Avqustun 21-də Naxçıvan Muxtar Res publikasının ümumtəhsil məktəblərini bitirərək


Ağbulaqlılar xoş günlərini yaşayırlar



Yüklə 225,11 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix15.03.2017
ölçüsü225,11 Kb.
#11311
1   2   3

Ağbulaqlılar xoş günlərini yaşayırlar

  Kənddə olduğumuz qısa müddətdə Ağbulaq bizdə zəngin təəssüratlar

yaratdı. Bir vaxtlar ucqar dağ kəndlərinin belə mənzərəsini xəyalımıza

da  gətirə  bilməzdik.  Ancaq  bu  da  var  ki,  insan  amili  öndə  duran

yerdə xəyallar da həqiqətə çevrilə bilər. Bu həqiqəti muxtar respub-

likamızın istənilən bölgəsində görmək mümkündür. Bizim gördüyümüz

Ağbulaq kimi. 

M

uxtar  respublikanın  ən  füsunkar  guşələrindən  biri  olan



Şahbuz rayonunun bütün ucqar dağ və sərhəd məntəqələ-

rində  dəfələrlə  olmuşam.  Etiraf  edim  ki,  bu  kəndlərin  hansına

üstünlük  vermək  barədə  düşünəndə  seçim  qarşısında  qalmışam.

Ancaq  yenə  cavab  tapa  bilməmişəm.  Ulu  Tanrının  bu  ünvanlara

bəxş  etdiyi  təbii  gözəlliklər  insan  qəlbinə  bir  təravət  bəxş  edir.

Çoxlarına  inanılmaz  görünə  bilər:  göylərə  boyverən  dağlarının

başından qar əriməmiş yamacları qırmızı lalələrlə dolu olur. Uzaqdan

baxanda  deyirsən,  bəlkə,  dağ  yamacına  xalı  səriblər...  Bu  yaşayış

məntəqələrinin hər birində kompleks quruculuq tədbirləri aparılıb.

Quruculuq tədbirləri sırasında yolların müasir standartlar səviyyəsində

salınması  bu  ünvanlara  gedənlərə  ilk  baxışdan  xoş  təsir  bağışlayır.

Və istər-istəməz düşünürsən ki, bu ucqar kəndlərə dağ ətəklərindən

və yamaclardan keçən belə yollar çəkilməsi böyük zəhmət və vəsait

tələb edir. Ancaq insan amilinin öndə dayandığı muxtar respublika-

mızda bu çətinliklər dəf edilib. 



Muxtar MƏMMƏDOV



3

    1951-1963-cü  illərdə  aparılan

tədqiqatlar zamanı ilk qazıntı sahə-

sindən  müxtəlif  dövrlərə  aid  dörd

mədəni təbəqə aşkar edilmişdir. Əv-

vəlcə  abidənin  Neolit  dövrünə  aid

olması  ilə  bağlı  müxtəlif  fikirlər

söylənilib. Lakin sonralar tədqiqat-

çılar  bunu  inkar  edərək  abidənin

Eneolit dövrünə aid olması ilə bağlı

fikirlər irəli sürüblər. Ümumiyyətlə,

Kültəpə stratiqrafiyasına görə, Ene -

olit, Erkən Tunc, Orta Tunc və Son

Tunc dövrlərini əhatə edən çox nadir

abidələrdən biridir. Lakin Kültəpənin

Neolit  dövrünə  aidliyi  mübahisəli

olduğuna  görə  AMEA  Naxçıvan

Bölməsinin xüsusi arxeoloji ekspe-

disiyası, eyni zamanda Azərbaycan-

Fransa arxeoloji ekspedisiyası məhz

buranı tədqiqat obyekti seçmişdir. 

     Məlumat üçün bildirək ki, Kültə-

pədə tədqiqat işlərinə 2013-cü ildən

başlanılmış və burada kəşfiyyat xa-

rakterli  araşdırmalar  aparılmışdır.

2014-cü ildə də tədqiqat işləri davam

etdirilmişdir. Avqust ayının 1-dən bu-

rada  yenidən  tədqiqat  işlərinə  start

verilmişdir.  Bütün  bunları  tədqiqat

aparılan ərazidə qəzetimiz üçün mü-

sahibə verən Azərbaycan Milli Elmlər

Akademiyasının müxbir üzvü, arxeo-

loji ekspedisiyanın rəhbəri Vəli Bax-

şəliyev dedi. O, Kültəpə yaşayış ye-

rinin Naxçıvan Muxtar Respublikası

ərazisində Neolit dövrünə aid ən nadir

abidələrdən  biri  olduğunu  xüsusilə

vurğuladı.  Tədqiqatlar  nəticəsində

müəyyən olunmuşdur ki, Kültəpənin

hazırda qalan maddi-mədəniyyət qa-

lıqları Son Neolit və Eneolit dövrlə-

rinin əvvəllərini əhatə edir. Bəzi qi-

simlərdə Kür-Araz mədəniyyətinə aid

maddi-mədəniyyət qalıqları da vardır.

İndiyə  qədər  burada  aşkar  olunan

maddi-mədəniyyət  nümunələrinin

Azərbaycan arxeologiyası üçün mü-

hüm olmasına baxmayaraq, yeni təd-

qiqatların da böyük əhəmiyyəti vardır.

Çünki Sovetlər Birliyi dövründə apa-

rılan  tədqiqatlar  yüksək  səviyyədə

olmadığına, fotoşəkillər kifayət qədər

yaxşı qalmadığına və əksəriyyəti itib-

batdığına görə yeni tədqiqatlara ehtiyac

yaranmışdı. Ona görə də tədqiqatlar

vasitəsilə  evlərin  planının,  abidənin

stratiqrafiyasının  yerində  müəyyən-

ləşdirilməsi  və  əhalinin  həyat  tərzi

ilə bağlı yeni maddi-mədəniyyət nü-

munələrinin əldə edilməsi tariximiz

üçün olduqca böyük əhəmiyyət daşıyır. 

    “Hazırda aparılan tədqiqatlar qə-

dim  dövrdə  Kültəpə  sakinlərinin,

daha doğrusu, qəbilə, tayfa üzvlərinin

böyük hasarlarla əhatə olunmuş kiçik

evlərdə  yaşadığını  sübut  edir”,  –

deyən Vəli müəllim diqqətə çatdırdı

ki,  bir  həyətin  içərisində  bir  neçə

evin olduğu artıq arxeoloji qazıntılar

zamanı təsbit edilmişdir. Tədqiqatlar

zamanı Son Neolit və Eneolit dövr-

lərinə aid qəbir abidələri, skelet qa-

lıqları  aşkara  çıxarılmışdır.  Aşkar

olunan nümunələr müasir texnolo-

giya tətbiq edilməklə tədqiq olunur.

Arxeoloq əlavə edir: 

    – Aparılan tədqiqatlar onu göstərir

ki, Kültəpədə Neolit dövrünün so-

nunda,  eramızdan  əvvəl  VII  min -

illiyin sonundan başlayaraq yaşayış

olmuşdur. Halbuki Sovetlər Birliyi

dövründəki araşdırmalarda Kültəpədə

ən  qədim  tarix  eramızdan  əvvəl

4800-cü ili əhatə edir. İndi isə 6200-

6100-cü  illəri  göstərən  faktlar  əli-

mizdə vardır. Belə hesab edirik ki,

gələcək tədqiqatlar zamanı daha qə-

dim dövrlərə aid olan maddi-mədə-

niyyət  nümunələri  də  əldə  oluna-

caqdır. Kültəpə abidəsinin ətrafında

aşkar olunan abidələrdə də biz təd-

qiqatlar  aparırıq.  Və  bu  abidələr

kompleks  şəkildə  Son  Neolit  və

Eneolit  dövrlərinin  müxtəlif  mər-

hələlərinin ardıcıl inkişafı haqqında

məlumat verəcəkdir. Halbuki indiyə

kimi Neolit, eyni zamanda Eneolit

dövrlərinin  müxtəlif  dövrləri  haq-

qında  kifayət  qədər  məlumat  yox

idi. Bildiyimiz kimi, 10 ilə yaxındır,

Ovçular təpəsi abidəsində tədqiqatlar

aparılır. Və orada Son Eneolit döv-

rünün qalıqları vardır. Kültəpədə isə

Eneolit  dövrünün  erkən  mərhələsi

vardır.  Orta  mərhələ  isə,  hələlik,

yoxdur. Və biz belə hesab edirik ki,

Kültəpə  ətrafında  tapılan  Eneolit

abidələri  bu  boşluğu  doldurmağa

imkan verəcəkdir. Bizim də məqsə-

dimiz  bu  boşluğu  doldurmaq  və

Azərbaycanın ayrılmaz tərkib hissəsi

olan Naxçıvanın qədim tarixini bərpa

etməkdən ibarətdir. 

    Tədqiqat  yerində  Fransa  Milli

Araşdırma Mərkəzinin elmi işçisi,

biologiya  üzrə  fəlsəfə  doktoru

Remi Berthonla söhbətləşdik. Onun

dediklərindən:

     – Mən Kültəpədə heyvan sümük-

ləri üzərində araşdırmalar aparıram.

Tədqiqatlar zamanı heyvan sümük-

lərinə rast gəldim. Bu, imkan verəcək

ki,  mən  qədim  insanların  burada

hansı heyvanlardan istifadə etdiyini

biləm. İlkin məlumat olaraq deyə bi-

lərəm ki, daha çox ev heyvanlarından

istifadə olunub. Maraqlıdır ki, donuz

ətindən, ümumiyyətlə, istifadə etmə-

yiblər. İstifadə olunan heyvanlar, zən-

nimcə,  yaylaqlara  aparılıb.  Bu  da

onu göstərir ki, 8000 il bundan əvvəl

artıq  insanlar  yaylaqlardan  istifadə

etməyə  başlayıblar.  Əldə  etdiyimiz

nəticələr Neolit və Eneolit dövrlərinin

müxtəlif mərhələlərində Kültəpə qə-

dim yaşayış yerində yaşayan insan-

ların həyat tərzi haqqında məlumat

verəcək. Araşdırmalarımız sentyabr

ayının 1-nə kimi davam edəcək. 

    Qeyd  edək  ki,  hazırda  Duzdağ

ərazisində də tədqiqat işləri davam

edir.  Məlum  olduğu  kimi,  2006-cı

ildən Duzdağda tədqiqat işləri apa-

rılır. Əvvəlki tədqiqat işlərində müəy-

yən nəticələr əldə olunmuşdur. Bu

tədqiqatlar  sübut  edir  ki,  Eneolit

dövründən  başlayaraq  Naxçıvanda

mədənçilik mövcud olmuş, e.ə. 4-cü

minillikdə  bu,  daha  geniş  miqyas

almışdır. Tədqiqatçılar Duzdağı dün-

yanın  ən  qədim  duz  çıxarılan  mə-

dənin yerləşdiyi ərazi hesab edirlər.

Vəli  müəllim  bildirdi  ki,  hazırda

Duzdağda qədim qalereyaların, mə-

dənlərin  strukturu,  ən  qədim  mə-

dənlərin forması, hansı texnikalardan

istifadə olunaraq duz çıxarılması ilə

bağlı  məlumatların  əldə  olunması

istiqamətində tədqiqat işləri aparılır.

Müəyyən nəticələr əldə edilmişdir.

Aparılan  araşdırmalar  göstərir  ki,

Eneolit dövrünün sonu, Erkən Tunc

dövrünün əvvəllərindən başlayaraq

qədim  mədənçilər  açıq  üsulla  duz

çıxarmışlar. Duzların yer səthinə çı-

xan hissələri insanlar tərəfindən is-

tifadə  olunmuşdur.  Əmək  alətləri

primitiv  olduğu  üçün  bu  üsuldan

daha geniş istifadə edilmişdir. Həm

də  bu  üsul  asan  olmuşdur.  Lakin

sonradan əmək alətləri təkmilləşdikcə

insanlar  daha  dərin  quyular,  hətta

qalereyalar qazmaq kimi üsullardan

istifadə edərək duz çıxarmışlar. 

                           - 

Sara ƏZİMOVA

Kültəpə Naxçıvan Muxtar Respublikası ərazisində 

Neolit dövrünə aid olan ən nadir abidələrdən biridir

    Sağlamlıq imkanları məhdud olan insanlara,

o  cümlədən  əlillərə,  xroniki  xəstələrə  qayğı

muxtar respublikamızda həyata keçirilən sosial

siyasətin mühüm istiqamətlərindən biridir. Belə

qayğı  ardıcıl  xarakter  daşıyır  və  məqsədyönlü

şəkildə həyata keçirilir.

    Məlumat üçün bildirək ki, ahılyaşlı vətəndaşların

sosial  müdafiəsinin  gücləndirilməsi  üzrə  dövlət

proqramının icrası məqsədilə təkcə ötən il ərzində

80 yaşdan yuxarı ahılların dispanserizasiyası apa-

rılmış,  qeydiyyatda  olan  37  min  68  nəfər  ahıl

müayinədən keçirilmişdir.

    2015-ci  ilin  birinci  yarısında  əlillərin  sosial

müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan

Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən

100  nəfər  Bakı  şəhərindəki  Şağan  qəsəbəsində

yerləşən Əlillərin Müalicə Pansionatına, 178 nəfər

Mərdəkan  qəsəbəsində  yerləşən  Müharibə  və

Əmək Veteranları Pansionatına, 89 nəfər müxtəlif

xəstəxanalara müalicəyə göndərilmişdir.

    Nazirlik tərəfindən iyul ayında da bu istiqamətdə

tədbirlər davam etdirilmişdir. Belə ki, ay ərzində

muxtar respublika üzrə 29 nəfər Əlillərin Müalicə

Pansionatında, 28 nəfər Müharibə və Əmək Vete-

ranları Pansionatında, 17 nəfər isə müxtəlif xəs-

təxanalarda müalicə almışdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti

Əlillərin tibbi reabilitasiyası

diqqət mərkəzindədir

              

    Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarından biri I Kültəpə

abidəsi  Babək  rayonu  ərazisində,  Naxçıvan  çayının  sol  sahilindəki

eyniadlı kənddə yerləşir. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası

Tarix İnstitutunun arxeoloji ekspedisiyası Osman Həbibullayevin rəh-

bərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlamışdır. 

Axtarışlar, tapıntılar

    Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin pay-

taxtında fəaliyyət göstərən yüksəkixtisaslı

həkim briqadalarının dəvət olunaraq muxtar

respublikamıza  gətirilməsi  və  aztəminatlı

ailələrdən olan xəstələrin başqa ünvanlara

üz  tutmadan  müayinəsinin  və  cərrahiyyə

əməliyyatlarının təşkili davam etdirilir. Bu

sahədə Azərbaycan  Respublikası  Səhiyyə

Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası

ilə qarşılıqlı əməkdaşlıq artıq ənənə halını

alıb. Bu ilin ilk 6 ayı ərzində Azərbaycan

Respublikası  Səhiyyə  Nazirliyi  Mərkəzi

Neftçilər  Xəstəxanasının  Ürək  və  damar

xəstəlikləri şöbəsinin yüksəkixtisaslı heyəti

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin

Kardiocərrahiyyə şöbəsi ilə birgə Naxçıvan

Diaqnostika-Müalicə Mərkəzində 96 nəfərdə

müayinə, 58 nəfərdə açıq ürək əməliyyatı

aparıb.

    Həmçinin Diaqnostika-Müalicə Mərkə-



zinin  həkimləri  tərəfindən  ötən  yarımildə

120 nəfərdə koronarangioqrafiya əməliyyatı

aparılıb, ehtiyacı olan 16 nəfərə stent qoyulub,

1  nəfərdə  isə  aşağı  ətrafın  amputasiyası

həyata keçirilib.

    Mərkəzi Neftçilər Xəstəxanası Ürək-da-

mar xəstəlikləri şöbəsinin kardiocərrahı Sey-

mur Musayevin rəhbərlik etdiyi 11 nəfərlik

heyət  bu  il  yeddinci  dəfə  Naxçıvan  Diaq-

nostika-Müalicə  Mərkəzinə  dəvət  olunub.

Cərrah, anestezioloq və əməliyyat tibb ba-

cıları  ilə  təmsil  olunan  heyətə  bu  gündən

Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar

xəstəlikləri şöbəsinin müdiri, ürək və damar

cərrahı Rəşad Mahmudov da qoşulacaq.

    Heyət əvvəlcədən qeydiyyata götürülmüş

risk  faktorlu  xəstələri  müxtəlif  kardioloji

müayinələrdən keçirib, kardioloji ambulator

müayinə  və  müalicələr  zamanı  xəstələrə

tibbi məsləhət və tövsiyələr, 14 nəfər üzərində

isə açıq ürək əməliyyatı aparılmasına göstəriş

verib. 


    Ötən  şənbədən  başlayaraq  7  kardioloji

xəstə üzərində açıq ürək-aortakoronar şunt-

lama, qulaqcıqlararası defektin aradan qal-

dırılması,  süni  qapaqcıqların  qoyulması,

fallo  tetradası,  botal  axacağın  bağlanması

kimi  mürəkkəb  əməliyyatlar  aparılıb.  Bir

xəstə üzərində isə qarın aortasının anevizması

icra olunub.

    Heyət xəstələrdə müşahidə olunan gizli

ürək xəstəlikləri və onların risk amillərini

araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin

sonrakı  müayinə  və  müalicələrini  diqqət

mərkəzində saxlayır. Cərrahi əməliyyatlarda

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin

həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya,

palata  tibb  bacıları  da  yaxından  iştirak

edirlər.

    Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə

dəvət  olunmuş  daha  bir  yüksəkixtisaslı

həkim  – akademik  Mustafa  Topçubaşov

adına Elmi-Cərrahiyyə Mərkəzi Uşaq kardio -

cərrahiyyə  şöbəsinin  invaziv  kardioloqu

Elnur İmanov əvvəlcədən qeydiyyata alınmış

21  xəstə  üzərində  yerli  həkimlərlə  birgə

exokardioqrafiyanın çəkilməsi və müalicəsi

ilə  məşğul  olub,  əməliyyata  ehtiyacı  olan

anadangəlmə  ürək  qüsurlu  uşaqları  müəy-

yənləşdirərək onların qapalı ürək əməliyyatına

göstəriş  verib.  Bu  əməliyyatları  aparmaq

üçün Akademik Mustafa Topçubaşov adına

Elmi-Cərrahiyyə Mərkəzi Uşaq kardiocər-

rahiyyə  şöbəsinin  heyəti  yaxın  günlərdə

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində

anadangəlmə ürək qüsurlarının müalicəsi –

ağciyər arteriyanın və aorta qapağının qa-

paqsal darlığının ortadan qaldırılması, açıq

arterial axacağının bağlanması, aorta koar-

tasiyanın balon valvuloplastikası, qulaqcıqlar

və  mədəciklər  arası  çəpərin  invaziv  üsulu

ilə bağlanması, uşaqlarda aritmiyaların müa-

licəsi, açıq ürək əməliyyatı olmuş anadan-

gəlmə ürək qüsurlu uşaqların əməliyyatdan

sonrakı dövrdə müayinəsi və müalicəsi ilə

məşğul olacaqdır.



Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 

növbəti açıq ürək əməliyyatları aparılır

    Tədbiri giriş sözü ilə Culfa Rayon

Məşğulluq  Mərkəzinin  direktoru

Yalçın Hüseynov açaraq bildirib ki,

“Azərbaycan Respublikasının Məş-

ğulluq  Strategiyası  (2006-2015-ci

illər)”nın uğurlu icrası yoxsulluğun

nəzərəçarpacaq dərəcədə azalmasına

gətirib  çıxarıb.  Həyata  keçirilən

məşğulluq tədbirləri əhalinin sosial

müdafiəsinin  gücləndirilməsində,

insanların  daimi  işlə  təmin  olun-

masında  mühüm  rol  oynayır  və

muxtar respublika sakinləri tərəfin-

dən onlara göstərilən böyük qayğı

kimi dəyərləndirilir.

    Qeyd  olunub  ki,  vətəndaşların

səmərəli məşğulluğunun təmin olun-

ması,  onların  sosial  müdafiəsinin

gücləndirilməsi, əmək bazarının in-

kişafı  muxtar  respublikamızda  da

daim diqqət mərkəzində saxlanılan

məsələlərdəndir. Bu baxımdan yeni

müəssisələrin  fəaliyyətə  başlama-

sına,  sahibkarlığın  inkişaf  etdiril-

məsinə xüsusi önəm verilir. İşaxtaran

vətəndaşların,  xüsusilə  gənclərin

işlə təmin olunması sahəsində mü-

hüm  əhəmiyyət  kəsb  edən  tədbir-

lərdən biri də muxtar respublikada

müntəzəm  olaraq  keçirilən  əmək

yarmarkalarıdır.  Yarmarkalara  ha-

zırlıq dövründə həyata keçirilən təş-

kilati işlər, xüsusilə işəgötürənlərlə

yaradılan qarşılıqlı əməkdaşlıq mü-

nasibətləri  bu  mühüm  aktiv  məş-

ğulluq  tədbirində  işəgötürənlərin,

işaxtaran vətəndaşların fəal iştirakını

təmin edib.  

    Culfa  Rayon  İcra  Hakimiyyəti

başçısının müavini Allahverdi Qa-

sımov  çıxışında  qeyd  edib  ki,  son

illərdə  rayonun  sosial-iqtisadi  in-

kişafı istiqamətində həyata keçirilən

tədbirlər  əhalinin  məşğulluğuna

müsbət təsir göstərib, bunun da nə-

ticəsində bəhs olunan dövrdə min-

lərlə insan müvafiq işlə təmin olu-

nub. Keçirilən əmək yarmarkalarına

işaxtaran əhalinin marağının böyük

olması onu göstərir ki, işaxtaranlarda

bu yarmarkalarda ixtisaslarına mü-

vafiq  iş  tapmalarına  böyük  inam

vardır.


    İşaxtaran  vətəndaş  Rüstəm  İb-

rahimov dövlətimiz tərəfindən əha-

linin məşğulluğunun təmin olunması

istiqamətində  görülən  işlər  üçün

minnətdarlığını bildirərək deyib ki,

yeni iş yerlərinin yaradılması, əmək

bazarının tənzimlənməsi və qeyri-

məşğul əhalinin sosial müdafiəsinin

gücləndirilməsi  dövlətimizin  sosi-

al-iqtisadi  siyasətinin  əsas  tərkib

hissəsidir. Belə tədbirlər əhali tərə-

findən  rəğbətlə  qarşılanır,  onların

müvafiq  işlə  təmin  olunmaq  im-

kanlarını artırır. 

    Sonra yarmarkaya gələnlər onlara

təqdim olunan vakant iş yerləri ilə

tanış olublar. 20 təşkilatdan 169 boş

iş yerinin çıxarıldığı yarmarkada 33

nəfərə işə göndəriş verilib.

    Qeyd edək ki, növbəti əmək yar-

markası avqust ayının 25-də Ordubad

rayonunda keçiriləcək. 



Xəbərlər şöbəsi

Culfa Rayon Məşğulluq Mərkəzində növbəti 

əmək yarmarkası keçirilib

4

    Ermənilərin Füzuli və Cəbrayıl rayonlarının

ərazilərini işğal etməsi Azərbaycana milyard-

larla dollar ziyan vurub. Təkcə Cəbrayıl ra-

yonunun işğalı nəticəsində Azərbaycan iqti-

sadiyyatına dəyən ziyan 3 milyard dollardan

çoxdur. İqtisadçılar bildirirlər ki, əgər Cəbrayıl

rayonu  işğal  olunmasaydı,  indi  hər  il Azər-

baycan  iqtisadiyyatına  milyonlarla  manat

xeyir verərdi. Çünki rayonda bir çox sahələr,

o cümlədən üzümçülük, taxılçılıq, baramaçılıq,

heyvandarlıq  inkişaf  etmiş  kənd  təsərrüfatı

sahələrindən  sayılıb.  Bu  gün  də  köçkünlük

həyatı yaşayan bu insanların böyük bir qismi

yenə də aqrar sektorda çalışır. Onu da vurğu-

lamaq  lazımdır  ki,  aparılan  hesablamalara

görə, işğal altında 14 mindən çox daşınmaz

əmlak qalıb. Qeyd edək ki, Cəbrayıldan olan

60 mindən çox məcburi köçkün respublika-

mızın 58 rayonunun 2000-dən artıq yaşayış

məntəqəsində  məskunlaşıb.  Xatırladaq  ki,

1993-cü il avqustun 23-də ərazisi 1050 kvad-

ratkilometr olan Cəbrayılın Ermənistan silahlı

qüvvələri tərəfindən işğalı ilə 72 ümumtəhsil

məktəbi,  8  xəstəxana,  5  məscid,  2  muzey,

129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal

altında qalıb. 

Horadiz əməliyyatı...

    ...1993-cü ilin avqustunda cəbhənin bütün

istiqamətlərində əks-hücuma keçən ermənilər

Azərbaycanda  siyasi  hakimiyyət  uğrunda

mübarizədən yararlanıb Füzuli şəhərini işğal

etdilər. Bundan sonra düşmən qüvvələri bir

neçə istiqamətdə Arazboyu yaşayış məntə-

qələrinə doğru irəlilədilər. Məqsəd regionda

strateji  cəhətdən  ən  əhəmiyyətli,  regional

kommunikasiyaların kəsişdiyi Horadiz qə-

səbəsinin ələ keçirilməsi idi. Horadizin işğalı

ilə, eləcə də Əhmədbəyli kəndi istiqamətində

“Dörd yol” deyilən əraziyə çıxmaqla düşmən

o zaman işğal olunmamış Cəbrayıl, Qubadlı

və Zəngilan rayonlarını faktiki olaraq blo-

kadaya salırdı. Horadiz qəsəbəsinin müda-

fiəsini Sərhəd Qoşunlarının burada yerləşən

komendantlığı təşkil etmişdi. Bir neçə gün

davam edən döyüşdən sonra qüvvələrin qey-

ri-bərabər olması səbəbindən sərhəd zastavası

mövqelərini tərk edərək geri çəkilir. Ermə-

nilər Horadiz qəsəbəsini və İranla sərhəddə

yerləşən su anbarı üzərindəki körpünü tutur.

