Şərtsiz müsbət auditor rəyinin nümunəvi forması aşaüıda verilmişdir.
AUDITOR RƏYI
AUDITOR OPINION SERIYA SA №_____
AZƏRBAYCAN RESPUBLIKASI AUDITORLAR PALATASI
SƏRBƏST AUDITOR ___________________________
(soyadı)
AUDITOR RəYI
______________________________
(sifarişçi-təsərrüfat subyektinin adı)
Mən, sərbəst auditor_________________________ Аzərbаycаn
(soyadı)
Respublikası Аuditоrlаr Palatası tərəfindən "___" ___________201.. tarixli (qeydiyyat №___)_____________ saylı lisenziyaya əsasən fəaliyyət göstərən "___"___________201.. il tarixindən 31 dekabr 201.. il tarixli __________ seriyalı______________saylı müqaviləyə əsasən _______________________ "___" yanvar 201... il tarixindən 31 dekabr 201.. il sifarişçi-təsərrüfat subyektinin adı)
tarixinədək maliyyə- təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən ___ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışam.
Yoxlama "____"______________ 201... il tarixində başlayıb, "____"_____________________ 201___ il tarixində başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin dürüstlüyünə qiymət verməkdir və yalnız rəydə göstərilən mülahizəmə görə məsuliyyət daşıyıram.
Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə uyüun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişəm.
Audit zamanı təqdim edilmiş sənədlərlə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, sifarişçi müəssisənin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.
Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.
Qulluq borcumla əlaqədar olaraq apardıüım yoxlama ilə müəyyənləşdirmişəm ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalаrınа uyüundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyüun olan mənzərəsini yaradır.
Rəy "___" ____________ 201__ il tarixində eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikinci isə auditor təşkilаtında (sərbəst auditorda) saxlanılır.
Ünvan: ____________________________________________
Sərbəst auditor: _____________ ______________________
(imza) (soyadı)
Əgər auditor prosedurlarının aparılması zamanı inamsızlıq (auditor bütün lazım olan məlumatlаrı və izahatları ala bilmir, vaxt üzrə məhdudiyyətlə bаülı bütün lаzımı аudit prоsedurlаrını yerinə yetimək imkаnı оlmur, uzunmüddətli müqavilə və yа uzunmüddətli prоqrаmın mövcudluüu, mübahisəli vəziyyət, çoxvariantlı idarəetmə üsulu və s. olduqda) və iradlar (uçot sisteminin və ya üsulla-rının qəbul edilməməsi, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаrlа və yа məbləqlərlə rаzılаşmаmаq, maliyyə hesabatlarındа əks etdirilmiş fаktlаr və yа məbləqlər hаqqındа infоrmаsiyаnın təqdim оlunmаsı qаydаsı və yа аçıqlаnmаsı dərəcəsi üzrə fikir ayrılıüı, əməliyyatların aparılması və rəsmiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyüun olmaması) yaranarsa, auditor ya təsdiqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir. Hər hаnsı dərəcədə inаmsızlıq və yа irаdın оlmаsı şərtsiz müsbət rəydən imtinа etmək üçün əsаs verir.
Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir. Şərtsiz rəydən fərqlənən bütün hallarda auditor öz mülahizələri ilə şərtləşdirilmiş bütün mövcud səbəblərə (inamsızlıq və irad) rəyin ayrıca bölməsində izahat verməlidir (sonra rəyin verilməsi və ya rəy verməkdən imtina göstərilir). Audit prosesində məlumat qıtlığı və ya Azərbаycаn Respublikаsında qəbul edilmiş uçot prinsiplərindən kənarlaşmalar aşkar edilirsə onda rəy məhdudlaşdırılır. Mülahizələri təmin edəcək uçot yazılışlarının olmaması və ya zəruri auditor prosedurlarının icrasının mümkünsüzlüyü, daxili nəzarətin lazımı səviyyədə və ya ümumiyyətlə təşkil edilməməsindən ayrı-ayrı sənədlərin və ya faktların gizlədilməsinə şübhə yaranması ilə əlaqədar bütün zəruri informasıyalar və izahatlar alınmadıqda auditorda inamsızlıq yaranır. Belə ki:
müəssisənin fəaliyyətinin və maliyyə hesabatlarının ayrı-ayrı faktları və göstəriciləri üzrə onun fikri müəssisənin rəhbərliyinin fikrindən fərqlidir;
uçot obyektinin qiymətləndirilməsi metodu, amortizasiyanın hesablanmasının düzgünlüyü və digər hesablamalarla razı deyil;
yoxlanılar təsərrüfat əməliyyatlarının iqtisadi və hüquqi məzmununa görə hesabların müxabirləşməsində uyüunsuzluq mövcuddur;
maliyyə hesabatlarının dürüstlüyünə təsir edən müəssisənin qeyri adekvat uçot siyasəti.
Mövcud şəraitlə baülı zəruri audit prosedurlarının yerinə yetirilməsinin mümkün olmaması səbəbindən (məsələn, debitor borcunun təsdiq edilməsinin, material ehtiyatlarının mövcudluüunun yoxlanılmasının və s.) məlumatların çatışmazlıüı auditor rəyində təsvir edilməlidir. Yoxlama zamanı aşkar edilmiş pozuntular və kənarlaşmalar ayrıca bir hal kimi qeyd olunur və auditor rəyi tərtib olunana qədər aradan qaldırılır. Bu halda auditor qeyd edir ki, maliyyə vəziyyətinin göstəriciləri onlarda aşkar edilmiş kənarlaşmaların müvafiq tarixə (rəyin hazırlanması tarixindən əvvəl) aradan qaldırılması nəzərə alınmaqla düzgündür.
Mühüm əhəmiyyət kəsb etməyən inamsızlıq mövcud olduqda tərtib olunan şərti müsbət rəyin nümunəvi forması aşağıda verilmişdir.
Dostları ilə paylaş: |