«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Əməyin ödənişi üzrə hesablaşmaların auditi



Yüklə 354,65 Kb.
səhifə97/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   93   94   95   96   97   98   99   100   ...   109
audit

Əməyin ödənişi üzrə hesablaşmaların auditi

Əməyin ödənişi üzrə fəhlə və qulluqçularla hesablaşmaların yoxlanmasına başlayarkən əmək haqqı üzrə analitik uçot göstəricilərinin 533 (70) saylı hesab üzrə sintetik uçotun, Baş kitabın, eləcə də eyni tarixə mühasibat balansının məlu-matlarına uyğunluüu müəyyən edilməlidir. Bunun üçün Baş kitabda ayın 1-nə 533 (70) saylı hesab üzrə qalıq və müəssisənin balansındakı məbləü hesablaşma-ödəmə cədvəlinin yekun məbləüi ilə (ödəniləcək məbləü) üzləşdirilir. Bu zaman auditor aşağıdakı köməkçi cədvəli tərtib etməlidir (cədvəl 8).

Cədvəl 8.

533 (70) saylı "əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" hesabı

üzrə qalıüın dürüstlüyünün yoxlanılması

70 saylı hesab üzrə qalıq

Işçilərə olan borc

çıxılmaqla hesab-

laşma-ödəmə

cədvəlləri üzrə

ödəniləcək məb-

ləülərin yekunu



Məlumatların kənarlaşması

Müəssisə

balansı


üzrə


Baş kitab

üzrə



Balansın Baş kitabdan


Balansın he-

sablaşma ödəmə

cədvəli üzrə

məbləüdən



Baş kitabın

hesablaşma

ödəmə cədvəlin-dən




















Bir işçinin bir neçə hesablaşma-ödəmə cədvəlinə daxil edilməsi əvvəllər ödə-nilmiş ilkin sənəd üzrə təkrar ödəmə hallarının olması faktına da diqqət yetiril-məlidir. Ilkin sənədlərin və hesablaşma cədvəllərinin yoxlanılması zamanı hesab-lanmış məbləülərin düzgünlüyünə də əmin olmaq lazımdır. Yохlаmаnın növbəti mərhələsində seçmə qaydasında əmək haqqının hesablanmasının düzgünlüyü yoxlanılır. Iş vaxtının uçotu tabeli üzrə vaxtamuzd işçilərə hesablanmış əmək haqqının dürüstlüyü müəyyən edilir, onun fəhlələrin tarif dərəcələrinə və saatlıq tarif qiymətinə uyğunluüu yoxlanılır.

Sonra işəmuzd fəhlələrə hesablanmış əmək haqqı yoxlanılır. Bu zaman işlərin faktiki həcminin müvafiq ilkin sənədlərdə-naryadlarda və s. göstərilən həcmə uyğunluüu yoxlanılır. Əlavə əmək haqqının hesablanmasının, o cümlədən onun əsas növlərindən biri olan məzuniyyətin hesаblаnmаsı və ödənilməsinin düzgünlüyü yoxlanılmalıdır. Məzuniyyətə görə əmək haqqı cari ayda 533 (70) saylı hesabın kreditinə və həmin aya düşən məzuniyyət günlərinə görə məbləü istehsal xərcləri hesabının debetinə yazılır. Məzuniyyətin sоnrаkı аyа düşən günləri üzrə məbləq növbəti аydа istehsal xərcləri hesabındа əks etdirilməlidir. Hesаbаt аyındа yаlnız kаssа-dаn məzuniyyət məbləüinin kаssаdаn ödənilməsi üzrə 533 (70) sаylı hesаbın debetinə, 221 (50) "Kаssа" hesаbının kreditinə yаzılış edilir.

Mövcud qanunvericiliyə görə işçilərə hesablanmış əmək haqqından aşaüı-dakılar tutulur:

 gəlir vergisi;

 sosial sıüortaya ayırmalar;

 əvvəl verilmiş avans və artıq ödəmə üzrə borc;

 təhtəlhesab məbləü üzrə borcun ödənilməsi;

 kommunal xidmətlərin ödənilməsi;

 işçinin müəssisəyə vurduüu maddi zərərin ödənilməsi;

 kreditə alınmış mallara, qəzet və jurnallara abunəyə görə tutulmalar.

Əmək haqqı üzrə xərclərin müəyyən növ xərclərə aid edilməsinin düzgünlü-yünün yoxlanması da mühüm əhəmiyyət kəsb edir. Hesablaşma-ödəmə cədvəl-lərində mühasibatlıq tərəfindən buraxılan səhvlər düzəldilməlidir.




  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin