Ürək küyləri –ürək boşluqları və magistral damarların qapaqüstü şöbələrində turbulent axınin yaranması zamanı dəfələrlə təkrarlanan patoloji səs dalğalarıdır.
Ürək küyləri –ürək boşluqları və magistral damarların qapaqüstü şöbələrində turbulent axınin yaranması zamanı dəfələrlə təkrarlanan patoloji səs dalğalarıdır.
Qan cərəyanının daralmış nahiyədən keçməsi(məs.aorta mənfəzinin daralması),
Qan cərəyanının daralmış nahiyədən keçməsi(məs.aorta mənfəzinin daralması),
Üzvi küylər(qapaqlarda və arakəsmələrdə struktur dəyişikliklər):
Üzvi küylər(qapaqlarda və arakəsmələrdə struktur dəyişikliklər):
-ürəyin qazanilmış qüsürları(2- və 3-taylı qapaq çatişmazlıqları,mitral və trikuspidal dəliklərin daralması,aypara qapaqların çatışmazlığı,aorta və ağ ciyər arteriyasının mənfəzlərinin daralmaları).
-anadangəlmə ürək qüsurları(mədəcikarası-və qulaqcıq arası çəpərin qüsurları botal axacağının açıq qalması və s.)
Üzvi küylər:
-Qapaq mənşəli və
-Əzələ mənşəli ola bilər
Funksional küylər:
Funksional küylər:
-Dinamik küylər(tireotoksikoz,qızdırma ,nevroz və s),
-Anemik küylər(anemiyalar).
-Nisbi funksional küylər(qapaqların nisbi çatışmazlığı və ya qapaq dəliklərinin nisbi daralmaları).
-Aksidental(zərərsiz)küylər.
AV-qapaqların fibroz halqalarının genişlənməsi(2- və 3-taylı qapaqların nisbi çatışmazlıqları),
AV-qapaqların fibroz halqalarının genişlənməsi(2- və 3-taylı qapaqların nisbi çatışmazlıqları),
Papilyar əzələlərin funksional pozulmaları:
-papilyar əzələlərin infarktı,
-mitral qapağın prolapsı.
Digər səbəblərdən ürək boşluqlarının genişlənmələri zamanı fibroz halqanın ölçülərinin normal olması,hemodinamikanın pozulması səbəbindən daralmanın baş verməsi,aorta və ağ ciyər arteriyasının genişlınməsi:
-Kumbs küyü,
-Flint küyü,
-Qrehem-Still küyü,
-Aorta qapağı çatışmazlığı zamanı nisbi sistolik küy.
Hemodinamik mənşəinə görə küylər bölünür:
Hemodinamik mənşəinə görə küylər bölünür:
-qovulma küyləri-qanın mədəcikdən magistral damara qovulması zamanı maneə ilə rastlaşması(aorta və ağ ciyər arteriyasının mənfəzinin daralması),
-requrgitasiya küyləri-qanın geriyə axını zamanı dar yerdən keçməsi (mitral,trikuspidal,aortal və pulmonal qapaqların çatışmazlıqları),
-dolma küyləri-qanın qulaqcıqdan mədəciyə daxil olması zamanı maneə ilə rastlaşması(mitral və trikuspidal dəliklərin daralması).
Tembri- təzyiqlər qradientindən asılıdır
Tembri- təzyiqlər qradientindən asılıdır
Gücü(intensivliyi)-qan cərəyanı sürətindən və qanın həcmindən asılıdır.
Küyün intensivliyi həmçinin tənəffüs fazalarından asılı olaraq dəyişir
Davametmə müddəti qan cərəyanının keçdiyi dəliyin ölçüsündən asılıdır.
Irradiasiyası və intensivliyi bədən vəziyyətinin dəyişməsi zamanı dəyişir
Sistola və diastola fazalarına münasibəti qüsürun formasından asılıdır.
Forması-qanın həcminin dəyişməsindən asılıdır.
Küyün lokalizasiyası-episentri(punctum maximum)
Küyün lokalizasiyası-episentri(punctum maximum)
-mitral qapaq çatışmazlığı və mitral stenoz-ürəyin zirvəsi və IV-cü q.a.döş sümüyündən solda(mitral qapağın anatomik proyeksiyası ).
-3-taylı qapaq çatışmazlığı və trikuspidal stenoz-xəncərəbənzər çıxıntı üzərində,
-aortal stenoz-II-ci q.a. döş sümüyündən sağda)
və aorta qapağının çatışmazlığı-III-cü qabırğanın döş sümüyünə birləşdiyi nahiyyədə və II-ci q.a.s.döş sümüyündən sağda,
-ağ ciyər arteriyasının stenozu və ağ ciyər arteriyasının aypara qapağının çatışmazlığı-II-ci q. a.s.döş sümüyündən solda.
Ağ ciyər arteriyası mənfəzinin anadangəlmə daralması qüsuru zamanı döş sümüyünün sol kənarı ilə ötürülür və II-ci tonun zəifləməsi ilə müşaiət olunur.
Ürək tsikli ilə əlaqəsinə görə:
Ürək tsikli ilə əlaqəsinə görə:
-sistolik,
-diastolik.
Sistolik küylər -I-ci tonla birlikdə başlayib ürəyin qısa pauzası zamanı meydana çıxır zirvə vurğusu və yuxu arteriyalarının pulsasiyası ilə üst-üstə düşür.
Yaranma vaxtına görə:
Mezosistolik-sistolanın ortasında(qovulma küyləri(aortal və pulmonal stenoz, hipertrofik kardiomiopatiya)
Pansistolik-I-ci tonla başlayıb II-ci tona qədər davam edir(mitral və trikuspidal çatışmazlıq ,mədəcikarası çəpərin qüsuru.
Diastolik küylər-II-ci tondan sonra uzun pauzadan sonra meydana çıxır:protodiastolik(aorta qapağının çatışmazlığı)
mezodiastolik (yüngül mitral stenoz) ,
presistolik(ağır dərəcəli mitral stenoz) ola bilər.
Funksional küylər tembrinə görə daha zərif və asta olur
Funksional küylər tembrinə görə daha zərif və asta olur
Funksional küylərin davametmə müddəti daha qısadır
Onlar əksərən ürəyin zirvəsində və ağ ciyər arteriyasında eşidilir
Üzvi küylərdən fərqli olaraq irradiasiya etmir
Funksional küylər əksərən sistolik olur
F.k. daimi deyil, dəyişkəndir.fiziki yükdən və bədən vəziyyəti dəyişdikdən sonra itir,yaxud dəyişir.
F.k. dəyişməmiş ürək tonları fonunda eşidilir
F.k.zamanı ürək –damar patoloqiyası tapılmır.
Bu küylər aorta və ağ ciyər arteriyasında qan cərəyanına qarşı müqavimətin daha az olması, qan cərəyanının daha sürətli olması səbəbindən turbulent axın yaranması ilə əlaqədardır.
Bu küylər aorta və ağ ciyər arteriyasında qan cərəyanına qarşı müqavimətin daha az olması, qan cərəyanının daha sürətli olması səbəbindən turbulent axın yaranması ilə əlaqədardır.
Onlar aşağıdakı nahiyələrdə dinlənilir:
II-ci q.a.s.döş sümüyünün sol kənarı-sistolik küy,
II-ci,IV-cü və V-ci q.a.s. Döş sümüyünün sol kənarı-sistolik küy
Döş sümüyünün sol kənarı II-V-ci q.a.s.boyunca
II-ci q.a.s.döş sümüyünün sol və sağ kənarında.
Aksidental küylər uşaqlarda və yeniyetmələrdə müşahidə olunur.
Irradiasiya-döş sümüyünün sol kənarı ilə yuxarı,sol qoltuqaltı,sol kürəkaltı nahiyələrə,
ıUcalığı xəstənin üfqi ,sol böyrü üstə nəfəsvermədə və çömbəlmiş vəziyyətində,fiziki yükdən sonra artır.
Forması-lentvari,yaxud -decrescendo(azalan)
3-taylı qapağın çatışmazlığı:
3-taylı qapağın çatışmazlığı:
Kobud,zəif,qısa(sistolanın bir hissəsini tutur) -lokalizasiyası-xəncərəbənzər çıxıntı,yaxud döş sümüyünün aşağı hissəsi -irradiasiya- yuxarı döş sümüyünün hər iki kənarına
Sağ böyrü üstə uzanmış vəziyyətdə və nəfəsalmada güclənir(Rivero-Korvalyo simptomu)
-önə əyildikdə və nəfəsvermədə çömbəlib oturduqda güclənir.
Ağ ciyər arteriyasi qapağının çatışmazlığı
Ağ ciyər arteriyasi qapağının çatışmazlığı
tembri-zərif
Ucalığı-zəif
Davametmə-qısa,diastolanın bir hissəsi
Lokalizasiya-II-ci q.a.s .döş sümüyünün sol kənarı
Irradiasiya-döş sümüyünün kənarı boyu aşağı(III-IV-cü q.a.s.
Nəfəsalmada güclənir
Mitral dəliyin daralması(mitral stenoz)
Mitral dəliyin daralması(mitral stenoz)
Tembri-üfürücü
Ucalığı-güclü
Davametmə-uzunmüddətli
Lokalizasiya-I-ci auskultasia nöqtəsi
Irradiasiya-V-VI-cıq.a.s. Döş sümüyünün kənarı ilə məhdudlaşır
Stenoz güclü olduqda- protodiastolik
Mötədil stenozda-mezodiastolik
Sol böyrü üstə,ayaq üstə ,nəfəsvermə zamanı güclənir
I-ci çırpılan tonla və döş qəfəsinin titrəməsi ilə və “bildirçin ritmi” ilə müşayiət olunur
Forması-crescendo-decrescendo-rombvaridir
Trikuspidal stenoz
Trikuspidal stenoz
Tembri –zərif
Ucalığı-zəif
Davametmə- diastolanın bir hissəsi
Lokalizasiya-xəncərəbənzər çıxıntı üzərində
İrradiasiya - döş sümüyünün sağ kənarı
Sağ böyrü üstə və dərin nəfəsalmada güclənir.
Trikuspidal çırtma(bildirçin ritmi)ilə müşaiyət olunur
AV-qapaqların fibroz halqasının genişlənməsi zamanı mitral və trikuspidal qapaqların nisbi çatışmazlıqları
AV-qapaqların fibroz halqasının genişlənməsi zamanı mitral və trikuspidal qapaqların nisbi çatışmazlıqları
Bu mədəcik boşluğunun miogen dilatasiyası ilə əlaqədardır,qan qulaqçığa qayıdarkən dar yerdən keçir
Səbəbləri:arterial hipertenziya,aortal qüsurlar(aotal qüsurun mitralizasiyası),istənilən mənşəli ürək çatışmazlığı(mitral qapaq çatışmazlığı)
Mitral stenozun son mərhələlərində və ağ ciyər ürəyində-trikuspidal çatışmazlıq
Nisbi funksional küylər qapaq taylarının hemodinamik yerdəyişməsi.aorta və ya ağ ciyər arteriyasınınmənfəzinin genişlənməsi ilə əlaqədar olur.
Nisbi funksional küylər qapaq taylarının hemodinamik yerdəyişməsi.aorta və ya ağ ciyər arteriyasınınmənfəzinin genişlənməsi ilə əlaqədar olur.
Qrehem-Still küyü-mitral stenoz,birincili ağ ciyər hipertenziyası,ağ ciyər ürəyi zamanı ağ ciyər arteriyasında təzyiqin uzun müddətli yüksəlməsi səbəbindən onun genişlənməsi və ağ ciyər arteriyası qapağının çatışmazlığının inkişafıilə əlaqədar yaranır.Bu zaman III-cü auskultasiya nöqtəsində azalan nisbi diastolik küy eşidilir.
Flint küyü:
Flint küyü:
Küy üzvi aorta qapağı çatışmazlığı zamanı diastolada aortadan geriyə,mədəciyə qayıtması zaman güclü qan şırnağının mitral qapaq taylarını(yaxud bir tayını)yuxarı qaldıraraq nisbi mitral stenoz yaratması ilə əlaqədardır.Bu zaman nisbi presistolik(diastolik)küy yaranır. Bu küy ürəyin zirvəsində I-ci nöqtədə eşidilir.
Bu qüsur zamanı həmçinin II-ci auskultasiya nöqtəsində üzvi mınşəli diastolik küy eşidilir
Kumbs küyü:
Kumbs küyü:
Mitral qapaq çatışmazlığı zamanı sol mədəcik və sol qulaqçıq kameralarının dilatasiyası ilə əlaqədar ürəyin sol şöbəsi qum saatı forması alır və mitral dəlik sol qulaqcıqda çoxalmış qan həcmi üçün nisbətən dar gəldiyindən nisbi mitral stenoz yaranır.Bu zaman qanın sol qulaqcıqdan sol mədəciyə keçməsi zaman turbulent axın baş verir və nisbi mezodiastolik küy yaranır.Ürəyin zirvəsində I-ci nöqtədə eşidilir.
Ürəyin zirvəsində həmçinin üzvi sistolik küy eşidilir(mitral qapaq çatışmazlığı küyü.)
Aorta qapağının üzvi çatışmazlığı zamanı aorta mənfəzinin nisbi stenozu səbəbindən nisbi funksional sistolik küy yaranır.
Aorta qapağının üzvi çatışmazlığı zamanı aorta mənfəzinin nisbi stenozu səbəbindən nisbi funksional sistolik küy yaranır.
Küy aortaya qovulan qanın sistolik həcminin əhəmiyyətli çoxalması ilə əlaqədardır.Bu zaman aorta qapağının normal dəliyi qanın həcmi üçün nisbətən dar gəldiyindən turbulent axın yaranir.Bu zaman boyun damarlarına ötürülən nisbi sistolik küy II-ci auskultasiya nöqtəsində eşidilir.
Üzvi mənşəli diastolik küy isə II-ci və V-ci nöqtələrdə eşidilir(aorta qapağının nisbi çatışmazlığı)
Papilyar əzələlərin və xordaların funksiyasının pozulması.
Papilyar əzələlərin və xordaların funksiyasının pozulması.
Papilyar əzələlərin infarktı;
Mitral qapagın prolapsı(AV-qapaqların xordalarından birinin anadangəlmə və ya qazanılmış uzanması)-sol mədəciyin sistolası zamanı mitral qapagın qulaqcığa əyilməsi .
Bu zaman nisbi mitral qapaq çatışmazlığı yaranır və I-ci auskultasiya nöqtəsində qısa mezo-və ya gecikmiş sistolik küy eşidilir.Adətən I-ci ton saxlanılmış olur.
Kombinə olunmuş qüsurlar zamanı:
Kombinə olunmuş qüsurlar zamanı:
Qapaqlardan birinin üzərində həm sistolik ,həm diastolik küy eşidilir,yəni həm qapaq çatışmazlığı, həm dəliyin daralması mövcud olur.
Müştərək qüsurlar:
Qapaqlardan birinin üzərində sistolik ,digərinin üzərində diastolik küy eşidilir,yəni iki qapağın zədələnməsi mövcuddur.
Müxtəlif qapaqlar üzərində ürək tsiklinin eyni fazasında küyün eşidilməsi-birinin üzərində yumşaq üfürücü, digərinin-kobud küy iki qapağın zədələnməsini göstərir və bu zaman qapaqları birləşdirən xətt boyu auskultasiyada küy kəsilir sonra isə güclənir.
Perkardın sürtünmə küyü:
Perkardın sürtünmə küyü:
Quru(fibrinoz),aseptik(miokard infarktı),uremik(böyrək çatışmazlığı) perikarditlər zamanı perikard səhfələrinin nahamarlığı səbəbindən eşidilir.
Xüsusiyyətləri:
Həm sistola,həm diastola zamanı eşidilir;
Qar xışıltısını,cırmaq,kağızın kağıza sürtünməsi səsini xatırladır ,yəni uca və asta oia bilər;
Ürəyin mütləq kütlüyü üzərində eşidilir,qapaq nöqtələrində deyil;
Irradiasiya etmir;
Daimi deyil,çox dəyişkəndir;
Stetoskopla döş qəfəsinə təzyiq zamanı və önə əyilərkən,üzü aşağı əllər və ayaqlar üzərində,başı arxaya əydikdə güclənir
Qulağa daha yaxın eşidilir(səthdən gəlir).
Ürəyə birbaşa söykənən plevranın iltihabı zamanı plevra səhvələrinin ürək yığılmalari ilə sinxronbir-birinə sürtünməsi səbəbindən yaranır.
Ürəyə birbaşa söykənən plevranın iltihabı zamanı plevra səhvələrinin ürək yığılmalari ilə sinxronbir-birinə sürtünməsi səbəbindən yaranır.
Xüsusiyyətləri:
Ürəyin nisbi hüdudunun sol kənarı boyu eşidilir;
Tənəffüs fazaları ilə əlaqədardır xüsusi ilə nəfəsalmada güclənir;
Maksimal nəfəsvermədə və tənəffüsü saxlayarkən zəifləyir;
Qulağa yaxın eşidilir;
Stetoskopla təzyiq etdikdə güclənir.
Qar xışıltısına,cirmaq,şırıltı səsinə oxşayır.
ÖTÜRÜLMƏ SİSTOLİK KÜYLƏR:
ÖTÜRÜLMƏ SİSTOLİK KÜYLƏR:
Aorta mənfəzinin daralması və açıq Botal axacaq(küy vidaci çuxurda ,a.carotis və a.subclavia-da eşdilir),
A.renale-aorto-arteriit,fibromaskulyar hiperplaziya,ateroskleroz-l.xyphoumbilicalis orta hissəsindən keçən üfqi xəttin qarnın düz əzələlərinin bayır kənarlarının kəsişdiyi nöqtələr.