Audit üzrə nəzarət işləri. Proqram nəzərdə tutur ki, auditor qrupunun yoxlamaya göndərilən bütün üzvləri, onların qarşısında qoyulan tələbləri yaxşı bilir. Proqram kiçik auditor və auditor qrupunun assistenti tərəfindən yerinə yetirilən işlərin üzərində nəzarət olunması sahəsində baza sənədi hesab olunur.
Auditor heyəti. Proqramda auditi aparmaq üçün tələb olunan heyətin sayı, işlərin həcmi və onun məzmunu dəqiq müəyyən olunur.
Bir qayda olaraq auditi əsas auditordan, kiçik auditordan və assistentdən ibarət qrup aparır. Dünyanın qabaqcıl dövlətlərinin iri həcmli firmalarında auditin yoxlama xəritəsini aşaüıdakı tərkibdə heyət aparır:
Tərəf müqabil (partnyor) – daimi olaraq müştəri ilə işləyir, auditor xidmətinə görə ümumi məsuliyyət daşıyır, yoxlamanın gedişində baş verən nisbətən mürəkkəbl və çətin problemləri həll edir, auditin planını təsdiq edir və auditin iş qrafikini müştəri ilə razılaşdırılır, işi ümumi qaydada şərh edir, ona qiymət verir və auditor rəyi haqqında qərar qəbul edir.
Menecer. Menecer də tərəf müqabil kimi daimi müştəri ilə işləyir. Müştəri ilə olan cari,qarşılıqlı münasibətə görə cavab verir, auditin planını və auditorlarin işçilərinin qrafikini hazırlayır, audit üzrə sənədlərə baxır. Həll edilmək üçün tərəf müqabilə verilməli olan problemləri müəyyən edir.
Böyük əməkdaş. Böyük əməkdaş auditor yoxlamasının cari işlərinin idarə olunmasını həyata keçirir, proqram tərtib edir, nisbətən mürəkkəbl auditor tapşırıqlarını yerinə yetirir, auditor yoxlaması planına əməl olunmasına cavab verir, baş vermiş çətinlik haqqında meneceri xəbərdar edir.
Dostları ilə paylaş: |