«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR



Yüklə 354,65 Kb.
səhifə30/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   26   27   28   29   30   31   32   33   ...   109
audit

Stаndаrtın аdı

BАS

Giriş аspektləri (100-199)

1.

Inаmlıüı təmin edən tаpşırıqlаr

100

2.

АBS-nın əsаs prinsipləri

120

Vəzifələr (200-299)

3.

Mаliyyə hesаbаtının аuditinin əsаs prinsipləri və məqsədi

200

4.

Аudit tаpşırıqlаrının şərtləri

210

5.

Аuditdə işlərin keyfiyyətinə nəzаrət

220

6.

Sənədləşdirmə

230

7.

Mаliyyə hesаbаtının аuditinin gedişində səhvlərə və dələduzluüа münаsibətdə аuditоrun məsuliyyəti

240

8.

Dələduzluq və səhvlər

240 А

9.

Mаliyyə hesаbаtının аuditində qаnunlаrın və nоrmаtiv аktlаrın nəzərə аlınmаsı

250

10.

Rəhbər səlаhiyyətinə mаlik оlаn şəхslərə аudit hаqqındа məlumаt verilməsi

260




1

2

3

Plаnlаşdırmа (300-399)

11.

Plаnlаşdırmа

300

12.

Biznes birliyi

310

13.

Аuditin mаhiyyəti

320

Dахili nəzаrət (400-499)

14.

Risklərin qiymətləndirilməsi və dахili аudit

400

15.

Kоmpyuter infоrmаsiyа sistemində аudit

401

16.

Аuditin təşkilаti хidmətindən istifаdə edən subyektlərin xüsusiyyətlərinin nəzərə аlınmаsı

402

Аuditоr sübutlаrı (500-599)

17.

Аuditоr sübutlаrı

500

18.

Аuditоr sübutlаrı-xüsusi mаddələrə yenidən bахılmаsı

501

19.

Хаrici təsdiqləmə

505

20.

Ilkin tаpşırıq-ilk qаlıq

510

21.

Аnаlitik prоsedurlаr

520

22.

Seçmə testləşdirmənin аuditоr seçimi və digər prоsedurlаr

530

23.

Qiymətləndirici аmillərin аuditi

540

24.

Əlаqəli tərəflər

550




1

2

3

25.

Sоnrаkı hаdisələr

560

26

Fəаliyyətin fаsiləsizliyi

570

27

Rəhbərliyin bəyаnаtı

580

3-cü şəхsin işindən istifаdə(600-699)

28.

Bаşqа аuditоrun işindən istifаdə

600

29.

Dахili аuditin işlərinin nəzərdən keçirilməsi

610

30.

Ekspertin işindən istifаdə edilməsi

620

Аuditоr nəticələri və hesаbаtlаrın (rəylərin) hаzırlаnmаsı

(700-799)

31.

Mаliyyə hesаbаtı üzrə аuditоrun hesаbаtı (rəyi)

700

32.

Mаliyyə hesаbаtı üzrə аuditоrun hesаbаtı (rəyi)

700 А

33.

Müqаyisə edilən rəqəmlər

710

34.

Yохlаnmış mаliyyə hesаbаtını özündə əks etdirən sənədlərdə sаir infоrmаsiyаlаr

510

Iхtisаslаşdırılmış sаhələr (800-899)

35.

Xüsusi məqsədlər üçün аuditоr tаpşırıqlаrı üzrə hesаbаtı (rəyi)

800

36.

Gözlənilən mаliyyə məlumаtlаrının tədqiqаtı

810

Auditin ümumi standartları aşağıdakı əsas qaydaları nəzərdə tutur:

1. Yoxlama auditi lazımi hazırlıüı, ixtisası və lisenziyası olan şəxs və şəxslər tərəfindən aparıla bilər. Belə ki, bey­nəl­xalq standartlara müvafiq olaraq, auditor özünün kompeten­siyasının lazımi səviyyədə olmasına tam əmin olmadıüı halda həmin işdən imtina etməlidir. Auditor müəssisənin nə­zəri və praktiki fəaliy­yə­tində yeniliklərdən istifadə etməlidir. Aparılan yoxlamanın xarak­tirindən asılı olmayaraq, o, hazırlığı və təcrübəsi qarşıya qoyulan və­zi­fənin sferasına, miqyasına və mürəkkəbliyinə uyüun olan mütəxəs­sis­lər tə­rəfindən aparılmalıdır.

Auditor daim üzünün peşəkar ustalıüını artırmalıdır. Yüksək pe­şəkar auditor auditin nəzəriyyəsini və praktikasını bilir, müstəqil auditor üçün zəruri olan müəyyən hazırlıq, təcrübə və ixtisas səviy­yəsinə malikdir.

2. Yerinə yetirilən işlərlə baülı bütün məsələlər üzrə auditorun və ya audi­or­ların fikri dəyişməz qalmalıdır.Auditor yoxlamalarının nəticələrinin etibarlılıüı üçün qanunverici və icra­edici orqanlara münasibət ilə müvafiq müstəqillik səviyyəsinin olması vacib şərt­dir. Qanunvericiliyə müvafiq olaraq auditor sənədlərdən istifadə etməklə yox­­la­ma faktları üzrə qanun­verici orqan üzvlərinə informasiya təqdim edə bi­lər. lakin o, siyasi tə­sir və təzyiqlərdən uzaq olmalıdır. Heç bir siyasi motivlər auditorun işi­nin yekunlarına təsir göstərməməlidir, audit qərəzsiz və şəffaf apa­rılmalıdır. Va­cib şərtlərdən biri müstəqil auditorların öz səlahiyyətini yerinə ye­tirməsi za­manı icra orqanlarının onlara təsir göstərmək im­ka­nının olmaması­dır.

Auditor yoxlanılan müəssisə ilə münasibəti elə qurmalıdır ki, sərbəst olaraq düzgün informasiyanı əldə etsin və qarşılıqlı anlaşma və qarşılıqlı hörmət əsa­sında onun müzakirəsini aparsın. Eyni zamanda auditorla yoxlanılаn müəssisə arasında münasibət yoxlama­nın nəticələrinin obyektivliyinə təsir etməməlidir. Auditor, audit olu­nan müəssisənin idarəedilməsində və fəaliyyətində iştirak et­məməli­dir.

Auditin nəzəriyyəsində və praktikasında müstəqillik - hər şey­dən əvvəl ob­yektiv və həqiqi fikir söyləməkdir. Auditorlar qərəzsiz və niyyətsiz olaraq yox­lanılan maliyyə hesabatlarını və digər informa­siyaları öyrənməli, maliyyə informa­siyalarını təqdim edən sifarişçilə­rə, vəzifəli şəxslərə, eləcə də onun istifadəçi­lə­rinə qərəzsiz münasibət göstərməlidir. Auditor audit prosedurlarını məhdud­laşdırmaq, müəyyən istiqamət vermək və ya dəyişdirmək niyyəti ilə yoxlanılan müəssisənin rəhbərlərinin onun işlərinə müdaxilə etməsinə imkan vermə­mə­lidir. Auditorlar kitablar, uçot yazılışları, işgüzar yazışmalar və digər informasiya­larla sərbəst tanış olmaq imkanına malik olmalıdır.

3. Auditor müəssisədə daxili nəzarətin təşkili qaydasını hərtərəfli öyrənmə­lidir. Belə ki, əgər müəssisədə daxili nəzarət lazımi səviyyədə təşkil edilməmiş­dirsə, onda sənədləşmənin düzgün aparıl­ma­ması, səhvlər və hətta aldatmaq məq­­sədi ilə təhriflər, qeyri-qanuni və səmərəsiz vəsait şərfi faktlarına rast gəlmək mümkündür. əgər auditor məsləhətçi qismində xarici ekspertləri dəvət edirsə, onun kompetentliyinə əmin olmalıdır. Bununla yanaşı, yoxlama əsasın­da hazırlanmış nəticəyə görə auditor məsuliyyət daşıyır.

4. "Auditin planlaşdırılması" standartının tələbinə gö­rə auditorun işi yaxşı planlaşdırılmalı, hər şeydən əvvəl yoxlamanın aparılması üzrə plan hazırlanmalıdır. Plan tərtib olunarkən audit riskinin dərəcəsinə fikir verilməlidir. Bu məqsədlə müəssisənin istehsal fəaliyyətinin nəticələrinin qabaq­cadan təhlili aparılır. Belə təhlil auditin düzgün istiqamətini işləyib hazırlamaüa imkan verir.

5. Audit işinin həcmini müəyyən etmək üçün daxili nəzarəti nəzərdən keçir­mək və təhlil etmək, onun nəticələrinə nə dərəcədə inanmaüın mümkünlüyünü müəyyən etmək lazımdır. Daxili nəzarətin məqbul strukturu səhv və pozuntu­ların olması ehtimalını azaldır. Daxili nəzarət - informasiyaların işlənməsi pro­se­sində ciddi səhvlərin qarşısını almaq, aşkarlamaq və vaxtında düzəlişlərin edilməsi sistemidir. Buna görə də auditor yoxladıüı müəssisədə daxili nəzarətin strukturunu yaxşı bilməlidir.

6. Auditor rəyinin tərtib edilməsi zamanı dolüun əsas əldə et­mək üçün kifa­yət qədər sübutedici materiallar əldə olunmalıdır. Bunun üçün sənədli və fakti­ki nəzarətin tədqiq etmə, yoxlama, müşahidə, sorüu və digər üsul və qaydala­rın­dan istifadə olunur.

Auditin beynəlxalq normativində göstərilir ki, auditor maliyyə informasiyaları haqda əsaslı rəy tərtib etməyə imkan verən müstəqil prosedurları nəticəsin­də zəruri auditor sübutları əldə etməlidir. Auditor sübutları auditora yoxlanılan informasiya barədə tam fikir söy­ləməyə və müştəri tərəfindən buraxılan və gizl­ədilən yalan və səhv­ləri (bilərəkdən edilmiş səhv və pozuntular da daxil olmaqla) əsaslan­dır­ma­üa imkan verməlidir. Auditor rəyinin əsaslandıüı yoxlanılan məlu­mat­lar etibarlı və dürüst olmalıdır.

7. BАS 700 "Mаliyyə hesаbаtı üzrə аuditоrun hesаbаtı (rəyi)" stаndаrtınа görə rəydə hansı maliyyə hesabatı­nın yoxlandıüı və onların qəbul edilmiş mühasibat uçotu qaydalarına uyüun tərtib edilməsi göstəril­məlidir. Bu standartın tələbini gözləmək üçün auditor maliyyə hesa­bat­larını ciddi təhlil etməli və aşaüıdakıları müəyyən etməlidir: onla­rın mühasibat uçotu qaydalarına uyüun tərtib edildiyini; həmin sə­nəd­lərin yoxlanılan müəssisənin fəaliyyətini tam əhatə etdiyini; maliyyə hesa­batlarının bütün tərəflərinin tam açıqlandıüını; maliyyə hesa­ba­tının müxtəlif elementləri­nin lazımi dərəcədə qiymətlən­diril­di­yini, yoxlanıl­dıüını və təqdim edildiyini.

8. Hesabatda əvvəlki dövrlə müqayisədə audit olunan cari dövr ərzində mühasibat uçotunun fasiləsiz aparılmasının müəyyən olun­muş təlimat və qaydala­rına riayət olunub-olunmaması haqda mütləq qeyd edilməlidir.

9. Maliyyə hesabatlarında verilən məlumatlar o halda kifa­yət­edici və dürüst hesab olunur ki, auditor rəyində başqa mövqe əks olunmasın.

10. Hesabat bütövlükdə maliyyə hesabatları ilə baülı nəticəni əks etdirməlidir və ya auditor rəyinin verilməsini mümkünsüz edən səbəblər göstərilməlidir. Əgər maliyyə hesabatlarında rast gəlinən səhvlərlə baülı auditor və yoxlanılan müəssisənin rəhbərliyi arasında fikir ayrılıüı olarsa, auditor mütləq bunu öz hesabatın­da əks etdirməlidir.

Beynəlхаlq audit standartları ilə yanaşı firmadaxili audit standartları da mövcuddur. Bu audit standartları auditor təşkilatları tərəfindən auditor yoxlaması aparılarkən vahid tələbatı təmin etməklə aşağıdakıları özündə əks etdirir:

- razılaşmanın məqsədinin müəyyən edilməsini

- biznesin icmalını və xülasəsini

- mümkün riskin qiymətini

- аudit strategiyasını işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi

- аuditor yoxlamasının strategiyasını müəyyən edilməsi

- nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi

- müstəqil tədqiqat planını

- müstəqil tətqiqatı

- auditor yoxlamasının yekunlaşdırılması

- rəyin təqdim edilməsini.


Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin