Peşəkar müstəqillik.
Auditor peşəkar xidmət göstərərkən auditin aparılması zamanı öz fikirlərində müstəqil olmalı, öz peşə vəzifələrini obyektiv və qərəzsiz yerinə yetirməlidir. Auditorun müstəqilliyi onun dövlət idarəetmə orqanının, heç bir dövlət orqanının əməkdaşı olmaması, auditi sifariş edənin və istənilən üçüncü tərəfin auditorun peşə fəaliyyətinə müdaxilə etmək hüququnun olmaması ilə şərtlənir.
Maliyyə məsələləri üzrə auditorun fikri yerinə yetirilən işə görə ödənilən məbləüdən asılı olmamalıdır. Məsləhət xarakterli kömək göstərərkən auditor sifarişçinin maraqlarını müdafiə etməyə çalışmalı, onun təsərrüfat və ya kommersiya fəaliyyətini asanlaşdıran qanuni yolları axtarmalı və təklif etməlidir, iradlar sifarişçiyə arzu, məsləhət, təklif və s. formada çatdırılmalıdır. Bütün bunlar qanun çərçivəsində olmalıdır. Auditorun sifarişçi ilə heç bir maliyyə əlaqələri olmamamlıdır. Eyni bir auditorun uzun dövr üçün (5-7 ildən yuxarı) müəssisədə yoxlama aparması məqsədəuyüun deyildir.
Dostları ilə paylaş: |