Avqust 2016 İş yeri statistikası açıqlanıb


Müsavat MSK-nı məhkəməyə verir



Yüklə 4,35 Mb.
səhifə40/46
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#1670
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

Müsavat MSK-nı məhkəməyə verir


29.08.2016

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının “Respublika” təşviqat qrupunu qeydə almamasından məhkəməyə şikayət hazırlayır. Avqustun 29-da Transparency.az-a danışan Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, MSK-nın qərarından şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim ediləcək.

Sentyabrın 26-da konstitusiyaya dəyişiklik referendumu keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.

Müsavat Partiyasının yaratdığı “Respublika” təşviqat qrupunun qeydiyyatı məsələsinə Mərkəzi Seçki Komissiyasının 27 avqust iclasında baxılıb. Qərara görə, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair 40 min etibarlı seçici imzası toplanmalı olduğu halda təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı qanunda nəzərdə tutulmuş saydan azdır.

Partiya başqanı Arif Hacılının fikrincə, Müsavatın yaratdığı təşviqat qrupunun qeydə alınmaması hakimiyyətin referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu ortaya qoyur: “Bu bizi mübarizədən çəkindirməz. Həm kütləvi aksiyaların keçirilməsi, həm müşahidə işinə diqqəti daha da artıracağıq. Ölkənin cümhuriyyət dəyərlərindən yayındırılmasına imkan verməyəcəyik”.

İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-da keçiriləcək konstitusiya referendumunda qeydə alınmış təşviqat qruplarına ödənişsiz efir vaxtı ayırmalıdır. Seçki Məcəlləsi 40 min və daha çox üzvü olan təşviqat qruplarına belə hüquq verir. Təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq.

Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi təqvim planına görə, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdimatı avqustun 22-də başa çatıb. REAL Hərəkatının yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupu MSK-dan imza vərəqələri götürsə də, fəaliyyətini yarımçıq kəsib.

Referendumun təşviqatı üçün 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”.



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin