III MÖVZU. DAXILI NƏZARƏTIN - АUDITIN TƏŞKILI TEХNОLОGIYАSI
Dахili nəzаrət sistemi
Аuditin plаnlаşdırılmаsı.
Auditor riski və оnun qiymətləndirilməsi metоdlаrı
Daxili nəzarət sistemi
Daxili nəzarət sistemi (DNS) dedikdə, təsərrüfat fəaliyyətini qaydaya salmaq üçün İqtisadi subyektin rəhbərliyi tərəfindən qəbul olunan metodika və prosedurların məcmusu başa düşülür. Daxili nəzarət sistemi özündə aşağıdakıları birləşdirir:
a) qanunvericilik tələblərinin gözlənilməsini;
b) mühasibat uçotu sənədləşməsinin tamlığı və dəqiqliyi;
c) mühasibat hesabatlarının vaxtında hazırlanılması;
d) səhvlərin və saxtalaşdırmaların aradan qaldırılması;
e) əmr və sərəncamların icrası;
f) müəssisə əmlakının mühafizəsini təmin olunması.
Daxili nəzarət sistemi aşağıdakıların mövcudluğunu nəzərdə tutur.
1) Hüquq və vəzifələr dəqiq göstəriilməklə işçi heyətinin tərkibini.
Işçilər haqda auditor müəyyən qiymət verməlidir.
2) Müvafiq vəzifə bölgüsünü.
3) Əməliyyatlar baş verən zaman zəruri prosedurlara əməl olunmasını;
4) Sənədləşmənin mühafizəsinə nəzarəti;
5) Aktivlər və sənədlər üzərində həqiqi nəzarəti;
6) Yerinə yetirilən vəzifələrin müstəqil surətdə yoxlanılmasını.
Daxili nəzarət sisteminin yaradılması aşağıdakı məqsədlərə xidmət edir:
a) Məlumatların etibarlılıüının təmin olunmasına;
b) Aktivlərin və köçürmələrin mühafizəsinə;
v) Təşkilatın fəaliyyət göstəriməsinin səmərəliliyinin yüksəldilməsinə
q) Menecment tərəfindən müəyyənləşdirilən qaydalara və proseduralara əməl olunmasına;
d) DNS-nin qanunvericilik aktlarına və normalarına uyüunluüunun təmin olunmasına;
e) Auditin keçirilməsinə çəkilən xərclərin aşaüı salınmasına.
Daxili nəzarət sisteminin yoxlayan zaman auditor, onun səmərəliliyini müəyyənləşdirərsə, onda müştərinin informasiyasına kifayət dərəcədə etibar etmək və auditor işinin həcmini ixtisar etmək mümkündür.
Bununla əlaqədar olaraq auditor, aşağıdakıları müəyyənləşdirmək məqsədilə mühasibat uçоtu və daxili nəzarət sisteminin yoxlamasını aparır:
1. Əməliyyatların mövcudluğunu (əməliyyatın həyata keçirilməsi üçün icazə səlahiyyəti çatan şəxs tərəfindən verilmizdir).
2. Qeydlərin tamlığını (baş verən bütün əməliyyatlar qeydlərdə öz əksini tapmışdır).
3. Qiymətləndirməni (əməliyyat düzgün qiymətləndirilmişdir).
4. Hesablamaların və köçürmələrin dürüstlüyünü (əməliyyatlar əsasında düzgün köçürmələr aparılmış, qeydlər uçоt kitablarında qeydə alınmış, yekun dürüst hesablanmışdır).
Bundan başqa auditora DNS-nin quruluşunu təşkil edən aşağıdakı elementlərlə yaxından tanış olmaq vacibdir:
a) həmin müəssisədə rəhbərliyin iş sistemi ilə;
b) idarəetmənin təşkilat strukturu ilə;
v) hüquq və vəzifələrin qulluqçuların nəzərinə çatdırılması ilə;
q) rəhbərlik tərəfindən istifadə olunana nəzarət metodları ilə;
d) daxili auditin funksiyaları ilə;
e) kadr siyasəti ilə.
Auditor, daxili nəzarət sistemi nin bütün sadalanan altı elementini tədqiq etməlidir. Bu zaman iqtisadi subyektin ölçüsü daha mühüm əhəmiyyət kəsb edir. Aydın məsələdir ki, kiçik müəssisələrdə vəzifə bölgüsü prinsipinin gözlənilməsi böyük çətinlik törədir və buna görə daxili auditor ştatı açmaq məqsədə uyüun hesab edilmir.
Azərbaycan Respublikası ərazisində həyata keçirilən auditor xidmətlərinin keyfiyyətinə nəzarət olunmasını təmin etmək məqsədi ilə beynəlxalq audit standartlarına uyğun “Auditin keyfiyyətinə nəzarət” milli audit standartı işlənib hazırlanmışdır və Auditor Palatası Şurasının 1997-ci il 21 may tarixli 21/1 saylı qərarı ilə təsdiq olunmuşdur. Lakin 2010-cu ildən milli adit standartlarının tətbiqinin dayandırılması ilə əlaqədar beynəlxalq audit standartlarından istifadı olunur. Azərbaycan Respublikasında keyfiyyətə nəzarət daxili və kənar nəzarət olmaqla iki növə bölünür:
Daxili nəzarət auditor orqanının rəhbərlik və sərbəst auditorlar tərəfindən audit planlaşdırılmasının, auditin qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyinin və audit standartlarının tələblərinə uyğunluğu və bunlara əməl olunmasının təmin edilməsinə xidmət edir. Bu nəzarət iki formada: ümumi nəzarət və ayrı-ayrı audit prosedurları üzrə nəzarət formasında həyata keçirilir.
Adətən daxili nəzarət qaydalarını müvafiq auditor təşkilatı özü təsdiq edir və bu nəzarəti auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar həyata keçirirlər.
Daxili nəzarət qaydalarında aşağıdakılara xüsusi fikir verilir:
1. Peşəkarlıq tələbləri. Peşəkarlıq tələbləri dedikdə auditor təşkilatının əməkdazlarının müstəqillik, obyektivlik, düzgünlük və məxfilik prinsiplərinə əməl etmələri nəzərdə tutulur.
2. Səriştəlilik. Səriştəlilik dedikdə auditor təşkilatının öz peşəkar vəzifə borclarını yüksək səviyyədə yerinə yetirmələri üçün audit standartlarına əməl edən, müəyyən olunmuş peşə ixtisasına və böyük səriştəyə malik olan mütəxəssislərlə kompleksləşdirilməsi başa düşülür.
3. Təyinetmə. Təyinetməni auditin aparılmasının tələb olunan səviyyədə təcrübəsi və hazırlıüı olan işçilərə tapşırılması kimi qəbul etmək olar.
4. Səlahiyyətlər. Burada auditin müvafiq keyfiyyət standartlarına uyüun olmasını təmin etmək üçün işlərin təhlili və nəzarətin bütün səviyyələrdə qənaətbəxş aparıldıüı ifadə olunur.
5. Məsləhətlər. Burada zərurət yarandıqda müvafiq biliklərə malik olan mütəxəssislərlə məsləhətləşmələrin aparılmasının təşkil olunması qeyd olunur.
6. Sifarişçilər və onlarla əlaqə saxlanması. Bu əlverişli sifarişçilərin seçilməsi ilə əlaqədar lazımi analitik işlərin aparılmasını nəzərdə tutur.
7. Yoxlama. Burada daxili nəzarətin qayda və prosedurlarının tətbiqinin səmərəli və müəyyən olunmuş tələblərə uyüun olmasının müntəzəm yoxlanıldıüı nəzərdə tutulur.
Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olur ki, auditor apardıüı auditor yoxlamaları üzrə keyfiyyətə nəzarətin elə bir qayda və prosedurlarını tətbiq etməlidir ki, onlar auditor təşkilatının qəbul etdiyi qayda və proseduraya uyüun gəlsin.
Dostları ilə paylaş: |