II MÖVZU. АUDITОR FƏАLIYYƏTI VƏ ОNUN TƏNZIMLƏNMƏSININ HÜQUQI ƏSАSLАRI
Аuditin nоrmаtiv hüquqi bаzаsı
Аuditоr fəаliyyətinin lisenziyаlаşdırılmаsı
Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri
Auditin əsas prisipləri, auditorun məsuliyyəti və peşə etikаsı
Аuditоr stаndаrtlаrı
Аuditin nоrmаtiv hüquqi bаzаsı
Hər bir xidmət növünün fəaliyyəti üçün qanunverici normativ hüquqi aktların olması vacibdir. Çünki, hüquqi və təşkilati formasından asılı olmayaraq hər bir xidmət növünün hüquqi vəzifələri, məsuliyyəti və digər öhdəlikləri qanunverici normativ hüquqi aktlarla tənzimlənir. Audit də xidmət növü olduüu üçün onun fəaliyyəti qanunverici və normativ hüquqi aktlarla tənzimlənir.
Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxs statusunda fəaliyyət göstərən audit xidməti Azərbaycan Respublikasının Ali Qanunvericilik orqanı tərəfindən qəbul edilmiş qanunlara və Azərbaycan Respublikası Ali Icraedici orqanları tərəfindən qəbul edilmiş bir sıra qərar və qətnamələrə əsasən təşkil olunur. Bu qanunverıci normativ sənədlərə «Audıtor xidməti haqqında» Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli Qanunu və ona edılən dəyişikliklər, «Daxili audit haqqında» Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli Qanunu və ona edilən dəyişikliklər, Azərbaycan Respublıkasının Milli Məclisinin 19 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Audıtorlar Palatası haqqında» Əsasnamə və ona edilən dəyişikliklər, Azərbaycan Respublıkasının Milli Məclısınin 12 mart 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublıkasının Audıtorlar Palatası haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi haqqında Qərarı, «Auditorun peşə məsuliyyətinin icbari sıüortası» haqqında Azərbaycan Respublıkasının 22 may 2007-ci il tarixli Qanunu və ona edilən dəyişikliklər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1996-cı ildə «Azərbaycan Respublikası Auditorlar Palatasının bəzi məsələlərinə edilən dəyışikliklər» haqqında qərarı və Azərbaycan Respublıkasında Auditorlar Palatası haqqında Azərbaycan Respublıkasının Prezıdenti tərəfindən verilmiş bir sıra fərmanlar və sərəncamlar daxildir. Bu qanunverici və normativ hüquqi sənədlər Azərbaycan Respublikasında audit fəaliyyətinin təşkılınin və nizamlanmasının ümumi hüquqi bazasını təşkil edir.
«Auditor xidməti haqqında» Azərbaycan Respublıkasının Qanununda Azərbaycan Respublikasında audit xidmətinin təşkılınin ümumi qaydaları, o cümlədən audit xidməti ilə məşüul olmaq üçün lisenziya verilməsinin əsas prinsipləri, sərbəst audıtorların və auditor təşkilatlarının qeydiyyat qaydaları, audıtorların və sifаrişçi-müştərinin hüquqları, vəzıfələrınin və onların məsuliyyətinin hüquqi prinsipləri, audıt xidməti ilə məşüul olmaq hüququ verən lisenziyaların geri alınması qaydalarının əsas prinsipləri əks etdirilmişdir.
Dostları ilə paylaş: |