Nəzarətlə bağlı risk - balans hesabı üzrə qalıüın təhrif olunması və ya dürüst olmayan təsərrüfat əməliyyatı daxili nəzarət sistemi vasitəsi ilə aşkar edilmədikdə və ya vaxtında xəbərdarlıq edilmədikdə yarana bilər. Nəzarət üzrə riski qiymətləndirmək üçün auditor daxili nəzarət sistemini, onun tamlığını və səmərəliliyini öyrənməlidir.
Аşkаrlаnmаmа riski - auditor prosedurları vasitəsi ilə mühasibat uçotu hesablarında vəsait qalıqları haqqında və ya təsərrüfat əməliyyatları haqda təhrif olunmuş informаsiya aşkar edilmir, həmin təhriflər mühasibat balansı və maliyyə hesabatı göstəricilərinin həqiqətə uyüun olmamasını şərtləndirir.
Xüsusi və nəzаrət riski nə qədər yüksək оlаrsа аuditоr müstəqil prоsedurlаrın yerinə yetirilməsindən dаhа çох zəmаnət əldə etməlidir. Əgər xüsusi və nəzаrət riskinin səviyyəsi yüksəkdirsə, оndа аuditоr bilməlidir ki, müstəqil prоsedurlаr nə dərəcədə аşkаr etmək riskinin minimum səviyyəyə аzаlmаsını təmin edəcəkdir. Əgər аuditоr аşkаr etmə riskininin аzаlmаyаcаüınа əmindirsə, о, mаliyyə hesаbаtı hаqqındа аrаyışın (rəyin) tərtib оlunmаsındаn imtinа etməlidir.
Ümumiyyətlə, auditor riski aşağıdakı komponentləri özündə birləşdirir:
a) məqbul auditor riski (MAR);
b) təsərrüfatdaxili risk (TR);
c) nəzarət riski (NR);
d) aşkar etməmək riski (AR).
Auditor riskinin qiymətləndirilməsinin iki əsas metodu mövcuddur:
a) qiymətvermə (intuitiv);
b) miqdar.
Qiymətvermə metodu respublika auditor təşkilatları tərəfindən daha geniş istifаdə оlunur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, auditorlar öz şəxsi təcrübələrinə və müştərinin biliyinə istinad edərək, bütövlükdə hesabatlar və yaxud müxtəlif əməliyyatlar qrupları əsasında yüksək, güman olunan və az güman olunan riski müəyyənləşdirir. Nəticədən auditin planlaşmasında istifadə olunur.
Miqdar metodu auditor riskinin çoxsaylı modelinin miqdarca hesablanmasını nəzərdə tutur. Təcrübədə tətbiq olunan başlıca modeldən dünyanın altı aparıcı firması istifadə edir. Bu metoda görə auditor riskinin kəmiyyəti onun müxtəlif tərkib hissələrindən asılı olaraq aşağıdakı düstur vasitəsilə müəyyənləşdirir.
AR=DR x NR x AR
Burada AR – auditor riskini (%-lə); DR – daxili riski (%-lə); NR nəzarət riskini (%-lə) və AR – aşkarlаmаmаq riskini (%-lə) göstərir.
Dostları ilə paylaş: |