8. Auditorlar arasında münasibət.
Auditor öz peşə həmkarları və iş yoldaşları ilə xoş, işgüzar münasibətlər qurmalı, əsassız olaraq digər auditorların, auditor təşkilatlarının fəaliyyətini tənqid etməməlidir. Auditor kolleqalar və əməkdaşlarla əlaqədə xüsusi korrektliyi və taktikiliyi gözləməlidir. O, sifarişçinin maliyyə vəziyyəti haqqında auditor rəyinin verilməsinə görə öz məsuliyyətini kiminsə üzərinə qoymamalıdır.
Əgər auditor sifarişçiyə lazım olan xidməti müəyyən səbəbdən icra edə bilmirsə, onda o, sifarişçinin razılıüı ilə digər auditoru dəvət edə bilər. Dəvət olunan auditor sifarişçinin nümayəndələri ilə digər auditorların işgüzar və peşə keyfiyyətləri ilə baülı müzakirəyə yol verməməli, həmkarlarına qarşı maksimum loyallıq göstərməlidir.
Digər auditor təşkilatına keçmiş auditorların öz keçmiş əməkdaşlarına qarşı münasibətdə də bu prinsiplər gözlənilməlidir. Auditor təşkilatı ilə əmək münasibətlərinə xitam vermiş auditor könüllü olaraq özündə olan sənədləri və digər informаsiyаları tam həcmdə təhvil verməlidir onların surətini, qaralama yazıları, auditor yoxlamaları ilə əlaqədar işçi sənədlərini özündə saxlamama-lıdır.
Reklam.
Auditor xidmətlərinin reklamı auditor təşkilatları və auditorlar haqqında düzgün və dürüst informasiyanı əks etdirməlidir. Auditor kütləvi informasiya vasitələrində reklam verməklə üstünlük əldə etmək üçün tədbirlər görə bilər. Auditor ümumi məlumat üçün nəticələrinin nəşr olunması nəzərdə tutulan müxtəlif müqayisəli tədqiqatlarda və reytinqlərdə iştirak etməkdən imtina etməlidir.
Dostları ilə paylaş: |