«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR



Yüklə 354,65 Kb.
səhifə5/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   2   3   4   5   6   7   8   9   ...   109
audit

Daxili audit xarici auditə münasibətdə müəssisənin informa­si­ya bazasının key­­fiyy­ətinin qiymətləndirilməsinin mühüm elementi hesab olunur. Kənar auditor xid­məti öz fəaliyyətində daxili nəzarətin nəticələrinə əsaslanır. Müəssisənin maliy­yə-təsərrüfat və istehsal fəaliyyəti daxili auditin obyekti hesab edilir. Onun məq­sədi istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi, müəssisənin fəaliyyə­ti­nin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının aşkar edilməsidir. Daxili nə­zarət prosesində həmçinin həyata keçirilmiş təsərrüfat əmə­liyyatlarının mühasibat uço­tu­nun aparılması üzrə normativ sənəd­lərin tələblərinə uyüunluüu da yoxlanılır.

Müvafiq sahə nazirliklərinin və birliklərinin nəzarət-təftiş idarə­ləri (şöbələri), eləcə də müəssisə və təşkilatların nəzarət-təftiş xidmət­ləri daxili audit qismində hesab edilir. Onlar aşağıdakı əsas funksiya­ları yerinə yetirirlər:

 nazirliyin tabeçiliyində olan müəssisə, təşkilat və idarələrin iqtisadiyyatının və­ziyy­ətini yoxlamaq;

 istehsal, maliyyə və kommersiya fəaliyyətinin, təsərrüfat və maliyyə plаn­lа­rı­nın yerinə yetirilməsinin təhlili;

 qanunçuluğa və icra intizamına riayət edilməsinin, istehsalın səmərəliliyinin, rent­abelliyin yüksəldilməsi, ciddi qənaət rejiminin hə­ya­ta keçirilməsi üzrə iş­lə­rin vəzi­yyətinin yoxlanılması;

 idarəetmə aparatının strukturunun sadələşdirilməsi və idarəetmə xərclərinin аzаld­ılması;

 maliyyə və təsərrüfat pozuntularının, çatışmazlıqların və artıq gəlmələrin, təsərrüfatsızlığın aşkar edilməsi, həmin nöqsanları doğuran səbəb və hаl­lа­rın müəyyən edilməsi;

 mühasibat uçotunun qurulmasının düzgünlüyü və hesabatın dürüstlüyünə nə­zаrə­t, istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə təsərrüfatdaxili ehtiyat­lа­rın müəyyən edilməsi.

Həmin funksiyaların uğurlu yerinə yetirilməsi üçün hər bir nazirlik­də və idarədə təftiş və yoxlamaların planlaşdırılması və prak­ti­ki həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi, sonradan onla­rın icrasına nəzarətin həyata keçiril­məsi, daxili audit kadrlarının hazırlanması və onların ixtisasının artırılması, qanun­ların və norma­tiv aktların pozulmasının qarşısının alınması üzrə tədbirlərin hazır­lan­ması, eləcə də istehsal potensialından istifadənin səmərəliliyinin yük­səl­dilməsi ilə əlaqədar nəzarət - təftiş işləri təşkil edil­mişdir. Daxili auditorlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi nazir­liklər və baş idarələr tərəfindən hazırlanan sahə təli­mat­ları ilə reqla­ment­ləşdirilir.

Daxili audit orta və iri müəssisələrdə idarəetmə nəzarətinin zəruri elementi hesab edilir. Əgər daxili audit səmərəli aparılırsa, onun ma­te­rialları müfəs­səl yox­la­ma aparmadan kənar audit tərəfin­dən istifadə edilə bilər.

Kənar auditor tərəfindən daxili auditora göstərilən inam onun peşəkarlıüının və biznesin səmərəli aparılması üçün daxili auditorun fəaliyyətini stimullaşdırır. Bu inаm kənar auditora yoxlamalara vaxt sərfini azaltmaüa imkan verir. Lakin bu inam auditor rəyinin dürüstlüyü və dəqiqliyi üçün kənar auditorun məsuliy­yətini bölüş­dürmək və azaltmaq demək deyildir.

Kənar auditor daxili auditora tam olaraq inanma­ma­lıdır, çünki sо­­nun­cu mülkiyyətçinin struktur bölməsi hesab olunur. Daxili audit biznesin uüur­la aparılması üçün təsərrüfat subyektinin mene­ceri tərəfindən hazırlanmış metod və prosedurların məcmusun­dan istifadə edir.

Uçotla bağlı daxili auditin məqsədlərinə aid edilir: müəssisə­nin aktiv­lərinə gi­­ri­şin məhdudlaşdırılması; müəssisədə baş vermiş təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdiril­mə­­sinin düzgünlüyü; maliyyə informasiyalarının formalaşmasının düzgünlüyü. Buna görə də hesabi yoxlama, qarşılıqlı yox­lama, sə­nədlərin qar­şılıqlı yoxlanılması, inventarizasiyası, maliyyə nəticələrinin təhlili əsas auditor prosedurları hesab olunur.

Dа­хili аu­di­tоrа inаm də­rə­cə­sini qiy­mət­lən­di­rər­kən kənаr аu­di­tоr аşа­ğı­dа­kı­lаrı nə­zərə аl­mа­lı­dır:

 dа­хili аu­dit böl­mə­si­nin məq­sədi, fəа­liy­yə­ti­nin miq­yаsı və təş­ki­lаti stа­tusu;

 he­yə­tin iх­ti­sаs sə­viy­yəsi, оnun pe­şə­kаr­lıüı, prаk­tiki təcr­übə­si­nin, xüsusi bi­­lik­lə­rin və vər­diş­lə­rin оl­mа­sını;

 dа­хili аu­dit böl­mə­si­nin işi­nin plаn­lаş­dı­rıl­mаsı, sə­nəd­ləş­di­ril­məsi qаy­­dаsı və təh­lili;

 dа­хili аu­dit böl­mə­si­nin teх­niki və me­tо­diki bа­zа­sı­nın möv­cud­luüu;

 plаn­lаş­dır­mа və iş­lə­rin bi­lа­vа­sitə ic­rаsı mə­sə­lə­lə­rin­də dа­хili аu­di­tоr­lа­rın müstəqil­lik sə­viy­yəsi;

 müəssisə­nin rəh­bər­liyi və kə­nаr аu­di­tоr­lаr­lа əlа­qədə sər­bəst­lik də­rə­cəsi;

 dа­хili аu­di­tоr­lа­rın he­sа­bаt sis­te­mi­nin təş­kili, he­sа­bаt­lа­rın key­fiy­­yəti, оn­lа­­rın nə­ti­cə­liyi və оn­lа­rın tək­lif­lə­ri­nin müəssisə­nin işin­də tət­­biq оlun­mаsı.

Həll olunan məsələlərdən və qarşıya qoyulmuş məqsədlərdən asılı ola­­raq аu­­dit maliyyə auditinə, razılaşdırılmış və ya reqla­ment­ləşdirilmiş auditə, idarəetmə auditinə və ictimai auditə bölünür.




Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin