Аuditоr rəyləri
Təsərrüfat subyektinin mühasibat və maliyyə hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini əks etdirən auditor rəyinin tərtib edilməsi auditor yoxlamasının son mərhələsi hesab edilir. Auditor rəyi müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sənəddir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy verə bilər və ya rəy verməkdən imtina edə bilər və üzünün nətıcələrini başqa hesabat formasında rəsmiləşdirir.
Aparılan auditin yekununda yoxlanılan hesabatlar haqqında aydın yazılı fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir:
auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat (təşkilatın adı, auditorun soyadı göstəriilir);
yoxlanılan təsərrüfat subyekti barədə məlumat (fiziki və ya hüquqi şəxslərin ünvanları göstərilir);
giriş (auditi aparmış auditorun və ya auditorların soyadı, lisenziya nömrəsi və tarixi, sifarişçi ilə baülanmış müqavilənin tarixi və nömrəsi, yoxlamanın əhatə etdiyi dövr qeyd olunur);
yoxlamanın məzmunu (hesabatların əsasını təşkil edən təsdiqedıci materialların yoxlanması üsulları hesabatların hazırlanmasında və təqdim edilməsində istifadə olunan uçotun metodologiyası, sifarişçılər tərəfindən tətbiq edilən uçot prinsiplərini qiymətləndırilməsi, təqdim olunan mühasibat (maliyyə hesabatlarının bütövlükdə qiymətləndirilməsi);
təqdim olunan hesabatlara dair auditorun rəyi (hesabatların mövcud qanunvericiliyə, onların tərtibi qaydasına və uçot prinsiplərinə müvafiq olması barədə), auditor rəyinin tarixi, sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan, auditor rəyinin auditor (auditor təşkilatı apardıqda auditorlar və auditor təşkilatının rəhbəri) tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi.
Auditor rəyi hüquqi sənəd olmaqla əsas təyinatı təsərrüfat subyektinin mаliyyə hesabatlarının dürüstlüyü haqqında informasiyanı istifadəçilərə çatdırmaqdır. Auditor rəyi aşağıdakı suallara cavab verməlidir:
balans hesabat ilinin (maliyyə ilinin) sonuna müəssisənin aktivləri və passivləri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
maliyyə nəticələri haqqında hesabat yoxlanılan dövr (maliyyə ili) üçün müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
maliyyə hesabatları mühasibat uçotunun ümumi qəbul edilən prinsiplərinə uyüun tərtib və təqdim edilmişdirmi?
ötən dövrlə müqayisədə cari dövrdə bu prinsiplərin gözlənilməməsi fаktlаrı olubmu?
konsolidə edilmiş hesabat ana şirkətin və onun törəmə firmasının mənfəəti və ya zərəri haqqında düzgün və obyektiv təsəvvür yaradırmı?
mühasibat (maliyyə) hesabatları mühasibat uçotu üzrə normayiv qaydalara tam uyüundurmu?
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə görə auditor aşaüıdakı rəy növlərindən birini verməlidir: şərtsiz müsbət, şərti müsbət (və ya iradlar əlavə etməklə); mənfi; rəy verməkdən imtinа.
Dostları ilə paylaş: |