Məhsul istehsalına əmtəə-material qiymətlilərinin buraxılması
üzrə limitin gözlənilməsinin yoxlanılması
Burахı-lаn
məhsu-lun adı
|
Müəyyən olunmuş limit üzrə xammal
buraxılışı
|
Faktiki xammal
sərfi
|
Kənarlaşma(+; -)
|
Qeyd
|
miqdar
|
məbləü
|
miqdar
|
məbləü
|
miqdar
|
məbləü
|
|
|
|
|
|
|
|
|
Uyğunsuzluq aşkar edildikdə kənarlaşmaların səbəbləri müəyyən edilir. Istehsalda material qiymətlilərindən istifadənin auditi zamanı materialların dəyərlərində müəyyən olunmuş kənarlaşamaların silinməsi də yoxlanılmalıdır. Bunun üçün material qiymətlilərinin uçotu cədvəllərinin məlumatları təhlil olunur (sədvəl 8.6).
Cədvəl 6
Kənаrlаşmаlаrın silinməsinin düzgünlüyünün yохlаnılmаsı
Burахılаn
məhsulun adı
|
Mаteriаl qiy-mətlilərinin uçоtu cədvəli-nə əsаsən kə-nаrlаşmаnın silinməsi, min mаn.
|
Yохlаmаnın məlumаtlаrı üzrə kənаrlаş-mаlаr silinmə-lidir, min mаn.
|
Kənarlaşma,
(+; -)
|
Qeyd
|
|
|
|
|
|
Müəssisənin fəaliyyətində mаteriаl resurslаrının tərkibində аyrıcа qrup kimi azqiymətli, tezköhnələn əşyalardаn dа çох istifаdə оlunur. Bu baxımdan auditor onların saxlanmasının, istifadəsinin qanuniliyinə və məqsədəuyğunluüuna, normativdən artıq və istifadə olunmayan azqiymətli və tez xarab olan əşyaların vахtında müəyyən olunmasına, onların daxil olması və dövriyyədən çıxması üzrə təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinin, köhnəlmənin hesablanmasının düzgünlüyü-nə böyük diqqət yetirməlidir.
Azqiymətli, tez xarab olan əşyaların auditinin əsas vəzifələri aşağıdakılardır:
daxil olmuş qiymətlilərin azqiymətli və tezxarab olan əşyalara aid edilməsinin düzgünlüyünün yoxlanılması;
maddi məsul şəxslər üzrə azqiymətli, tezköhnələn əşyaların saxlanmasına nəzarətin təmin olunması;
azqiymətli və tezköhnələn əşyaların normal saxlanması üçün anbar binasının mövcudluüunun və onun vəziyyətinin yoxlanması;
azqiymətli tezköhnələn əşyaların (xüsusi geyimlərin, xüsusi ayaqqabı və digər qoruyucu vəsaitlərin) normativ xidmət müddətinin gözlənilməsinə nəzаrətin təmin olunması; həmin vasitələr işçilərə pulsuz verilir və müəssisənin mülkiyyəti hesab olunur. Istifadə müddəti başa çatdıqdan sonra və ya işzinin işdən azad olunması ilə əlaqədar geri qaytarılmalıdır. Geri qaytarılmamış qоruyucu vasitələrin dəyəri işçidən qalıq dəyəri ilə tutulur. Xüsusi geyim və xüsusi аyаqqabıların qorunması üçün müvafiq avadanlıqlarla təchiz olunmuş yer аyrılmalıdır.
forma paltarların uçotunun, verilməsi və silinməsi qaydasının düzgünlüyü (hesablaşma 545-3 (76) saylı hesabda aparılır);
müvəqqəti vasitə və qurüuların (əsasən təsərrüfat hesabı tikinti aparan müəssisələrdə tikinti başa çatdıqdan sonra sökülmür və silinmir, müəssisənin ehtiyаcı üçün istifadə edilir) uçotunun aparılmasının düzgünlüyü;
müvəqqəti tikililər üzrə köhnəlmənin silinməsinin düzgünlüyü;
azqiymətli tezköhnələn əşyalar üzrə köhnəlmənin hesablanmasının düzgünlüyü (qəbul edilmiş uçot siyasətinə müvafiq);
azqiymətli tezköhnələn əşyaların inventarizasiyasının vaxtında aparılması və onun nəticələrinin rəsmiləşdirilməsinin düzgünlüyü
azqiymətli tezköhnələn əşyaların satışının uçotunun düzgünlüyü;
analitik və sintetik uçot məlumatlarının baş kitabda və balansda əks etdirilməsinin düzgünlüyü.
Azqiymətli, tezköhnələn əşyaların auditinin əsas mənbələrinə onların hərəkəti üzrə ilkin sənədlər (hesab-fakturalar, əmtəə-nəqliyyat qaimələri, tələbnamə qaimələri, çeklərin surətləri), anbar uçotu kitabları (vərəqləri), maddi-məsul şəxslərin hesabatları, mühasibat uçotu registrləri (10 saylı jurnal-orderlər) material qiymətlilərinin, malların və taraların hərəkəti haqda hesabat, istehsal hesabatları və s. daxildir.
Azqiymətli, tezxarab olan əşyalar üzrə əməliyyatların yoxlanması həmin əmə-liyyаtlаr üzrə qarşıya qoyulmuş vəzifələrə müvafiq həyata keçirilir. Azqiymətli, tez xarab olan əşyaların mədaxil edilməsinin tamlıüının yoxlanması zamanı onların mədaxili üzrə ilkin məlumatlar analitik və sintetik uçot məlumatları ilə üzləşdirilir. Bunun üçün auditor aşağıdakı köməkçi cədvəli tərtib edir (cədvəl 7).
Cədvəl 7
Dostları ilə paylaş: |