Avqust 2016 İş yeri statistikası açıqlanıb


İslam Kərimovun səlahiyyətləri: varis kimdir?



Yüklə 4,35 Mb.
səhifə43/46
tarix02.01.2022
ölçüsü4,35 Mb.
#1670
1   ...   38   39   40   41   42   43   44   45   46

İslam Kərimovun səlahiyyətləri: varis kimdir?


29.08.2016

-cu ildən Özbəkistanı idarə edən prezident İslam Kərimovun beyninə qan sızıb. O, avqustun 27-dən xəstəxanada, reanimasiyada yatır.

78 yaşlı İslam Kərimov 1989-cu ilin iyun ayında Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanı idarə etməyə başlayıb. 1990-cı il martın 24-dən Özbəkistan prezidentidir. Əvvəl bu postu parlamentin qərarı ilə tutub, sonra 4 ümumxalq seçkisində prezident seçilib. Onun səlahiyyət müddəti 2020-ci ilin martında başa çatır.

Özbəkistan Konstitusiyasının 96-cı maddəsinə görə, ölkə prezidenti səlahiyyətlərini icra edə bilmədikdə dövlət başçısı vəzifəsinin icrası Ali Məclisin yuxarı palatası olan Senatın sədrinə keçir. Bu halda 3 ay ərzində prezident seçkisi olmalıdır.

Novator.az bildirir ki, hazırda Senata 54 yaşlı Niqmatilla Yoldaşov sədrlik edir. O, 1962-ci ildə Daşkənddə doğulub. Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun illər prokurorluq orqanlarında çalışıb, 2008-2011-ci illərdə baş prokurorun müavini olub.

2011-ci ildə ədliyyə naziri təyin edilən Niqmatilla Yoldaşov bu vəzifədə 2015-ci ilin yanvarınadək çalışıb. 2015-ci ilin yanvarın 20-də prezident sərəncamı ilə senator təyin olunan Niqmatilla Yoldaşov 2 gün sonra Senat sədri seçilib.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin