Azqiymətl və tez köhnələn əşyaların uçotunun xüsusiyyətləri



Yüklə 37 Kb.
tarix25.12.2016
ölçüsü37 Kb.
#3218

Azqiymətl və tez köhnələn əşyaların uçotunun xüsusiyyətləri
Azqiymətli və tez köhnələn əşyalar müəssisədə istifadə edilən maddi qiymətlilərin əhəmiyyətli hissəsini təşkil edir. Onların uçotu prinsiplərini və vəzifələrini başa düşmək üçün hər şeydən əvvəl, həmin əşyaların istifadə olunması xüsusiyyətlərini aydınlaşdırmaq, həmçinin onların təsnifatına baxmaq lazımdır. Azqiymətli və tez köhnələn əşyalar əsas vəsaitlər kimi, istismar prosesində öz natural formalarını dəyişmir və tədricən köhnəlir.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununım 18-ci maddəsinin 8-ci bəndinə müvafıq olaraq aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək azqiymətli və tez köhnələn əşyaların tərkibində uçota alınır.

- dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;

- istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun (xidmətin) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;

- dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd təsərrüfatı maşınlarndan, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və ya dəstinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan (100 AZNdan) əmək əşyaları;

- dəyərindən və xidmətindən asılı olmayaraq balıq ovu alətləri (trallar, bütün növ torlar və s.);

- benzin mühərrikli mişarlar, taxtadoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma trosları, mövsümi yollar, ağacdaşıma yollarının şaxələri və müvəqqəti qolları, istismar müddəti iki ilədək olan müvəqqəti meşə binaları (səyyar qızdırıcı komalar, qazanxana məntəqələri, mişaritiləmə emalatxanaları, benzindoldurma məntəqələri və s,);

- dəyərindən asılı olmayaraq, fərdi sifarişlərin, yaxud məmulatların seriyalı və ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və s alətlər;

- vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olma­yaraq xüsusi geyimlər, ayaqqabılar, habelə yataq ləvazimatları;

- vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olma­yaraq müəssisə işçilərinə verilməsi nəzərdə tutulan xidməti geyim formaları; səhiyyə, maarif, sosial təminat və büdcədən maliyyələşən digər təşkilatlarda geyim və ayaqqabılar;

- inşası xərcləri üstəlik xərclərin tərkibində tikinti-quraşdırma işlərinin maya dəyərinə aid edilən müvəqqəti (titulsuz) tikililər, ləvazimatlar və qurğular;

- anbarlarda mal-material qiymətlilərinin saxlanması və ya texnoloji proseslərin həyata keçirilməsi üçün nəzərdə tutulan və dəyəri azqiymətli və tez köhnələn əşyalar üçün müvafıq normativ sənədlərlə müəyyən edilmiş hədd çərçivəsində olan tara;



- dəyərindən asılı olmayaraq kirayəyə verilmək üçün nəzərdə tutulmuş əşyalar;

- cavan və kökəldilməkdə olan heyvanlar, quşlar, dovşanlar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar;

- əkmə materialları kimi şitilliklərdə becərilən çoxillik əkmələr.

Kənd təsərrüfatı maşmlarını, alətlərini və avadanlıqlarını; yaşlı məhsuldar mal-qaranı və iş heyvanlarını; quşları, vəhşi heyvanları və arıları; kitabxana fondlarını; musiqi alətlərini; idman inventarlarını; mebel dəstini, az-qiymətli əşyaları aid etmirlər. Bu əşyaları və mal-qaranı müvafiq olaraq 01 "Əsas vəsaitlər" və 11 "Bəslənməkdə və kökəldilməkdə olan heyvanlar" adlı hesablarda uçota alırlar. Bütün azqiymətli və tez köhnələn əşyalar, alətlər və qurğular 12 «Azqiymətli və tez köhnələn əşyalar» adlı bir sintetik hesabda uçota alınır. Bu əşyaların anbarda və istismarda olmasına, saxlanma yerləri və maddi məsul şəxslər üzrə bölgüsü bir sinitetik hesabın daxilində aşağıdakı subhesablar üzrə həyata keçirilir:

12-1 "Ehtiyatda olan azqiymətli və tez köhnələn əşyalar";

12-2 "İstismarda olan azqiymətli və tez köhnələn əşyalar";

12-3 "Müvəqqəti (titulsuz) qurğular".

Azqiymətli və tez köhnələn əşyaların uçotunun təşkilinin əsasını onların iqtisadi cəhətdən təsnifatı təşkil edir. Əşyalar istehsal prosesindəki təyinatına görə, saxlandıqları və olduqları yerlərinə və dəyərlərinə görə təsnif olunurlar.

Olduqları yerlərinə görə azqiymətli və tez köhnələn əşyalar anbarda olan və istismarda olan əşyalara bölünürlər.

Tənzimləmə və uçot üçün əşyaların dəyər üzrə qruplaşdırılmasının mühüm əhəmiyyəti vardır. Bunun əsasında onlar "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq vahidinin və ya dəstinin dəyəri müvafiq normativ sənədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum, həddinin 1/20-də hissəsi qədər olan (5 AZNa qədər) və ondan yuxarı olan əşyalara bölünürlər.

Azqiymətli və tez köhnələn əşyaların əldə edilməsinin, daha doğrusu, onların daxil olmasının və mədaxil edilməsinin uçotu, habelə anbarlarda olan ehtiyatların uçotu materialların uçotuna oxşar aparılır.

Müəssisənin azqiymətli və tez köhnələn əşyalarının istehsalat ehtiyatları malgöndərən-müəssisələr və maddi-texniki təchizat təşkilatlarının hesabına tamamlanır. Müəssisələr arasındakı təsərrüfat münasibətləri müqavilələr əsasında qurulur. Malgöndərən müəssisələr göndərilmiş məhsula ödəmə tələbnamələri, hesab-fakturalar yazır, onları ödəmək üçün banka verir və poçtla müəssisəyə göndərirlər.

Malgöndərənlərlə hesablaşmaların uçotu 6 saylı jurnal-orderdə həyata keçirilir. Bu kombinələşdirilmiş registrdir, onda analitik uçot hər bir ödəmə sənədi, mədaxil orderi və ya qəbul aktı çərçivəsində təşkil edilir.

Müəssisənin anbarlarında azqiymətli və tez köhnələn əşyaların çeşid analitik uçotu materialların uçotuna oxşar aparılır. Bu əşyaların anbardan istismara verilməsi zamanı onların uçotunun bəzi xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər hər şeydən əvvəl, onunla əlaqədardır ki, azqiymətli və tezköhnələn əşyalar istifadə olunma prosesində öz natural formalarını saxlamaqla tədricən köhnəlməyə məruz qalırlar, elə ona görə də materiallardan fərqli olaraq onlar birbaşa istehsal məsrəflərinə silinə bilməzlər.

Ümumi qaydadan ancaq vahidinin və ya dəstinin dəyəri 5 AZNa qədər olan azqiymətli və tez köhnələn əşyalar müstəsnalıq təşkil edir, onlar birbaşa istehsal məsrəflərinə silinirlər.

Azqiymətli və tez köhnələn əşyaların uçotunun müəyyən edilmiş qaydasına görə, vahidinin və ya dəstinin dəyəri 5 AZNdan yuxarı olan bütün əşyalar yararsızlığı və ya çıxması ilə əlaqədar olaraq onların silinməsi momentinə qədər heç bir dəyişiklik edilmədən onun faktiki maya dəyərilə 12 «Azqiymətli yə tez köhnələn əşyalar» hesabının 2-ci "İstismarda olan azqiymətli və tez köhnələn əşyalar" subhesabında uçota alınır. Əşyaları istismara verən zaman müəssisənin mühasibat uçotunda həmin hesabın (12) 2-ci "istismar­da olan azqiymətli və tez köhnələn əşyalar" subhesabının debetində və 1-ci "Ehtiyatda olan azqiymətli və tez köhnələn əşyalar" subhesabının kreditində yazılış aparılır.

Azqiymətli və tez köhnələn əşyalar istehsalın bir neçə mərhələsində iştirak edir və tədricən köhnəlirlər. Onların köhnəlməsini müstəqim və dolayı yolla istehsal məsrəflərinə daxil edirlər. Azqiymətli və tez köhnələn əşyaların dəyərinin aşağı olması yə ya xidmət müddətinin az olması, onların köhnəlməsinin hesablanma xüsüsiyyətini müəyyən edir. Əşyaların köhnəlməsinin uçotu üçün nizamlayıcı kontraktiv, yəni passiv 13 "Azqiymətli və tez köhnələn əşyaların köhnəlməsi" hesabı tətbiq edilir. Bu hesabın kreditində məsrəflərin uçotu hesabları ilə müxabirləşməklə azqiymətli və tez köhnələn əşyaların köhnəlməsinin hesablanmış məbləği əks olunur. 13 "Azqiymətli və tez köhnələn əşyaların köhnəlməsi" hesabının debetində isə 12 «Azqiymətli və tez köhnələn əşyalar» hesabının kreditindən - istismardan çıxmış əşyaların, həmin əşyaların və ya geri qaytarılan tullantıların istifadəsinin mümkün olan qiymətbri ilə dəyərini əks etdirirlər.

Azqiymətli və tez köhnələn əşyalar anbardan istismara verildikdə onla­rın vahidinin və ya dəstinin dəyərinin 50%-i həcmində köhnəlmə hesablanır, qalan 50%-i isə onlar istismar müddətində yararsız olub silindikdə (istifadəsinin mümkün olan dəyərini çıxmaqla) xərclərə aid edilir. Bebliklə, bu cür azqiymətli əşyaların dəyəri adətən iki dəfə silinmə yolu ilə istehsal və ya tədavül xərclərinə aid edilir.






Yüklə 37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin