Əmtəə material dəyərlərinin inventarizasiyasının
aparılmasının düzgünlüyünün auditi
Hər bir təsərrüfat subyektində mühasibat uçotu və hesabatı məlumatlarının dürüstlüyünü təmin edilməsi məqsədi ilə hər il onun əmlakının və bütün sferalarda yerləşdirilən vəsaitlərinin inventarızasiyası aparılmalıdır.
Müəssisədə inventarizasiyanın aparılması qaydası AR MN-nin «Əmlаk və öhdəliklərin inventаrizаsiyаsı qaydaları hаqqındа» 03. VII. 2001-ci il il tarixli təlimаtа əsasən müəyyən edilmişdir. Auditor müəssisədə inventarizasiyanın aparılması haqqında qaydanın inventarizasiyanın aparılması üçün daimi komissiyanın yaradılması və onun tərkibi haqqında sərəncamın mövcudluüunu yoxlamalıdır. Nəzərə almaq lazımdır ki, inventarizasiya planlı və plandankənar (zərurət yarandıqda) ola bilər. Maddi-məsul şəxsin dəyişdirilməsi, illik hesabatın tərtib edilməsi, mənimsəmə hallarının aşkar edilməsi, müəssisənin ləüv olunması zamanı mütləq inventarizasiya aparılmalıdır.
Auditor inventarizasiyanın aparılmasında əvvəl, aparılma prosesində və onun nəticələri üzrə aparılan bütün kompleks işləri yoxlamalıdır. Əmtəə-material dəyərləri üzrə artıq gəlmə və çatışmazlıüın xarakteri, çatışmazlıüın ödənilməsi üzrə rəhbərlik tərəfindən görülən tədbirlərin əhəmiyyəti, günahkarların cəzalandırılması və s. məsələlər nəzərdən keçirilməlidir. Nəzarət mənbəyi kimi inventarizasiya komissiyasının qərarından, mühasibat uçotu registrlərində yazılışlardan və digər sənədlərdən istifadə olunur. Təcrübədə mənimsəmənin ən geniş yayılmış üsullarına aşağıdakılar aiddir:
inventarizasiya cədvəllərində çatışmayan materialların аrtıq yаzılmаsı;
inventarizasiya və üzləşmə cədvəllərinin tərtib olunması zamanı ümumi məbləü üzrə əmtəə-material dəyərlərinin uçot və faktiki qalıqlarının müqayisə edilməsi ilə kifayətlənmək – (miqdar, sort və qiymət üzrə əmtəə-material dəyərlərinin uçot və faktiki qalıqlarının üzləşdirilməsi aparılmadan);
inventarizasiya komissiyasına əvvəllər silinmiş materialların təqdim edilməsi;
digər təşkilatlardan və ya maddi şəxslərdən borca götürülmüş əmtəə-material dəyərlərinin komissiyaya təqdim edilməsi;
digər təşkilatlara dəyərlərin verilməsi haqda əmtəəsiz qaimələrin təqdim edilməsi.
Müəssisələrdə mənimsəmənin gizlədilməsinin üsullarından biri əmtəəsiz sənədlərdən çıxarış hesab olunur. Həmin sənədlərlə material dəyərlərinin alınması və ya buraxılması üzrə bitməmiş təsərrüfat əməliyyatları rəsmiləşdirilir. Bəzən əmtəəsiz əməliyyatlardan sonradan mənimsəmək məqsədilə məbləü fərqinin yaranması üçün istifadə olunur. Belə halların mövcudluüunu aşağıdakı əlamətlər əsasında müəyyən etmək olar:
malgöndərən və alıcıda olan eyni sənədin (qaimə, hesab-faktura) müxtəlif nüsxələrindəki göstəricilərin uyğun olmaması;
sənədlər üzrə malgöndərənlərin məxaric sənədlərində göstərilən miqdarla müqayisədə materialı alanın uçotunda həmin məlumatların olmaması və ya az göstərilməsi;
əmtəə-material dəyərlərinin daxili yerdəyişməsi üzrə vəzifəli şəxslərin razılıüının olmaması;
inventarizasiya aparılmazdan əvvəl sonuncu istehsalat (material) hesabatına əlavə olunan məxaric sənədlərində inventarizasiya komissiyası üzvlərinin vizasının olmaması;
materialların hərəkəti haqqında sənədlərdə və nəqliyyat sənədlərində məlumatların uyğun olmaması;
materialların çıxarılmasına buraxılışın və onların alınmasına vəkalətnamənin olmaması;
materialların daşınmasını, eləcə də yükləmə-boşaltma işlərinə görə əmək haqqının ödənilməsini təsdiq edən sənədlərin olmaması;
yol sənədlərində və materialların alınması üçün vəkalətnamələrdə düzəlişlərin (tarixin, nümrənin, imzanın və b. saxtalaşdırılması);
malgöndərən müəssisənin məxaric sənədlərində göstərilən buraxılmış materialların miqdarının onların daxil olması miqdarından çox olması;
mədaxil edilməyən, lakin malgöndərən – müəssisədə materialların məxarici haqda sənədlərin mövcudluüu;
inventarizasiya siyahısında müəyyən materialların qiymətinə, miqdarına və məbləüinə nəzərdə tutulmamış düzəlişlərin edilməsi;
siyahının səhifələri üzrə material dəyərlərinin miqdarının komissiya tərəfindən ümumi yekunda göstəriilən miqdara uyğun olmaması;
inventarizasiya siyahısının ayrı-ayrı səhifələrində və bütövlükdə yekunların düzgün çıxarılmaması;
inventarizasiya siyahısında maddi məsul şəxsin və komissiyanın bütün üzvlərinin imzasının olmaması;
siyahıda dəyərlini təhvil verən şəxsin imzasının olması və qəbul edən şəxsin imzasının olmaması və s.
Auditor nəzərə almalıdır ki, sənədlərin yoxlanması zamanı formal əlamətlərin aşkar edilməsi birbaşa əməliyyatların əmtəəsizliyini sübut etmir, onlar həmin ilkin sənədləri tərtib edən şəxsin səhvi də ola bilər. Komissiyanın nəticələri, təklifləri və qərarları protokol tərtib edilməklə rəsmiləşdirilir və müəssisə rəhbəri tərəfindən təsdiq edilir.
Dostları ilə paylaş: |