3. Əsas vəsaitlərin daxil olması və dövriyyədən çıxması üzrə
əməliyyatların auditi
Əsas vəsaitlərin daxil olması üzrə ilkin sənədlər, texniki pasportlar, əsas vəsaitlərin uçоtu üzrə vərəqələrdə obyektlərin xarakteristikasını əks etdirən yazılışlar əsasında auditor əsas vəsaitlərin təsnifləşdirilməsinin düzgünlüyünü yoxlayır. Belə ki, amortizasiya şifrinin müəyyən edilməsində buraxılan səhv kühnəlmə məbləüinin səhv hesablanmasına və düzgün olmayaraq məhsulun (işin, xidmətin) maya dəyərində əks etdirilməsinə səbəb olacaqdır.
Əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların yoxlanması zamanı tikintilərin və ya onların əldə edilməsinin qanuniliyi və məqsədəuyğunluüu vaxtında və düzgün rəsmiləşdirilməsi, əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyü müəyyən edilir. əsas vasitələrin daxil olmasının qanuniliyi mədaxil edilmiş obyektlərin tikinti üzrə titul vərəqəsinə nəzərdə tutulmuş siyahı ilə və ya texnika və avadanlıqların alınması üzrə sifarişlə müqayisə edilməklə müəyyən olunur. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəl tərtib edir (cədvəl 1).
Cədvəl 1
əsas vəsaitlərin mədахil edilməsinin qanuniliyinin yoxlanması
Əsas vəsait
obyektlərinin
adı
|
Uçot üzrə əsas
vəsait mədaxil
edilmişdir
|
Titul siyahısında və аlış
sifarişində nəzərdə
tutulmuşdur
|
Kənarlaşma (+; -)
|
miqdar
|
məbləq
|
miqdar
|
məbləq
|
miqdar
|
məbləq
|
|
|
|
|
|
|
|
Əgər kənarlaşma aşkar edilərsə, onun səbəbləri, nəticələri və bunda təqsiri
olan vəzifəli şəxslər müəyyən edilməlidir. əsas vəsaitlərin daxil olması və dövriyyədən çıxması imkan daxilində başdan başa qaydada yoxlanılır. Daxil оlаn əsаs vəsait obyektinin layihə-smeta sənədlərinə uyğunluüu da yoxlanılmalıdır. Bunun üçün əsas vəsaitlərin təhvil-təslim aktlarının məlumatlarını layihə-smeta sənədləri ilə və 103 sаylı “Qeyri mаteriаl аktivlər üzrə хərclərin kаpitаllаşdırılmаsı”, 113 sаylı «Tоrpаq, tikili və аvаdаnlıqlаrlа bаülı məsrəflərin kаpitаllаşdırılmаsı» hesabı üzrə analitik uçot registrlərindəki yazılışlarla üzləşdirmək lazımdır (cədvəl 2).
Cədvəl 2
Mədахil edilmiş əsas vəsait оbyektlərinin lаhiyə-smetа sənədlərinə
uyğunluüunun yoxlanılması
Əsas vəsait
obyektlə-
rinin adı
|
Əsas vəsaitlərin
təhvil-təslim
aktlarının
məlumatları
|
Layihə-smeta
sənədlərinin
məlumatları
|
103 sаylı “Qeyri mаteriаl аktivlər üzrə хərclərin kа-pitаllаşdırılmаsı”, 113 sаylı “Tоrpаq, tikili və аvаdаn-lıqlаrlа bаülı məsrəflərin kаpi-tаllаşdırılmаsı” (08 “Kаpitаl qоyuluş-lаrı”) hesаbı üzrə
analitik məlumat-lar
|
Kənarlaşma (+; -)
|
|
Dostları ilə paylaş: |