«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Auditor rəyindən imtinanın



Yüklə 354,65 Kb.
səhifə58/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   54   55   56   57   58   59   60   61   ...   109
audit

Auditor rəyindən imtinanın nümunəvi forması aşaüıdakı kimidir:
AUDITOR OPINION SERIYA SA №_______

AZəRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI

SəRBəST AUDITOR ___________________________

(soyadı)
__________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

Mən, sərbəst auditor ________________________ Azərbaycan



(soyadı)

Respublikası Аuditоrlаr Palatası tərəfindən "___" ___________201.____ tarixli (qeydiyyat №____)

______ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"_______________201.____ il tarixindən 31 dekabr 201.___ il tarixli _________ seriyalı____________ saylı müqaviləyə əsasən____________________________________________________

(sifarişçi-təsərrüfat subyektinin adı)

"___" yanvar 201.____ il tarixindən 31 dekabr 201.___ il tarixinədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _____ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.

Yoxlama "___" ___________ 201.___ tarixində başlayıb, "___"_____________ 201.____ il tarixində başa çatdı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifa­rişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticə­sində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qa­nu­ni­li­yinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət ver­­məkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət da­şı­yıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının top­lanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.

Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymət­ləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Auditin aparılması zamanı ____________________________

_____________________ səbəbləri üzündən __________________

_______________________________________________________

faktların yoxlanılmasının qeyri mümkünlüyü aşkar edildi.

Auditor sübutlarının çatışmazlıüı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedur-ları ilə aradan qaldıra bilmədiyim qeyri müəyyənlik mövcuddur. Gös­tərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və ma­liyyə və­ziyyətini təhrif edir.

Əvvəlki bölmələrdə göstərilənləri nəzərə alaraq mən maliyyə hesabatlarına dair mülahizə yürüdə bilmirəm.

Ünvan: _______________________________________________

Sərbəst auditor: ______________ _______________________



(imza) (soyadı)

Auditor rəyi yoxlamanı aparan auditor tərəfindən tərtib olunur, imzalanır və analitik və ümumi hissələrin hər biri ayrılıqda auditorun (auditor təşkilatının) mö­hürü ilə təsdiqlənir. Auditor verdiyi rəydə, yuxarıda qeyd olunan nümunələrin məzmununu saxlamaqla əlavələr edə bilər.




Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin