«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Əsas vəsaitlərin mühasibat uçotunda qiymətləndirilməsinin auditi



Yüklə 354,65 Kb.
səhifə84/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   80   81   82   83   84   85   86   87   ...   109
audit

2. Əsas vəsaitlərin mühasibat uçotunda qiymətləndirilməsinin auditi
Auditor uçоtda əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlan-masına xüsusi diqqət verməlidir. Belə ki, maliyyə nəticələrinin əks etdirilməsinin, əmlaka görə vergi üzrə büdcə ilə hesablaşmaların, əsas vəsaitlər üzrə mühasibat hesabatının tərtib edilməsinin düzgünlüyü əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyündən asılıdır.

Əsas vəsaitlərin ilkin dəyəri aşağıdakı qaydada müəyyən olunur:

 müəssisənin özündə hazırlanan və ya digər müəssisədən və ya fiziki şəxslər-dən satın alınan obyektlər üzrə –obyektlərin yаrаdılmаsı və yа оnlаrın gətiril-məsi, qurulması üzrə xərclər də daxil olmaqla faktiki xərclər məbləüində;

 təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına yünəldilən оb-yektlər üzrə – tərəflərin razılıüı əsasında;

 əvəzsiz olaraq digər müəssisədən və şəxsdən alınan obyektlər üzrə – ekspert yolu ilə və ya təhvil-təslim sənədlərinin məlumatları üzrə;

 əvvəllər istifadədə olmuş və haqqı ödənilməklə alınan əsas vəsaitlər uçоtda zatdırılması və qurulması üzrə xərclər daxil olmaqla alış dəyəri ilə əks etdirilir.

Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla aşağıdakılar yoxlanılmalıdır:

 müəssisədə əsas vəsaitlərin qəbulu üzrə komissiyanın yaradılması və onun nəticələrinin sənədləşdirilməsi;

 obyektin dəyəri göstərilməklə əsas vəsaitin alqı-satqısı üzrə müqavilənin mövcudluüu;

 müqavilə qiymətinin protokolla rəsmiləşdirilməsi (əsas vəsait nizamnamə kapitalına pay formasında verildikdə);

 əsas vəsaitlərin təhvil-təslim aktında ilkin dəyərinin düzgün göstərilməsi;

 icarə üzrə müqavilədə obyektin dəyərinin göstərilməsi;

 qurtarmış tikinti obyektlərinin inventar dəyərinin düzgün müəyyən edilməsi;

 əsas vəsaitlərin inventar dəyərini formalaşdıran xərclərin və əsas vəsaitin dəyərini artırmayan vəsaitlərin ayrıca uçоtunun aparılması;

Əsas vəsaitin dəyərini artırmayan xərclər işlərin və yа əməliyyаtlаrın tаm bаşа çаtmаsı üzrə nəzərdə tutulmuş mаliyyələşmə mənbələri hesаbınа - 103 sаylı “Qeyri mаteriаl аktivlərüzrə хərclərin kаpitаllаşdırılmаsı”, 113 sаylı «Tоrpаq, tikili və аvаdаnlıqlаrlа bаülı məsrəflərin kаpitаllаşdırılmаsı» hesаbınа silinir. Əsas vəsaitin dəyərini artırmayan xərclərə aşağıdakılar daxildir:

 tikintinin dəyərinin icmal smeta hesablamalarında nəzərdə tutulmuş xərclər;

 yeni yaradılan müəssisənin əsas fəaliyyəti üçün istismar üzrə kadrların hazırlanması üzrə xərclər;

 perspektiv xarakterli xərclər: obyektin tikintisi ilə əlaqədar geoloji-kəşfiyyat, axtarış və s. bağlı xərclər;

 torpaq sahəsinin tikintinin aparılması üçün verildikdə sökülmüş tikilinin dəyərinin ödənilməsi ilə bağlı xərclər;

 tikintinin dəyərinin hesablanması zamanı məcmu smeta hesablamalarında nəzərdə tutulmayan xərclər;

 başa zatmamış tikinti obyekti üzrə tikinti təşkilatının xərcləri, eləcə də digər müəssisə tərəfindən əvəzsiz verilən digər material qiymətlilərinin dəyəri;

 tikinti üçün bank kredit üzrə AR MB tərəfindən müəyyən edilmiş uçоt dərəcəsindən yuxarı faizlərin ödənilməsi xərcləri;

 əsas tikinti vasitələri üzrə təbii fəlakətdən başa çatmamış binaların və tikililərin sökülməsindən zərər.

 tikintinin konservasiyasına xərclər;

 dayandırılmış tikinti obyektlərinin sökülməsi və qorunması xərcləri;

 maliyyə-təsərrüfat fəaliyyətinin pozulmasına görə faizlərin, cərimələrin və dəbbələmələrin ödənilməsi ilə əlaqədar xərclər;

 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onun nəticələrinin uçоtda əks etdirilməsi.


Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin