e) xidmətin ödənilməsi prinsipinə görə:
audit – ödəməni müştəri həyata keçirir;
təftiş – ödəməni yuxarı və ya dövlət orqanı həyata keçirir.
f) praktiki vəzifələrinə görə:
audit – müştərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, passivlərin (investorların, kreditorların) cəlb edilməsi, müştəriyə köməkliyin edilməsi, məsləhət verilməsi;
təftiş – aktivlərin qorunması, mənimsəmələrin аşkаr оlunmаsı və qarşısının aınması.
g) nəticələrə görə:
audit – auditor rəyinin (bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, yerli idarəetmə orqanları və məhkəmə orqanları üçün hüquqi mahiyyət kəsb edən rəsmi sənəd) tərtibi ilə tаmаmlаnır;
təftiş – təftiş aktının (bütün aşkar edilən çatışmazlıqların əks etdirildiyi idarədaxili sənəd) tərtib edilməsi ilə bаşа çаtır. Akt təftişi təyin edən orqana (yuxarı təşkilаtа, istintaq orqanlarına və b.) təqdim edilməlidir.
Iqtısadi təhlil birbaşa idarəetmə prosesində iştirak etməsə də, bir çox hallarda onu əsas idarəetmə elementləri sırasına daxil etmək olar. Çünki elmi-texnıki tərəqqinin hazırkı inkişafı, müəssisələr arasında əlaqələrin artması, onların bilavasitə fəaliyyətınə təsir göstərən amıllərin çoxalması idarəetmədə iqtısadi təhlılin istıfadə edilməsi zəruriliyini meydana çıxarır. Iqtısadi təhlil qəbul edılən qərarların əsasını təşkil edir. Başqa sözlə desək, qəbul edılən qərarlarda səhvə yol verilməməsi üçün göstərıcılərınin düzgünlüyünü, onların real xarakter daşımasını təmin etməyə imkan verir. Təsərrüfat fəaliyyətinə düzgün qiymət vermək üçün yalnız iqtisadi təhlildən istıfadə edilməlidir. Iqtisadi təhlil ehtiyat mənbələrini meydana çıxarmaüa, istehsal prosesinə nəzarət etməyə şərait yaradır. Iqtisadi təhlil vasıtəsilə təsərrüfat vahidləri arasında əlaqə yaradılır. Bu isə öz növbəsində müəssisə üzrə ahəngdarlıüın yaranmasına müsbət təsir göstəriir.
Iqtısadi təhlil iqtisadi prosesləri və təsərrüfat-maliyyə əməliyyatlarını qruplaşdırır və onların səmərəliliyinə qiymət verir. Iqtisadi proseslər təhlil edılən zaman istehsalın səmərəlıliyinə təsir edən mənfi və müsbət amillər aşkar edılir, ehtıyatlardan və resurslardan istifadə qıymətləndirilir. Iqtısadi təhlil iqtısadi prosesləri, təsərrüfat-maliyyə əməliyyatlarını öyrəndikcə, təhlil etdikcə istifadə edilməmiş ehtıyat mənbələrini aşkar edir. Bu da qəbul ediləcək idarəetmə qərarlarının optimallıüına təminat verir. Iqtısadi təhlil idarəetmə elementi kimi digər elementlərlə - uçot-planlaşdırma və xüsusilə nəzarətlə üzvi surətdə bağlıdır. Məhz iqtisadi təhlil, nəzarət və yoxlama işlərində iştirak etməklə özünün idarəetmə funksıyasını daha qabarıq və praktiki olaraq büruzə verir. Nəzarət və yoxlama (ekspertiza) işlərınin bir çox nəticə və təklifləri iqtısadi təhlil vasitəsilə əldə edilə bilər. Iqtısadi təhlilin metod və üsullarından qarşılıqlı şəkildə istifadə etməklə iqtısadi proseslərə və təsərrüfat-maliyyə əməliyyatlarına kompleks qiymət vermək olar. Yalnız iqtısadi təhlil aparılmaqla həyata keçirilən audit yoxlaması nətıcəsində tərtib edilmiş arayış idarəetmə üçün səmərəli ola bilər. Lakin iqtisadi təhlil auditdə faktorların qarşılıqlı əlaqəsilə məntiqi formada tətbiq edilməlıdir. Əks halda yoxlama arayışı həddindən artıq iqtisadi rəqəmlərlə şışirdilə bilər. Təcrübədə bəzən iqtisadi təhlilin metod və üsullarından audit yoxlama-ekspertiza işlərində düzgün istifadə edilməməsi yoxlama nətıcələrini əsas məqsəddən yayındırır və nətıcələr çox da konkret olmur. Daha doürusu yoxlama-ekspertiza aktı analitik müşahidənin nətıcəsinə çevrilir.
Dostları ilə paylaş: |