«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


VI MÖVZU. PUL VƏSАITLƏRI ÜZRƏ ƏMƏLIYYATLARIN UÇОTUNUN AUDITI



Yüklə 354,65 Kb.
səhifə64/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   60   61   62   63   64   65   66   67   ...   109
audit

VI MÖVZU. PUL VƏSАITLƏRI ÜZRƏ ƏMƏLIYYATLARIN UÇОTUNUN AUDITI

1. Kassada naüd pulun və qiymətli kaüızların inventarizasiyasının aparılması və onun nəticələrinin sənədləşdirilməsi metodikası

2. Kassa əməliyyatlarının auditi

3. Bankda olan hesablar üzrə əməliyyatların auditi

4. Pul sənədlərinin və yolda olan köçürmələrin auditi



  1. Kassada naüd pulun və qiymətli kaüızların inventarizasiyasının aparılması və onun nəticələrinin sənədləşdirilməsi metodikası

Auditor ilk növbədə xəzinədarın kimliyini (yaşı, təhsilini) kassa hesabatları­nın kim tərəfindən qəbul edildiyini və işləndiyini, onların nömrələnməsi sistemini, kassa kitabını, kassa orderlərinin qeydiyyatı jurnalını və daxil olmuş vəsaitdən təyinatı üzrə istifadə olunmasını yoxlayır. Eyni zamanda kassa orderlərinin xəzınədarlıüa təqdim edilməsi qaydası, kassa limitinin mövcudluüu və ona riayət edil­məsi, kassa orderlərində bütün rekvizitlərin doldurulması, kassa hesabatlarının işlənməsi texnologiyası yoxlamanın obyektlərinə daxildir. Auditor həmzinin, onun kimin qarşısında hesabat verdiyini, yerinə yetirdiyi işlərə kimin nəzarət etməsini, xəzinədarla maddi məsuliyyət haqqında müqavilənin mövcudluüunu, xəzinənin mövcud şəraitinin bütün tələblərə cavab verməsini, yoxlanılan dövr üçün kassa kitablarının bütün nüsxələrinin mövcudluüunu yoxlayır. Audit prosesində kassa əməliyyatları üzrə xəzinədarın hesabatlarının mədaxil-məxaric sənədlərinə, hesablaşma-ödəmə cədvəllərinə uyğunluüu və onların tərtib edilməsi də yoxlanılır.

Kassa əməliyyatlarının auditinin aparılması gedişatında bankdan və ya digər motivlər üzrə alınmış naüd pulun mədaxil edilməsinin tamlıüı, kassa kitablarında yazılışların bank çıxarışlarında göstəriilən məbləülərə (bankdan alınmış və banka köçürülmüş) uyğunluüu, xəzinəyə daxil olan bütün pul vəsaitlərinin əsaslı olması da yoxlanılmalıdır. Əgər kassa kitabı üzrə kassa qalıqları böyük məbləü təşkil edirsə, uzun müddət azalmırsa, gündəlik daxilolma və istifadəsindən çoxdursa, müəssisə rəhbərliyinə dərhal kassanın inventarizasiya-sının aparılması təklif olunmalıdır.

Yoxlanılan dövrün hər gün üçün bank tərəfindən təyin olunmuş kassa qalıqları limitinin gözlənilməsi, pul gəlirlərinin təhvil verilməsi müddəti və qaydası, vaxtında verilməmiş əmək haqqı və sosial-əmək güzəşti məbləülərinin vaxtında banka qaytarılması yoxlanılır. Qalıqların daima limitdən artıq olması müşayət olunduqda bunun səbəbləri müəyyən edilir və müvafiq tədbir görülür.

Xəzinədən bütün naüd pul buraxılışı və onların hüquqi əsası yoxlanılır. Bütün kassa məxaric orderlərində şəxsiyyət vəsiqəsinin məlumatları olmalıdır.

Kassa orderlərinin təkrar nüsxəsinin, düzəlişlərin, pozuntuların, ödəmə cədvəllərində baş mühаsibin qeydi olmayan düzəlişlərin mövcudluüu, rekvizitlərin doldurulması yoxlanılır. Kassa orderlərinin məlumatlarının qruplaşdırıcı cədvəllərin (jurnal-orderin, qalıq-dövriyyə cədvəllərinin, memorial-orderin və b.) sonuncuların baş kitabın və hesabat balansında qalıüa məlumatlarına uyğunluüu yохlаnılır.

Kassa və kassa əməliyyatlarının auditi üç əsas istiqamət üzrə aparılır:

1. Naüd pulun inventarizasiyası;

2. Kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin

yoxlanılması;

3. Pul vəsaitlərinin xərclərə silinməsinin düzgünlüyünün yoxlanması.

Kassa və kassa əməliyyatlarının auditinin əsas mənbələrinə kassa kitabları, kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatları, çek kitabçalarından istifadəni əks etdirən çek kötükləri, müəssisənin hesаblаrındаn bаnk çıxarışları, 221(50), 223 (51, 52), 224 (55), 225 (56), 231,232,233,234 (58) saylı hesablar üzrə jurnal-orderlər, baş kitab və pul vəsaitləri ilə bağlı əməliyyatların əks olunduüu digər sənədlər aid edilir.

Kassanın inventarizasiyası qəflətən,baş mühasibin iştirakı ilə həyata keçirilir. Inventarizasiyaya başlanana qədər xəzinədar kassada müəssisənin həmkarlar təşkilаtınа, qarşılıqlı kömək kassasına aid pul vəsaitlərinin olması haqda yazılı formada izahat verir. Bu halda həmkarlar komitəsinin (qarşılıqlı kömək kassasının) sədri və təftiş komissiyasının üzvləri dəvət olunmalı və eyni vaxtda müəssisənin və həmkarlar təşkilatının (qarşılıqlı kömək kassası) kassaları yoxlanılır. Kassada naüd pul vəsaitlərinin və digər qiymətlilərin mövcudluüunun yoxlanmasından əvvəl xəzinədar kassa hesabatı tərtib edir. Kassada olan vəsаitlərin inventarizasiyasına qədər xəzinədar inventarizasiyа başlanana qədər pul vəsaitlərinin mədaxil və məxaric sə-nədlərinin hesabata daxil edildiyi və mühasibatlıüa təhvil verildiyi, kassaya daxil olunan bütün pul vəsaitlərinin mədaxil edildiyi, kassadan verilən vəsaitlərin xərclə-rə silindiyi haqda izahat yazır. Kassada olan bütün mədaxil və məxaric orderləri hesabata daxil edilir. Şəxsi qeydlər və kassa əməliyyatlarının aparılması qaydala-rında nəzərdə tutulmayan digər sənədlər nəzərə alınmır və xəzinədarın hesabatına daxil edilmir. Kassanın inventarizasiyası dövründə kassa əməliyyatları dayandırılır, bu əməliyyatlar istisna hallarda auditorun razılıüı və iştirakı ilə həyata keçirilə bilər.

Auditor inventarizasiya anına kassa hesabatının və kassadakı naüd pul qalıqla-rının çıxarılmasının düzgünlüyünü ciddi yoxlamalıdır. Pul qalıqları balans üzrə hər ayın əvvəlinə qalıq nəzərə alınmaqla yoxlanılır. Kassa hesabatını və оna əlavə edi-lən mədaxil və məxaric orderlərini yoxlayarkən auditor sonuncu mədaxil və məxaric orderlərinin nömrələrini qeyd jurnallarındakı yazılışlarla üzləşdirərək son kassa əməliyyatlarının uçotunun tamlıüını müəyyən edir. Kassa hesabatı yoxlan-dıqdan sonra onda heç bir düzəlişə yol verilməməsi məqsədi ilə auditor kassa hesabatına və ona əlvə edilən kassa mədaxil və məxaric sənədlərinə "__________. tarixinə inventarizasiyaya qədər" qeyd etməklə viza qoyur.

Kassa hesabatı yoxlandıqdan və viza qoyulduqdan sonra "Kassa" hesabı üzrə saldo çıxarmaq məqsədi ilə mühasibatlıüa verilir. Bundan sonra kassada naüd pulun və digər qiymətlilərin yoxlanmasına başlanılır. Sonda kassanın invertari-zasiyası aktı tərtib edilir. Xəzinədar aktda qeyd olunmuş pul vəsaitləri, sənədləri və digər qiymətlilərin məsul saxlanmaya qəbul etdiyi haqda yazılı zəmanət verir. Kassanın inventarizasiyası zaman auditor pul vəsaitlərinin və digər qiymətlilərin çatışmazlıüı və ya artıqlıüını, müvəqqəti ərizə ilə kassadan pul alındıüı faktlarını aşkar edərsə, bu haqda xəzinədardan yazılı izahat tələb etməlidir.


Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin