təyinatını Sabirabad rayonunun
Quruzma kəndinə alanda heç
bir narahathq hissi keçirmədi.
Az keçməmiş bu gənc həkim
adıçəkilən ünvana yola düşdü.
3 il həmin kənddə diş həkimi
kimi fəaliyyət göstərəndən
sonra Teymur Babayev Səhiyyə
Nazirliyinin əmri ilə Bakıya ça-
ğırırdı. 1 saylı Şəhər Klinika-
sının üzçənə şöbəsində işə
qəbul olundu. Burada çalışdığı
müddətdə özünün çox iste-
dadlı və bacarqlı bir gənc oldu-
ğunu biruzə verdi. Buna görə
də onun gələcəyinə klinikanın
nəzdində fəaliyyət göstərən
ADTİnin üzçənə kafedrası-
nın professoru, əməkdar elm
xadimi Gülbala Qurbanovda
qəti qənaət yarandı.
O, bu gənc
həkimin elmi potensialının ge-
niş olduğunu görüb, təkidlə
ona elmi biliyini artırmağı
məsləhət görürdü. Bunu nəzərə
alan T.Babayev sənədlərini as-
piranturaya təqdim etdi.
1968ci ildə aspirantura-
da təhsilini bitirən gənc Tey-
mur professor G.Qurbanovun
rəhbərliyi altında elmi işini də
tamamlamağa müvəffəq oldu.
Beləliklə, 1969cu ildə Moskva
şəhərində namizədlik disser-
tasiyasını uğurla müdafiə edib
tibb elmləri namizədi alimlik
dərəcəsi aldı.
O, Bakıya qayıtdıqdan son-
ra 4 saylı Bakı şəhər stoma-
toloji poliklinikasında cərrah
vəzifəsində çalışma-
ğa başlayır. Bir qədər
sonra isə, yəni 1971
ci ildə müsabiqə yolu
ilə ADTİnin cərrahi
stomatologiya
ka-
fedrasının assistenti
vəzifəsinə seçilir.
Bu müddətdə o, say-
sızhesabsız və tən
daşların
sağlam lığı
qeydinə də qalmışdı.
Onun bu çalışqanlığı
əvəzsiz ötüşmədi və
1975ci ildə T.Babayev
həmin kafedranın do-
senti vəzifəsinə seçil-
di.
1981ci ildə Səhiyyə
Nazirliyi tərəfindən Moskva
şəhərinə, M.F.Vladimrski adına
ElmiTədqiqat Klinik İnstitutu-
na doktoranturaya göndərildi.
Burada o, anadangəlmə və
qazanılmış defektlərin aradan
qaldırilması ilə məşğul oldu. 5
il bu şəhərdə işləyən T.Babayev
Moskva alimlərinə özünün yeni
cərrahiyyə metodlarını nüma-
yiş etdirdi. Həmin metodlara
görə “SSRİnin əməkdar ixtira-
çısı” adına və diplomuna layiq
görüldü.
1986cı ildə doktorantura-
da təhsilini bitirən alim Ba-
kıya dönərək öz əvvəlki iş
yerində çalışmağa davam etdi.
1987ci ildə dosent T.Babayev
müsabiqə yolu ilə kafedra
müdiri vəzifəsinə seçilməyə
müvəffəq oldu. Həmin ərəfədə,
yəni 1988ci ildə Teymur Baba-
yev doktorluq dissertasiyasını
Moskva Tibbi Stomatologiya
İnstitutunda uğurla müdafıə
edib, tibb elmləri doktoru
alimlik dərəcəsi alır.
SSRİnin süqutundan son-
ra erməni hərbi birləşmələri
ölkəmizə qarşı elan olun-
mamış müharibəyə başla-
dılar. Düşmənlə ölümdi-
rim müharibəsinə qoşulan
Azərbaycan Silahlı Qüvvələrinin
hərbi birləşmələrinin üzçənə
nahiyəsindən yara alan əsgər
və zabitləri Hərbi Hospitalda
üzçənə cərrahiyyəsi şöbəsi
olmadığına görə 1 saylı Şəhər
Klinik Xəstəxanasının üz
çənə cərrahiyyəsi şöbəsinə
yerləşdirilirdilər. Odur ki,
həmin əsgərlərin müalicəsi və
reabilitasiyası da həmin şöbədə
yerinə yetirilirdi. Təkcə bu fak-
tı qeyd edək ki, 19911994
cü illərdə həmin xəstəxananın
üzçənə cərrahiyyə şöbəsində
300ə qədər yaralı müalicə
olunmuşdu.
Teymur Babayev bir cox
ölkələrdəRusiya, Türkiyə, Al-
maniya, Finlandiya və başqa
ölkələrdə keçirilən elmi konf-
ranslara da qatılmışdı.
Beləliklə, o, 20 il kafed-
ra müdiri işləyərək, müstəqil
Azərbaycanın tibb elminin in-
kişafı üçün bir sıra mühüm işlər
görüb, öz töhfəsini vermişdi.
Belə ki, o, indiyədək 10 nəfər
tibb elmləri namizədi və 1
nəfər elmlər doktoru hazırla-
mışdır. O, 2000ci ildə ATU
nun yaradılmasının 70 illiyi
münasibətilə mükafatlandırılan
alimlərin sırasında “Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
Qadir insan əlləri bəşər
tarixində neçəneçə möcüzənin
müəllifi olmuşdur. Nadir me-
marlıq üslubunda ucaldılmış
binalar, canlı boyalarla çəkilmiş
tablolar, məharətlə yonulmuş
heykəltaraşlıq nümunələri ta-
maşaçıları ovsunlayır, onlara
yüksək estetik zövq aşılayır.
Lakin insanın insan üzərində
cərrahlıq əməliyyatı aparmaq-
la yaratdıqları möcüzələr daha
diqqətə layiqdir. Azərbaycan
Tibb Universitetinin ağız və
üzçənə cərrahiyyəsi kafed-
rasının professoru Teymur
Babayev də bu möcüzələrin
müəlliflərindən ən layiqli olan-
lardandır.
Hipokrat demişdir: “Həkim
filosofdur, ona görə ki,
müdriklərlə təbabət arasın-
da elə böyük fərq yoxdur”.
Teymur müəllim özü ən bö-
yük müdrik və ürəyiaçıq bir
insan olduğuna görə həkimlik
məktəbində həmişə müdriklik
dərslərinə yer ayrırdı. O, daim
xeyirxahlığı ilə kimsəsizlərin
əlacı, kasıbların köməyi olur-
du. Başqa ölkələrdən gələn
tələbələr valideyin qayğısını o
insandan görürdü. Haqsızlıqla
barışmayan insanın ürəyi de-
mokratik ruh üzərində döyü-
nürdü.
İş yoldaşları ilə oturubdu-
randa öz maraqlı söhbətləri
ilə hamını valeh edər, diq
qət
mərkəzində
qalardı.
Təbiət mənzərələrinin ecaskar
gözəlliklərini heç kim gör
mədiyi gözlərlə görərdi. Səhər
tezdən Tovuzda Mamırtı dağı-
nın ətəyində günəşin çıxdığını,
Qusarda Sah dağının arxasında
günəşin gizləndiyini necə seyr
edib dəyərləndirməyi mənə o
böyük insan öyrətmişdir.
Əzizimiz Teymur müəllim!
Rahat uyuya bilərsiniz. Sizi ta-
nıyan insanların, tələbələrin
qəlbində həmişə xoş xatirələrlə
yaşayacaqsınız.
Sevənləriniz sizi heç zaman
unutmayacaqlar!
Fərman HƏSƏNOV,
Ağız və üz-çənə cərrahiyyəsi
kafedrasının assistenti, tibb üzrə
fəlsəfə doktoru
Dostları ilə paylaş: |