C
avan adamların
qanının yaşlı adamlara
köçürülməsi yolu
ilə onların cavanlaşmasına
həsr olunmuş tədqiqatlar
son illər daha da çoxalıb.
Alimlər gəmiricilər üzərində
tədqiqatlardan insanlar
üzərində eksperimentlərə keçir,
eyni zamanda qanda hansı
cavanlaşdırıcı maddələrin
olduğunu da üzə çıxarmağa
çalışırlar..
AZƏRTAC “popsci.com” saytına isti-
nadla xəbər verir ki, İrina Konboy başda
olmaqla Kaliforniya Universitetindən
olan tədqiqatçıların fikrincə, cavan
adamın qanının hər hansı möcüzəvi
xüsusiyyətləri yoxdur, qoca adamın
qanı isə zəhərli ola bilər. Onlar ekspe-
rimentin köməyi ilə göstəriblər ki, ca-
van siçanlardan daha yaşlı siçanlara qan
köçürülməsi heyvanların vəziyyətini
dəyişməyib. Lakin əks prosedur - qoca
gəmiricilərin qanının cavan siçanla-
ra köçürülməsi isə ciddi sağlamlıq
problemləri yaradıb. Bu ehtimal etməyə
əsas verir ki, yaşlandıqca qanda “qocal-
ma amilləri” toplanır.
2005-ci ildə Konboy və onun
həmkarları müxtəlif yaşlı iki siçanın
qan-damar sistemlərini birləşdiriblər.
Bu prosedur nəticəsində daha yaş-
lı gəmiricilərdə əzələ toxumasının,
qaraciyər, ağciyər toxumalarının və or-
qanların bərpası müşahidə olunub. Bun-
dan belə nəticə çıxarılıb ki, yaxşılaşma
cavan qanın təsiri ilə baş verib.
İndi alimlər hesab edirlər ki,
“qoca” qanda hüceyrənin inkişa-
fı və bölünməsi prosesinə mane olan
molekullar var. Onlar cavan qanda
olan birləşmələrdən daha güclü təsir
göstərir. Qanköçürmədən sonra hey-
vanların vəziyyəti buna görə pisləşib.
Tədqiqat müəllifləri eyni təsirə malik
birləşmələri müəyyən etməlidirlər. On-
ları eyniləşdirə bilsələr, 2-ci tip dia-
bet, osteoporoz və immun çatışmazlığı
kimi xəstəliklərin müalicəsinə yol aça
bilərlər.
Dostları ilə paylaş: |