Avrasya İncelemeleri Dergisi Journal of Eurasian Inquiries


Üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin önəmi



Yüklə 364,53 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix02.01.2022
ölçüsü364,53 Kb.
#43235
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   13
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət..

Üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin önəmi

Müsəlman  azlıqlar  problemi  Türkiyə-Azərbaycan-Gürcüstan  arasındakı  üçtərəfli 

münasibətlərə mənfi təsir göstərməkdə və müəyyən problemlər doğrumaqdadır. Bu problemlər 

dövlətlər arasındakı səmimi münasibətlərə kölgə düşürməklə qalmayıb, regional əməkdaşlıq və 

strateji müttəfiqlik əlaqələrinin inkişafına mane olur. Halbuki üçtərəfli əməkdaşlıq çərçivəsində 

Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin daha yüksək səviyyəyə çatdırılması 

istiqamətində önəmli işlər görülür. Beynəlxalq aləmdə meydana gələn sürətli və intensiv 

dəyişmələr, xüsusilə Türkiyənin xarici siyasətini məşğul edən problemlər üçtərəfli əməkdaşlıq 

formatının inkişaf etdirilməsinə kifayət qədər zaman və diqqət ayırmağa mane olur. Son iyirmi 

ildə regionda yaşanan proseslər Rusiya-İran-Ermənistan əməkdaşlıq xəttinə qarşı Türkiyə-

Azərbaycan-Gürcüstan xəttinin gücləndirilməsinin nə qədər vacib olduğunu bariz şəkildə 

ortaya qoymaqdadır. 

SSRİ-nin dağıldıqdan sonra Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı 

mövqeyi hər üç dövlətlə siyasi, iqtisadi və mədəni əlaqələr qurmaq və əmakdaşlığı gücləndirmək, 

regional sülh və mehriban qonşuluq mühiti yaratmaq idi. Lakin müstəqilliyə addım atdığı 

ilk gündən Türkiyəyə qarşı ərazi və soyqırım iddiaları irəli sürən Ermənistan özünü regional 

əməkdaşlıq layihələrindən təcrid etmişdir. Zaman keçdikcə Cənubi Qafqaz ölkələrinin regional 

17  Митрополит Батумский Димитрий – о чуде в Аджарии, мусульманах и Патриархе Илии, http://www.

pravmir.ru/mitropolit-batumskij-i-lazskij-dimitrij-adzhariya-vernulas-k-istokam/, 06.12.2012, (Eriюim Tarihi: 

20.05.2017).

18  Kahraman, Katliarou, Anaç, s. 160.



136

Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries

Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq

siyasətinin iki müxtəlif istiqamətdə inkişaf etdiyi daha bariz şəkildə hiss edilməyə başlamışdır. 

Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan, Azərbaycan-Gürcüstan iki tərəfli əlaqələrinin inkişafı 

üç tərəfli layihələrin ortaya çıxması və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə güclü 

təkan vermişdir. Ermənistan isə öz inkişaf istiqamətini əsasən Rusiya və müəyyən qədər də 

İrana yönəltmişdir. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan qəti qərar 

qəbul edərək Müstəqil Dövlətlər Birliyindən ayrılmışdır. Bundan başqa, həm Azərbaycan 

həm də Gürcüstan MDB-nin hərbi strukturu kimi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik 

Müqaviləsi Təşkilatı üzvlüyünü qəbul etməmişdir. Ermənistan isə bu strukturun regionda “ən 

fəal üzvü” kimi çıxış etməyə başlamışdır. Bundan başqa, 2014-cü il oktyabrın 9-da Ermənistan 

Respublikası Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan (29 

may 2014-cü ildə), siyasi və iqtisadi təşkilat olan Avrasiya İqtisadi Birliyi üzvlüyünə qəbul 

edilmişdir. Həm Gürcüstan, həm də Azərbaycan bu ittifaqa qoşulmamağı məqsədəuyğun hesab 

etmişdir.

19

 Beləliklə, SSRİ-nin dağılmasından sonra meydana gələn regional sistemdə Ermənistan 



Rusiyanın bütün geopolitik, siyasi və iqtisadi layihələrinə böyük həvəslə qoşulmuşdur.

20

 



Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının təkmilləşdirilməsi 

regionda təhlükəsizlik və iqtisadi inkişaf baxımından vacib əhəmiyyət kəsb edir. Son dövrdə 

üç ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi və lazımi hüquqi 

bazanın yaradılması baxımından önəmli sənədlər qəbul edilmişdir. 8 iyun 2012 tarixli Trabzon 

Bəyannaməsi, 28 mart 2013 tarixli Batumi Birgə Kommünikesi xarici işlər nazirləri səviyyəsində 

imzalanmışdır. 19 fevral 2014 tarixində Gəncə şəhərində xarici işlər nazirlərinin zirvə görüşündə 

“2013-2015-ci illər üzrə üçtərəfli sahəvi əməkdaşlığa dair Fəaliyyət Planı”nda yeni əməkdaşlıq 

mexanizmlərinin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir. 10 dekabr 2014-cü ildə Qarsda 

imzalanan bəyannamədə hər üç dövlət daha öncə nümayiş etdirdikləri müttəfiqlik iradəsini bir 

daha bəyan etmişlər. Bundan sonra 9 fevral 2016-cı ildə Tbilisidə beşinci, 6 sentyabr 2017-ci 

ildə Bakıda altıncı, 29 oktyabr 2018-ci ildə İstanbulda yeddinci üçtərəfli görüşlər keçirilmişdir. 

Səkkizinci üçtərəfli görüş 23 dekabr 2019-cu il tarixində Tbilisidə keçirilmişdir. Bu görüşdə 

həm siyasi dialoq, həm də spesifik üçtərəfli layihələrin icrası üçün vacib platforma kimi 

Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə, Qars, Tbilisi, Bakı və İstanbul 

bəyannamələrindəki öhdəliklərin əhəmiyyətindən bəhs edilmişdir. Qəbul edilən bəyanatda 

enerji, nəqliyyat, müdafiə, ekoloji tarazlıq, innovasiya və texnologiya və s. məsələlər barədə 

üç ölkə arasında həyata keçirilən layihələrin əhəmiyyəti bir daha vurğulanmışdır. Ortaq 

bəyannamədə qeyd edildiyi kimi, əməkdaşlıq edən ölkələr “terrorizmin, zorakı ekstremizmin və 

separatizmin bütün növlərinə və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin 

və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə, silahlara, insan alverinə, mədəni və 

19  Bax: Mitat Çelikpala, Cavid Veliyev. Azerbaycan-Gürcistan-Türkiye. Bölgesel İşbirliğinin Başarılı Örneği, 

Polisy Brief, Center for International and European Studies (CIES) , Mart 2015.

20  Ali Asker, Çoxtərəfli əməkdaşlıq prizmasından Türkiyənin Cənubi Qafqaz siyasəti, Qafqazşünasların Birinci 


Yüklə 364,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin