«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri



Yüklə 354,65 Kb.
səhifə16/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   12   13   14   15   16   17   18   19   ...   109
audit

Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri

Hər bir xidmət növü öz fəaliyyətini təşkil etmək üçün müvafiq hüquqi səlahiyyətlərə, vəzifələrə və öhdəliklərə malik ol­malıdır. Audit fəaliy­yəti sahibkarlıq fəaliyyətinə aid edil­mək­lə, onların hüquq və vəzi­fə­­ləri «Audi­tor Xidməti haqqında» Azər­bay­can Respub­lika­sı­nın Qanu­nun III fəslinin 12-ci və 13-cü mad­də­ləri ilə və Azərbaycan Respub­likası Auditor Palata­sı­nın digər nor­mativ sənəd­lə­ri ilə tən­zim­lə­nir.

Auditorun və auditor təşkilatlarının əsas vəzifəsi təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrə uyğun olaraq vaxtında və keyfiyyətlə auditor yoxlama­larının aparılmasıdır. Həmin vəzifələrə aşağıdakılаr dахildir:

 аuditin aparılmasında Azərbaycan Respublikası qanun­ve­ri­ci­li­yi­nin tələb­lərinə hökmən riayət etmək;

 аuditor yoxlamalarını və digər auditor xidmətlərini key­fiy­yət­li həyata keçirmək;

 bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin apa­rılmаsındа iştirakının qeyri mümkünlüyü barədə dərhal sifa­riş­­çiyə (səlahiyyətli dövlət оrqanına) xəbər vermək;

 sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uy­ğun­­lu­­üu­nu yoxlamaq;

 аuditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçоtunun aparılması və hesabatların tərtibi ilə baülı nöqsanlar haqqında sifаrişçinin rəhbərliyinə məlumat vermək;

 sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlu­ma­tı (məhkə­mə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;

 yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlаnmаsını təmin etmək;

 təsərrüfat subyektinin tələbi ilə оnа аuditin аpаrılmаsınа dаir qа­nun­veri­riciliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyin­də olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək;

 qanunvericilikdə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək.

Öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün auditor­ların və audit təşkilatlarının aşaüıdakı hüquqları vardır:

 bu Qanuna və sifarişçi ilə baülanmış müqavilənin şərtlərinə uyüun olaraq auditin forma və metodlarını sərbəst müəyyən­ləş­dir­mək;

 sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlama üçün onlаrı almaq, pul məbləülərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcud­lu­ğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;

 sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

 səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;

 аuditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;

 yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.

Auditorlar və auditor təşkilatları auditor fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin və bağlan­mış müqavilənin şərtlərinin pozulmasına görə mə­suliyyət daşıyırlar. "Auditor xid­məti haqqında" Azərbaycan Res-publikasının Qanununun 17- ci maddəsində auditor xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və hüquqları təs­bit olun­muşdur. Belə ki, sifarişçi auditin vaxtında və keyfiyyətlə aparılması üçün la­zımi şərait yaratmalı, audit üçün zəruri olan bütün sənədləri, registrləri və hesa­batları auditora təqdim etməli, onun sorüusu üzrə yazılı və ya şifahi izahat­lar verməli, yoxlanılmalı olan məsələlərin əha­təsini məhdudlaşdırmaq məqsədi ilə auditorun fəaliyyətinə qarış­mamalı, auditor tərəfindən aşkar edilmiş qanunve­riciliyin və mü­ha-sibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi üzrə müəyyən olunmuş qaydaların pozulması faktlarını vaxtında aradan qaldırmalıdır. Müəssisələr (şirkətlər və s.) auditor seçməkdə sərbəstdirlər.

Sifarişçi auditin aparılması ilə bağlı qanunvericiliyin tələbləri haqqında, eləcə də auditorun irad və nəticələri müəyyən edərkən əsaslandığı normativ sənədlər haqqında tam məlumat almaq hüququ vardır və auditor belə informasiyaları sifa­rişçiyə təqdim etməyə borcludur. Sifarişçi auditora yoxlanmağa verilən sənədlərin və digər informasiyaların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.



  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin