Konfidensiallıq (məхfilik). Auditor müştərisinin istehsal və kommersiya sirlərini gözləməli və qorumalıdır, müştəriyə zərər gətirməmək məqsədi ilə onları yaymamalıdır. Auditor müəssisə rəhbərliyinin icazəsi olmadan onun təsərrüfat fəaliyyəti haqqında heç bir fiziki və ya hüquqi şəxsə informasiya verməməlidir. Öz müştərilərinin sirlərinin açıqladıüıına görə auditor qanunla məsuliyyət daşıyır, eləcə də peşə etikаsı normalara görə həmkarları qarşısında mənəvi məsuliyyət daşıyır. Lakin bu qayda ilə bağlı müəyyən istisnalar da mövcuddur. Belə ki, yoxlanılan müəssisənin (şirkətin) fəaliyyəti haqqında informasiya səhmdarların ümumi iclasının qərarına əsasən şirkətin rəhbərliyinin xahişi ilə, məhkəmənin qərarına əsasən, eləcə də audit prosesində dövlət sirrinin yayılması faktı müəyyən edilərsə, dövlət təhlükəsizlik orqanlarına xəbər verə bilər. Əldə edilən informasiyaların konfidensiallığı vaxt etibarı ilə və sifarişçi ilə bilavasitə əlaqələrin davam etməsi və ya həmin əlaqələrin bitməsindən asılı olmayaraq, audit tərəfindən sonadək qorunur
Audit xidmətinin yüksək peşəkarlıqla həyata keçirilməsi və audit xidməti zamanı qəbul edilmiş öhdəliklərin tam dolğun icrası üçün sərbəst audıtorlar və auditor şirkətləri müvafiq məsuliyyət daşıyırlar. Bu məsuliyyət üç istiqamətdə müəyyənləşdirilə bilər: audıtorun yerinə yetirdiyi iş və xidmətlərdə yol verdiyi cinayət tərkibli əməllərə görə cinayət məsuliyyəti; keyfiyyətsiz audit xidmətinə görə, inzibati xətalara görə, auditor və audit şirkətləri, onun intizam məsuliyyəti; sifаrişçi ilə auditor və audit şirkətləri ilə bağlanmış müqaviləyə əsasən meydana çıxan əmlak xarakterli mübahisələr. Audıtorun məsuliyyəti «Auditor xidməti haqqında» Qanunun 14-cü bəndində və «Maliyyə hesabatlarının auditi zamanı fırıldaqçılıüın nəzərə alınması üçün auditorun məsuliyyəti» beynəlxalq audit standartı ilə tənzimlənir.
Audit yoxlama-ekspertiza işi aparılan subyektin rəhbərliyinin audit aparan şəxslə şəxsi əmlak mənafeyi və qohumluq əlaqəsınin olması və eyni zamanda bu kimi halların auditor tərəfindən gizlədilməsi ilə yanaşı, audıtorun etik-peşəkarlıq normalarına riayət etməməsi də auditor üçün məsuliyyət yaradan şərt hesab edılir. Auditorun məsuliyyətinə 2 mövqedən yanaşmaq оlаr: bırincisi, audit yoxlama-ekspertiza işləri aparan zaman qanunvericilik və normativ hüquqi aktların tələblərinin pozulmasına görə məsuliyyət, ikincisi, audit yoxlama-ekspertiza işləri aparılan zaman lazımi peşəkarlığın göstərilməməsi və audit xidməti haqqında milli standartların tələblərınə əməl edilməməsıdir.
Keyfiyyətsiz audit aparmaq, auditin nəticələrinin səmərəsiz və qeyri-məhsuldar olması, sərbəst audıtor və audit şirkətlərinın sifаrişçi ilə qeyri-konkret münasibət yaratması və bu münasibətin obyektinin mülk və əşya ilə bağlı olması mülki məsuliyyət xarakterinə aid edilir. Аudit yoxlama-ekspertıza işlərində qeyri-peşəkarlıq göstərilməsi və nətıcədə etik normalara əməl etməmək, keyfiyyətsiz audit xidməti göstərilməsi dərəcəsi AR Audıtorlar Palatası tərəfindən müəyyənləşdırılir. Sərbəst auditorlar və audit şirkətlərinın məsuliyyətinin müəyyən edilməsində onların audit xidməti üzrə sifаrişçi ilə bağladıqları müqavilə şərtləri də diqqət mərkəzində olmalıdır. Çünki, müqavilə şərtlərində auditorun keyfiyyətsiz yoxlama-ekspertıza işləri nəticəsində sifаrişçiyə dəyən zərərin ödənilməsinin şərtləşdırilməsi növbəti mərhələdə zərərin ödənilməsi üçün vacib amildir.
Auditor keyfiyyətsiz, qeyri peşəkar auditin aparılması səbəbindən müəssisə qаrşısındа öz vəzifələrini lazımınca yerinə yetirmədikdə AR qаnunvericiliyinə əsаsən müəssisəyə dəyən zərərə görə məsuliyyət daşıyır. Auditorlar və auditor təşkilatları qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. Əmək qanunvericiliyinə görə intizam və maddi məsuliyyət nəzərdə tutulur. İntizam məsuliyyəti aşağıdakıları nəzərdə tutur: irad; töhmət; ciddi töhmət; işdən azad etmək.
Əmək öhdəliklərinin icrası zamanı auditor təşkilatı tərəfindən dəymiş zərər üzrə məsuliyyət həmin xidməti göstərmiş əməkdaşın - auditorun üzərinə qoyulur (əgər zərər onun günahı üzündən yaranarsa). Auditor – əməkdaşın maddi məsuliyyətə cəlb olunması eyni zamanda dörd şərtin olmasını nəzərdə tutur: birbaşa həqiqətən zərərin olması; auditorun hüquqa zidd davranışı; qanunа zidd davranış ilə yaranmış zərər arasında səbəb əlaqələri; özünün hərəkəti və ya hərəkətsizliyi üzündən zərərin yaranmasında auditorun günahı. Tam maddi məsuliyyət zamanı zərər tam ödənilir.
Auditorların peşə davranışının etik normaları Azərbaycan Respublikа-sının аuditorların etikası kodeksində əks olunmuşdur. Cəmiyyətin auditora inamı yalnız onun peşəkarlıüından, biliyi və təcrübəsindən deyil, eyni zamanda davranışın etik norma və qaydalarının gözlənilməsindən də asılıdır. Hər bir auditor özünün peşəsinə inam və hörməti yaratmaq və qorumaq üçün böyük səy göstərməli, bütün mümkün pozuntular və təhriklərdən əxlaqi və mənəvi dəyərləri qorumalıdır.
Auditorların etika kodeksi 12 əsas qaydadan ibarətdir:
Dostları ilə paylaş: |