Fotolar Cənnətalı Çingizindir
Türkiyənin ortopediya və
travmatologiya üzrə mütəxəssisləri
Azərbaycan Tibb Universitetində
Azərbaycan-Türkiyə I Beynəlxalq Məhkəmə Tibbi
Ekspertiza və Patologiya Konqresi keçirilib
Azərbaycan Tibb Universiteti
(ATU) Memorial Xəstəxanalar
Qrupu ilə əməkdaşlığı
genişləndirmək niyyətindədir.
Yaxın gələcəkdə iki müəssisə
arasında müştərək tədbirlər,
birgə əməliyyatlar, seminar və
elmi konfransların keçirilməsi
planlaşdırılır. Bu haqda ilkin
razılıq Memorial Xəstəxanalar
Qrupunun baş direktoru Uğur
Genç ilə ATUnun rektoru,
professor Gəray Gəraybəyli
arasındakı görüş zamanı əldə
olunub.
Görüş zamanı professor
Gəray Gəraybəyli ATU ilə Me-
morial Xəstəxanalar Qru-
pu arasında uzun illərdir
əməkdaşlığın mövcud oldu-
ğunu vurğulayıb. Rektor bil-
dirib ki, indiyədək bir çox
sahələrdə birgə tədbirlər
təşkil olunub: “Lakin adətən,
bu tədbirlər tibbin əsas
istiqamətləri - ginekologiya,
endikrinologiya, cərrahiyyə
ilə bağlı olub. Biz digər
önəmli sahələr - pediatriya,
oftalmologiya, psixiatriya,
nevrologiyaya da diqqət ayır-
maq istərdik”.
Professor G.Gəraybəylinin
sözlərinə görə, indiyədək
azərbaycanlı gənc həkimlərin
Türkiyədə təcrübə, prakti-
ki kurslar keçməsi ilə bağlı
problem olmayıb. Həmçinin,
rezidentura pilləsində çalışan
həkimlər də qonşu ölkədə
praktikada ola bilirlər: “Biz
isə İstanbul Universiteti-
nin müəllimlərinin ATU-dakı
tədris prosesinə cəlb olun-
ması arzusundayıq. Yal-
nız rezidentlər üçün deyil,
tələbələrin də biliklərini ar-
tırması üçün xüsusi dərslərin
keçirilməsi,
əməliyyatların
canlı yayımla nümayiş olun-
masını təşkil etmək istərdik.
Simulyasiya
otaqlarımızda
praktiki vərdişlərin tədrisi ilə
bağlı qısamüddətli kursların
təşkili tələbələrimizin baca-
rıqlarını artırması üçün bö-
yük töhfə olardı”.
Memorial
Xəstəxanalar
Qru pu nun baş direkto-
ru Uğur Genç qeyd edib ki,
Türkiyə tibbində invaziv
cərrahiyyə, qaraciyər nəqli,
radiologiya, süni mayalanma
və digər sahələr üzrə ciddi
nailiyyətlər əldə olunub və
bu təcrübəni Azərbaycanla
paylaşmaq niyyətindədirlər:
“Türkiyənin fərqli yerlərində
10 xəstəxanamız var, bu-
rada 1000-dən çox yüksək
səviyyəli peşəkar həkim
işləyir. Biliklərimizi və təc-
rübələrimizi
Azərbaycanla
paylaşmağa hər zaman ha-
zırıq”.
Qeyd olundu ki, Memorial
Xəstəxanalar Qrupuna da-
xil tibb müəssisələrində hər
il yüzlərlə qaraciyər nəqli
əməliy yatı həyata keçiri-
lir və onların 92 faizi uğurla
nəticələnir. Bu klinikalarda
ildə 125 min yataq xəstəsi
olur, 60 min əməliyyat aparı-
lır. Yaxın vaxtlarda isə İstan-
bulda bu şəbəkəyə daxil olan
yeni xəstəxana açılacaq.
Söhbət zamanı əməkdaşlığın
digər formatları da müzakirə
edilib. Türkiyə həkimlərinin
ATU-da qısamüddətli kurs
keçməsi, onların apardığı
nadir əməliyyatların video
translyasiya ilə ATU tələbələri
üçün nümayiş etdirilməsi,
tələbələrin praktiki biliklərini
artırması məqsədilə digər
tədbirlərin təşkili ilə bağlı il-
kin razılıq əldə olunub.
Görüşdə ATU-nun beynəl-
xalq əlaqələr üzrə prorek-
toru Rəhimə Qabulova və
beynəlxalq əlaqələr şöbəsinin
müdiri Nadir Zeynalov da iş-
tirak edib.
Dostları ilə paylaş: |