Mütəxəssis sözü
u
Yüksək sürətlə inkişaf edən cəmiy yətimizdə öz bacarı-
ğı, dərin zəkası, məharətlə idarə qabiliyyəti ilə seçilən,
müxtəlif vəzifələrdə çalışan və onların öhdəsindən
layiqincə gələn qadınlarımızı gördük də hədsiz sevinc, qürur his-
si duyuruq. Və bu zərif cinsin numayəndələrinin gördükləri işlərə
heyran olur, onları alqışlayırıq.
Belə bir yüksək idarəetmə qabiliyyətinə malik olan qadınlarımızdan biri də
Azərbaycan Tibb Universitetinin xarici dillər kafedrasının müdiri, filologiya elmləri
doktoru, professor Zemfira xanım Məmmədovadır.
Zemfira xanım 15 ildən artıqdır ki, öz aramızda “qadınlar ordusu” adlandırdığı-
mız bu səmimi, eyni zamanda həssas kollektivə başçılıq edir. Bu illər ərzində kafed-
ranın elmi-pedaqoji fəaliyyətində bir sıra uğurlara imza atılmış, gənc müəllimlərin
bir qismi elmi işlərə cəlb olunmuş, elmi adlar almışlar.
Təkcə onu demək kifayətdir ki, ATU-nun iştirak etdiyi TEMPUS-FLEPP
layihəsinin xarici dillər kafedrasında müvəffəqiyyətlə həyata keçirilməsinə Zemfira
xanım bilavasitə rəhbərlik etmişdir.
Zemfira xanımın elmi fəaliyyəti və təşkilatçılıq bacarığından çox danışmaq olar.
Amma düşünürəm ki, bu sadə, bacarıqlı, incə yumor hissli, ancaq işində çox ciddi
olan xanım alimi yaxından tanımaq üçün onun həyat yoluna qısaca nəzər salmaq da
yetər.
Z.Məmmədova 1983-cü ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun (indiki
Neft Akademiyası) xarici dillər kafedrasında fəaliyyətə başlamışdır. 1987-ci ildə filo-
logiya elmləri namizədi elmi dərəcəsi almaq ücün dissertasiya müdafiə edən Zemfira
xanım 1989-cu ildə müsabiqə yolu ilə xarici dillər kafedrasında müəllim vəzifəsinə
seçilmiş və 2002-ci ilə kimi burada fəaliyyət göstərmişdir.
Z.Məmmədova 2002-ci ildən Azərbaycan Tibb Universitetinin xarici dillər kafed-
rasının müdiri vəzifəsində çalışır.
2003-cü ildə dosent elmi adına layiq ğörülən Zemfira xanım 2006-ci ildə Milli
Elmlər Akademiyasının Koordinasiya Şurasına üzv seçilmişdir.
Z.Məmmədova 2012-ci ildə “Bədii əsərlərdə personaj nitqinin xarakteroloji
xüsusiyyətləri” mövzusunda doktorluq işini müdafiə edərək fıloloqiya elmləri dokto-
ru alimlik dərəcəsini almışdır. 2015-ci ildən ATU-nun professorudur.
Z.Məmmədova bir çox elmi əsərlərin, o cümlədən elmi və tədris-metodiki
əsərlərin, dərsliklərin, lüğətin, monoqrafiyaların, metodik tövsiyə və proqramların
müəllifidir.
Bu gözəl xanım alimi yubileyi münasibəti ilə kafedranın bütün əməkdaşları adın-
dan səmimi qəlbdən təbrik edir və ona öz ülvi arzularımızı bildirərək belə deyirik:
- Qoy şirin ömrünüz qünəş şəfəqli, bahar nəfəsli, sübh nəğməli olsun!
Dostları ilə paylaş: |