N
yu-York Universitetinin mü-
tə
xəssisi Kun U Ço başqa
mütəxəssislərlə birlikdə iki yaşdan
kiçik uşaqlarda autizmin diaqnostika-
sı üçün əlavə yaradıb. Yeni proqramı
smartfon, kompyuter və ya planşetə
yükləmək olar.
AZƏRTAC “UPI.com” saytı-
na istinadla xəbər verir ki, so-
sial vəziyyət təsvirlərinə baxış
prosesində bu proqram vasitəsilə
uşaqların göz hərəkətləri izlənib.
Sonra o, məlumatlar təhlil edi-
lib, autizm əlamətləri axtarılıb.
Mütəxəssislərin fikrincə, autizm
spektri pozulmayan uşaqlar belə
şəkillərə autistlərlə müqayisədə
daha uzun müddət baxırlar. Məsələ
bundadır ki, autizm spektri pozulan
uşaqlar sosial münasibətləri başa
düşə bilmirlər.
Yeni əlavənin köməyi ilə diaq-
nostika prosesi cəmi 54 saniyə
çəkir. Proqram 93,96 faiz dəqiqliklə
diaqnoz qoymağa imkan verir.
Mütəxəssislər vurğulayırlar ki,
əlavə üzərində iş başa çatmayıb.
Gələcəkdə valideynlər narahatlıq
üçün əsas olub-olmadığını bu əlavə
sayəsində müəyyən edə biləcəklər.
Dostları ilə paylaş: |