Qəsəbədəki bütün inzibati və yaşayış binaları,

neft bazası, dəmir yolu vağzalı və sair yan-

dırılır. Qeyd etdiyimiz kimi, Horadizin işğalı

ilə digər rayonlar faktiki olaraq blokadaya

düşür. Araz boyunca Beyləqana doğru irəli-

ləyən düşmən qüvvələri Arayatlı, Babı, Əh-

mədalılar, Kərimbəyli, Araz Yağlıvənd kənd -

lərini  işğal  edir.  1993-cü  il  noyabrın  7-də

ermənilər 400 nəfərə yaxın canlı qüvvə, 30-a

yaxın tank və zirehli transportyorun iştirakı

ilə  rayonun  ən  böyük  yaşayış  məntəqəsi

olan Böyük Bəhmənli kəndinə hücuma keçir.

Kəndin bir hissəsini işğal edən düşmən qüv-

vələri Azərbaycan Silahlı Qüvvələrinin ciddi

müqaviməti ilə qarşılaşır. Bu kənddə yerləşən

sərhəd  zastavasının  30  nəfər  şəxsi  heyəti

qəhrəmanlıq nümayiş etdirərək 2 gün ərzində

düşmənin bütün hücumlarını dəf edir. Düş-

mən xeyli sayda canlı qüvvəsini bu döyüş-

lərdə  itirir.  Sərhədçilər  də  bir  neçə  şəhid

verir. İki aya yaxın davam edən qanlı döyüşlər

zamanı ermənilər Böyük Bəhmənli kəndinin

bir hissəsini işğal etsələr də, kəndi tam ələ

keçirməyə nail olmurlar. Dekabr ayında ye-

nidən  hücum  edən  düşmən  bu  dəfə  Daxili

Qoşunların müqaviməti ilə qarşılaşır. Daxili

Qoşunların 5 əsgəri düşmən tankı ilə qeyri-

bərabər  döyüşdə  geri  çəkilməyərək  həlak

olur. Düşmən də bir neçə texnikasını itirərək

yenidən  geri  çəkilir.  Ümummilli  liderimiz

Heydər Əliyevin orduda apardığı islahatlar

nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na

keçən  gecə  Azərbaycan  Silahlı  Qüvvələri

Araz  boyunca  və  Əhmədbəyli-Kürdmah-

mudlu-Alxanlı kəndləri istiqamətində əks-

hücuma keçir. İki gün davam edən döyüşlərdə

Azərbaycan  ordusu  Horadiz  qəsəbəsini  və

ətraf kəndləri düşməndən təmizləyir. Ermə-

nilər  bir  neçə  yüz  nəfər  canlı  qüvvə  itirir.

Alxanlı  istiqamətində  hücum  edən  qüvvə-

lərimiz isə Qaraxanbəyli, Qorqan kəndləri-

nədək irəliləməyə nail olur.

    Bu uğursuzluqdan sonra düşmən nəhayət

atəşkəs sazişini imzalamağa məcbur olur və

1994-cü il may ayında Azərbaycan və Ermə-

nistan  arasında  atəşkəs  sazişi  imzalanır.  O

zamandan  cəbhə  xəttinin  digər  hissələrində

olduğu kimi, Füzuli rayonunda da “nə hərb,

nə sülh” vəziyyəti hökm sürür. Atəşkəs mü-

qaviləsi imzalanmasına baxmayaraq, cəbhənin

bütün  istiqamətlərində  olduğu  kimi,  Füzuli

rayonu ərazisində də tez-tez atəşkəs pozulur.

Rayon üçün digər bir problem işğaldan azad

olunmuş ərazilərin minalardan təmizlənməsidir.

Atəşkəs razılaşması imzalandıqdan sonra Fü-

zuli rayonu ərazisinin minalardan təmizlənməsi

işlərinə başlanılıb. 



Yüklə 225,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin