Х MÖVZU. ƏMTƏƏ-MATERIAL QIYMƏTLILƏRI ÜZRƏ ƏMƏLIYYАTLАRIN AUDITI
1. Аnbаr təsərrüfatının vəziyyətinin və mаteriаl resurslаrının sахlаnmаsının аuditi
2. Material resurslarındаn istifadənin auditi
3. Əmtəə-mаteriаl qiymətlilərinin inventаrizаsiyаsının aparılmasının düzgünlüyünün аuditi
Аnbаr təsərrüfatının vəziyyətinin və mаteriаl resurslаrının sахlаnmаsının аuditi
Audit prosesində auditor əmtəə-material qiymətlilərinin uçotunun kim tərəfindən aparılmasını (yaşı, təhsili, mühasiblik stajı, bu sahə üzrə normativ bazanın mövcudluüu), uçotun bu sahəsini aparan mühasibin hansı normativ sənədlərdən istifadə etdiyini yoxlayır, kimə tabe olmasını, onun işlərinin kim tərəfindən yoxlanıldıüını aydınlaşdırır. Eyni zamanda əmtəə-material qiymətlilərinin məsul saxlanmaya verilən şəxslərlə maddi məsuliyyət haqqında müqavilənin mövcudluüu, istifadə olunan ilkin sənədlərin siyahısı, onlarda bütün rekvizitlərin doldurulması nömrələnmə sistemi, qeydiyyat jurnallarının, daimi inventarizasiya komissiyası və onun tərkibi haqqında əmrin, anbarlarda anbar uçotunun kartoçkalarının (vərəqələrinin), mühasibatlıqda isə dövriyyə cədvəllərinin və inventar siyahılarının mövcudluüu, əmtəə-material qiymətlilərinin hərəkəti üzrə ilkin sənədlərin işlənilməsi texnologiyası (qəbul edilməsindən arxivə qədər) yoxlanılmalıdır.
Istehsalın həcminin artması ilə material resurslarının formalaşması və istifadə olunması, onların qorunub saxlanması mühüm əhəmiyyət kəsb edir. Həmin məsələlərin uüurlu həlli hər bir təsərrüfat subyektində maliyyə nəzarətinin lazımi səviyyədə təşkilindən asılıdır. Materialların hazırlanması, daxil olması və buraxılışı üzrə əməliyyatların sənədlərlə düzgün və vaxtında əks etdirilməsi və dürüst məlumatların təmin edilməsi, saxlanma yerlərində və hərəkətinin bütün mərhələlərində materialların saxlanmasına, istehsalda onlardan istifadəyə nəzarət, lazım olmayan və artıq materialların mövcud qaydaya müvafiq satışı üçün vaxtında aşkar edilməsi materialların uçotunun əsas vəzifələrini təşkil edir. Bu vəzifələrdən çıxış edərək auditor aşağıdakıları yoxlamalıdır:
müəssisənin balansında əmtəə material dəyərlərinin qiymətləndirilməsi-nin düzgünlüyü; qruplar – xammal, əsas və köməkçi materiallar, yanacaq, yarımfabrikatlar və alınmış komplektləşdiricilər, ehtiyat hissələri, tara və digər material resursları üzrə qruplaşdırmanın düzgünlüyü. Əmtəə-material dəyərləri uçotda və hesabatda (mühasibatlıqda və anbarda) faktiki maya dəyəri ilə əks etdirilir. Istehsala silinən material resurslarının faktiki maya dəyəri üç variantın birindən istifadə etməklə müəyyən edilə bilər: orta çəki maya dəyəri üzrə, ilkin alınmış partiyanın maya dəyəri üzrə (FIFO), son partiyanın maya dəyəri üzrə (LIFO).
Kütləvi və seriyalı istehsalda bitməmiş istehsalat normativ maya dəyəri ilə, müstəqim xərc maddələri üzrə və ya materialların, xammalın və yarımfabrikatların məcmu maya dəyəri ilə əks oluna bilər. Hazır məhsul balansda istehsalda istifadə olunmuş əsas vəsaitlərdən, xammaldan, materiallardan, yanacaqdan, enerjidən, əmək resurslarından istifadə ilə bağlı xərcləri və məhsul istehsalına digər xərcləri əks etdirən faktiki (normativ) maya dəyəri üzrə və ya müstəqim xərc maddələri üzrə əks etdirilir.
Ticarət, təchizat və satış müəssisələrində mallar pərakəndə (satış) qiymətlərlə və ya alış dəyəri ilə əks etdirilir. Malların pərakəndə qiymətlər uçotu zamanı mallar daxil olduqda yenidən qiymətləndirmə aktı tərtib edilir və fərq (qiymət artımı, qiymətin aşaüı düşməsi) 603 sаylı "Verilmiş güzəştlər" (42 "Ticаrət əlаvəsi (güzəşti) " hesabda uçota alınır.
Müxtəlif mərhələlərdə əmtəə material dəyərlərinin qiymətlən-dırilməsi metodları müəssisədə qəbul edilmiş uçot siyasətində əks olunmalıdır.
əmtəə material dəyərlərinin daxil olması, daxili yerləşdırilməsi və buraxılışı üzrə ilkin sənədlərin (təsdiq edilmiş formada) tətbıqınin düzgünlüyü;
anbar təsərrüfatının təşkil olunmasının düzgünlüyü (ixtisaslaşmış anbarların mövcudluüu, materialların saxlanması üçün anbar binasının, rəflərin, şkafların və yeşiklərin qurulması, hər bir material növünə onun adı, nomenklatura nömrəsi, markası, ölçüsü, ölçü vahidi və s. qeyd olunan yаrlıqın yazılması);
Asan аlışan və partlayıcı materiallar digər anbarlardan təcrid olunmuş, yanüın əleyhinə avadanlıqlar təchiz edilmiş xüsusi binalarda saxlanılmalıdır. Açıqda saxlanması nəzərdə tutulan materiallar (kərpic, qum, metalloprokat, taxta-şalban materialları və s.) bu məqsəd üçün ayrılmış xüsusi meydançada (atmosfer yaüıntılarından qorunmaq üçün) saxlanılmalıdır. Bütün anbarlar zəruri çəki ölçü cihazları, ölçü taraları və digər bu tip vasitələrlə təmin olunmalı və onların dəqiqliyi vaxtaşırı yoxlanılmalıdır.
anbardan material buraxılışı sənədlərini imzalamaq hüququna malik şəxslər haqqında müəssisədə əmrin mövcudluüu;
maddi məsul şəxslərin təyin olunması ilə əlaqədar sərəncamın və maddi məsuliyyət haqqında müqavilənin mövcudluüu;
istehsal-texniki xarakterli məhsulların miqdar və keyfiyyət üzrə qəbul edilməsi və onun qəbul qaydası haqqında təlimatın tələblərinə uyğunluüu;
materialların tədarükünün, fakturasız göndərmələrin və yolda olan əmtəə-material dəyərlərinin uçotunun düzgünlüyü;
kommersiya aktlarının tərtib edilməsi, həmin aktlar üzrə iddiaların verilməsi;
materialların daxil edilməsi, sərfi, daxili yerdəyişməsi üzrə sənədlərin tərtib edilməsinin, mühasibatlıqda onların uçotunun düzgünlüyü;
materialların satışı üzrə əməliyyatların əks etdirilməsinin düzgünlüyü;
ilkin və hesablama sənədlərində ƏDV-nin ayrıca qeyd olunması;
materialların xarab olması və ya çatışmazlıüı hallarında onların silinməsinin düzgünlüyü, günahkar şəxslərdən onların dəyərinin tutulması üçün (əgər günahkar müəyyən edilərsə) tədbirlərin görülməsi;
müəssisədə əmtəə-material dəyərlərinin inventarizasiyasının aparılması, onun nəticələrinin sənədləşdirilməsi və uçotda əks etdirilməsi;
taralarla əməliyyatların uçotda əks etdirilməsinin düzgünlüyü. Əmtəə-material dəyərlərinin daima anbarda saxlanması üçün və ya istehsalın texnoloji proseslərini həyata keçirmək üçün nəzərdə tutulmuş tara dəyərindən, xidmət müddətindən və qəbul edilmiş uçot siyasətindən asılı olaraq əsas vəsaitlərin və ya azqiymətli tezköhnələn əşyaların tərkibində uçota alına bilər. Məhsulun qablaşdırılması və daşınması üçün nəzərdə tutulan taralar 201-3 sаylı "Qаblаşdırmа mаteriаllаrı" (10- 4 "Tаrа və tаrа mаteriаllаrı") subhesabında uçota alınır. Bu məqsədlə istifadə olunan taraların dəyəri məhsulun buraxılış qiymətinə daxil edilmişdirsə, onda onun dəyəri silinməklə istehsal maya dəyərinə daxil edilir. Sintetik uçotda tara faktiki maya dəyəri ilə əks etdirilir;
açıq saxlanmada olan tikinti materiallarının uçotunun aparılmasının düzgünlüyü;
istehsal ehtiyatlarının uçotu ilə əlaqədar əməliyyatların əks etdirilməsi üzrə mühasibat yazılışlarının düzgünlüyü.
Müəssisədə istehsal ehtiyatlarının saxlanılmasının təmin olunması məsələsi nəzərdən keçirilərkən nəzərdə saxlamaq lazımdır ki, istehsalda və anbarlarda uçota alınmayan xammal və materiallar artıqlıüının yaradılmasında məqsəd onlardan uçota alınmamış məhsul istehsal etmək, eləcə də əvvəllər aşkar edilmiş, o cümlədən əmtəəsiz sənədlər üzrə xammal və materialların mədaxil edilməsindən irəli gələn çatışmazlıqları örtməkdir.
Xammal və materiallar üzrə artıqlıq onların hərəkətinin müxtəlif mərhələlərində (anbara təhvil verilməsi, saxlanması, istehsala buraxılışı, məhsulun hazırlanmasına silinməsi və b.) yаrаnır. Bu zаmаn aşağıdakı üsullardan istifadə olunur:
xammal və materialların istehsala uçota alınmış məhsul buraxılışına sərf оlunmаsı faktı üzrə deyil, tələbat norması əsasında (həmin norma artırıla bilər) silinməsi;
məhsul buraxılışının texniki şərtlərinin pozulması;
xammal və materialların əsassız olaraq artırılmış miqdarda itkiyə silinməsi;
əmtəə-material dəyərlərinin anbarlarda, bazalarda, dəmir yolu stansiyalarındа qəbulu, yüklənməsi, daşınması və boşaldılması zamanı çatışmazlıüı, sınması və korlanması üzrə kommersiya və daxili aktların əsassız tərtib edilməsi;
malgöndərənlərdən müşayətedici sənədlərdə göstərilmiş həcmdən çox və ya sənədsiz xammal və materialların daşınması;
mal göndərənlərdən müşayətedici sənədlərdə göstərilən tullantılar əvəzinə keyfiyyətli xammal və materialların gətirilməsi;
çəkilmə prosesində akt tərtib edilərkən taranın çəkisinin artıq göstərilməsi;
keyfiyyət göstəriicilərinin faktiki göstəricilərdən aşaüı göstərilməsi.
Hər bir müəssisədə material resurslarının saxlanması və istifadəsi üzərində təsərrüfat daxili nəzarətin konkret proqramı işlənib hazırlanmalıdır. Həmin proqramda yoxlanılan məsələlərin siyahısı, yoxlamanın müddəti və icraçıların soyadları göstərilir. Proqram kompleks xarakter daşıyır və resurs növləri üzrə məlumatları özündə əks etdirir.
Yoxlamanın ilkin mərhələsində anbar təsərrüfatının təşkili, əmtəə-material qiymətlilərinin saxlanması və uçotunun vəziyyəti, müxtəlif kanallardan daxil olan resursların vaxtında, tam və düzgün mədaxil edilməsi diqqətlə öyrənilir. Sonra əmtəə-material resurslarının silinməsinin tamlıüı, vaxtında həyata keçirilməsi və düzgünlüyü yoxlanılır. Yoxlamanın əsas mənbələrinə əmtəə-material resurslarının hərəkəti üzrə ilkin sənədlər, analitik və sintetik uçot registr-lərinin məlumatları, əmtəə-material qiymətlilərinin inventarizasiya siyahısı, mühasibat və statistik hesabat məlumatları aid edilir.
Əmtəə-material qiymətlilərinin qorunması, saxlanması və səmərəli istifadə edilməsində anbar təsərrüfatının düzgün təşkil edilməsi və bu işə nəzarəti həyata keçirən baş mühasibin fəaliyyəti yoxlanılır. Auditor anbar müdiri vəzifəsinə təyin edilən şəxslə müqavilənin mövcudluüuna bu və ya digər anbar binasının texniki vəziyyətinə, zəruri avadanlıqlarla təchiz olunması səviyyəsinə, anbarlarda saxlanılan əmtəə-material qiymətlilərinin texniki və s. xüsusiyyətlərinin nəzərə alınıb-alınmamasına diqqət verməlidir. Onların qəbulu və buraxılışı üzrə işlərin vəziyyəti də yoxlama obyektinə daxildir.
Material qiymətlilərinin daxil olmasının əsaslı olması, tam və vaxtında mədaxil edilməsinə sistematik nəzarətin təşkilinin mühüm həlqəsi göstərilən əməliyyatlar üzərində qabaqcadan və cari nəzarətin təşkilidir.
Qabaqcadan nəzarət zamanı bu və ya digər qiymətlilərin göndərişi üzrə tələbatın hesablanmasının, müqavilənin və s. olması müəyyən edilir. Cari nəzarət isə onların daxil olması, mədaxil edilməsi prosesində əmtəə-nəqliyyat qaimələri, hesab-fakturalar, digər müşayətedici sənədlər, onların həmin qiymətlilərin mədaxil edilməsini təsdiqləyən sənədlərlə üzləşdirilməsi və ya faktiki baxış və inventarizasiyа yolu ilə həyata keçirilir.
Material qiymətlilərin qəbul edilməsi və buraxılışı zamanı sənədlərin vaxtında tərtib edilməsi və kitablarda və ya anbar uçotu vərəqlərində yazılışların аpаrılmаsı onların saxlanma yerlərinin tədqiqi zamanı yoxlanılır. Bu zaman operativ uçot üzrə informasiyalar mühasibat uçotu məlumatları ilə müqayisə edilir. Mаterial qiymətlilərinin mövcudluüu və hərəkəti haqqında informasiyaları əks etdirən hesablar üzrə (subhesablar çərçivəsində 201"Mаteriаl ehtiyаtlаrı" (10 "Materiallar"15,"Materialların tədarükü və əldə edilməsi", 16 "Materialların dəyərlərindəki kənarlaşmalar") sintetik və analitik uçot registrləri, ilkin sənədlər əlavə edilməklə maddi məsul şəxslərin hesabatları, mal göndərənlərlə hesablaşmaların analitik və sintetik uçot registrləri əmtəə-material qiymətlilərinin daxil olmasının tamlıüının yoxlanması obyektlərinə daxildir.
Yoxlama prosesində əmtəə material qiymətlilərinin uçotu cədvəllərində əks etdirilmiş yekun məbləülərin digər uçot registrlərinin (jurnal-orderlərin) məlumatlarına uyğunluüu müəyyən edilir. Belə ki, əgər 201-1 sаylı "Хаmmаl", 201-2 sаylı "Istehsаlаt mаteriаllаrı" (10/1"Xammal və material") hesabının debeti üzrə 4384200 manat, bu zaman 431 sаylı "Mаlsаtаn və pоdrаtçılаrа uzunmüddətli bоrclаr", 531 sаylı "Mаlsаtаn və pоdrаtçılаrа qısаmüddətli kreditоr bоrclаrı" (60 "Malgöndərənlərə və podratçılarla hesablaşmalar") hesabının kreditində 4100000 manat, 244 sаylı "Təhtəlhesаb məbləqlər" (71 "Təhtəlhesab şəxslərlə hesablaşmalar") hesabının kreditində 284200 mаnаtdırsа, onda bu məbləülər 431, 531(60), 244 (71) saylı hesabların krediti üzrə jurnal orderlərdə öz əksini tapmalıdır, 201-1, 201-2 (10/1) subhesablаrının kreditinə yazılış edilməlidir.
Ayın sonuna dəyəri ödənilmiş yolda olan mallar və ya malgöndərənlərin аnbarlarından çıxarılmayan mallar 431, 433, 434, 531,536, 537(60) saylı hesabda onların müəssisəyə daxil olmasına və maddi məsul şəxs tərəfindən mədaxil edilməsinə qədər debitor borcları kimi əks etdirilir. Malgöndərənlərlə planlı ödəmələr qaydasında hesablaşmalar zamanı auditor hər ayın sonuna hesablanmış debitor və kreditor borcları qalıqlarının üzləşdirilməsi aktlarının mövcudluüunu yoxlayır. Daxil olan əmtəə-material qiymətliləri bəzən daxili sənədlərlə yükü qəbul edənin möhürü vurulmaqla malgöndərənlərin müşaiətedici sənədləri, qəbul aktları, mədaxil qaimələri və s. sənədləşdirilir.
Audit prosesində subhesablar çərçivəsində 201 sаylı "Хаmmаl və mаteriаllаr" (10 "Materiallar") hesabı üzrə uçotun düzgün aparıldıüı yoxlanıl-malıdır. Material qiymətlilərinin qiymətləndirilməsinin dürüstlüyü sintetik və analitik uçotun düzgün təşkil edilməsindən asılıdır.
Materialların 201 (10) saylı hesabda uçot qiyməti ilə əks etdirilməsi zamanı, materialların dəyəri üzrə kənarlaşmaların hesablanmasının düzgünlüyü və faktiki və uçot dəyəri arasında fərq məbləüində 208 "Ehtiyаtlаrın dəyərinin аzаlmаsınа görə düzəlişlər" (16 "Materialların dəyərində kənarlaşmalar") hesabının debetinə silinməsi yoxlanılır (cədvəl 1).
Növbəti mərhələdə auditor ilkin sənədlər əsasında əmtəə-material qiymətlilərinin alış dəyərinin və nəqliyyat-tədarük xərclərinin uçotda əks etdirilməsinin düzgünlüyünü yoxlayır (cədvəl 2).
Kənarlaşma aşkar edildikdə onun səbəbləri (hesablar tam ödənilsə də natamam mədaxil, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsəmə) müəyyən edilir və aralıq aktları tərtib edilir.
Dostları ilə paylaş: |