Avropa regionu ölkələrinin siyasi-iqtisadi coğrafi səciyyəsi Avropada miqrasiya problemi


Avropada dəyərlərin itirilməsi qorxusu və islamofobiya meyillərinin artması



Yüklə 25,68 Kb.
səhifə4/5
tarix06.11.2022
ölçüsü25,68 Kb.
#67585
1   2   3   4   5
Avropada miqrasiya problemi

2. Avropada dəyərlərin itirilməsi qorxusu və islamofobiya meyillərinin artması
Son dövrlər bir sıra Avropa ölkələrində siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiya və islamofobiyanı təşviq edən fikirlər ciddi narahatlıq doğurur. Dünyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar, əlbəttə ki, qətiyyətlə pislənilməlidir. Qeyd edək ki, miqrantların əksəriyyətinin islam dininə etiqad etməsi və Avropada müsəlmanların sayının kəskin artması Avropanın öz xristian dəyərlərini itirmək qorxusunu gücləndirir.
Qərbin Yaxın Şərqdəki ssenarilərinin birbaşa nəticəsi olan terror qruplaşmalarının Avropada törətdikləri terror aktları da islamofobiya meyillərinin güclənməsinə səbəb olmuşdur. Son demoqrafik araşdırmalara görə, dünyada xristianların sayında sürətli azalma müşahidə olunur və 2025-ci ildə onlar planet əhalisinin cəmi 25%-ni təşkil edəcəklər. Ən böyük artım tempi isə müsəlmanlara aiddir (ildə təqribən 2,9%)
və 2025-ci ildə 30% göstərici ilə xristianları üstələyəcəklər. Müsəlmanların 60%-i
Asiyada yaşayır. Son 30 ildə onların sayı 3 dəfə artmışdır. Proqnozlara əsasən, 2030-
cu ilədək Avropada müsəlmanların sayının 58 milyon nəfərə çatacağı gözlənilir. Göründüyü kimi, Qərbdə islamofobiya təkcə kulturoloji bəhanlərdən deyil, həm də demoqrafik proqnozlardan qaynaqlanır. Müsəlman icmaları dünyanın 120-dən çox ölkəsində mövcuddur. 35 ölkədə (Şimali Afrika və Qərbi Asiyada) onlar əhalinin 80 faizdən çoxunu, İndoneziya, Hindistan, Pakistan və Banqladeşdə isə mütləq çoxluğu təşkil edirlər. Qərbi Avropaya islamın cəmi bir neçə on il əvvəl gəlməsinə baxmayaraq, müsəlman icmalarının sayı burada sürətlə artmaqdadır. Təkcə Avropada Orta Asiyanın üç respublikasında yaşayan cəmi əhalidən çox müsəlman məskunlaşmışdır. Dünya üzrə müsəlman icmaları faiz etibarilə ən çox Qərbi Avropada, xüsusilə Fransada, daha sonra isə Almaniyada yaşayır. Beləliklə, Avropada miqrantların, xüsusilə müsəlmanların sayının artması yerli əhali arasında mövcud iş yerlərini itirmək, müavinətlərdən faydalana bilməmək qorxusunu artırmışdır. Yerli əhalinin müqaviməti, etnik və dini münasibətlərdə gərginliyin şiddətlənməsi, sağ təmayüllü millətçilərin, məsələn, Fransada Marin Le Penin rəhbərlik etdiyi "Milli Cəbhə" Partiyasının mövqeyinin möhkəmləndirilməsi ilə nəticələnmişdir. Marin Le Pen müsəlmanların küçədə kütləvi namaz qılmalarını 1940-1944-cü illərdə Fransanın Hitler Almaniyası tərəfindən işğalına bənzətmişdir. İslam dini əleyhinə kəskin çıxışları ilə seçilən hollandiyali siyasətçi Qert Vilders "Multikulturalizmin iflası və ya islam hücumunun qarşısını necə almalı?" adlı məqaləsində islamı "təhlükəli ideologiya" adlandırmış, onun "Qərb həyat tərzinə uyğun olmaması" qənaətinə gəlmişdir. Bundan başqa, İsveçrədə 2009-cu ildə minarələr qadağan edilmişdir. Fransada baş örtüyünün qadağan edilməsi məsələsi son illərdə bir neçə dəfə gündəmə gəlmişdir. Flaman Mənfəəti Partiyasının keçmiş sədri Filip Devinterin 2004-cü ildəki seçki kampaniyasında Belçikanı islam işğalından xilas edəcəyini deməsi və bu qəbildən miqrantlar əleyhinə çıxışları səbəbindən irqi ayrı-seçkilik saldığı əsas gətirilməklə partiya Kassasiya Məhkəməsi tərəfindən bağlanmışdır. Hollandiyada 2002-ci ildə keçirilən seçkilər nəticəsində parlamentdə 36 yerlə təmsil olunan Azadlıq Partiyasının sədri Pim Fortuyn “Mədəniyyətimizin islamlaşmasına qarşı” adlı kitab yazmışdır.
Mərkəzi ofisi Vaşinqtonda yerləşən PEW Araşdırmalar Mərkəzinin avropalıların miqrantlar haqqında nə düşündüyünə dair anket sorğusuna əsasən, Avropa əhalisinin əksəriyyətini təmsil edən 10 Aİ ölkəsinin 8-də artmaqda olan miqrant sayının terror hücumları ehtimalını artırdığını düşünənlərin sayı 50%-dən çoxdur. Bu fikri dəstəkləyənlərin sayı müvafiq olaraq Macarıstanda 76%, Polşada 71%, Hollandiya və Almaniyada 61%-dir. Bununla yanaşı terror hücumlarına məruz qalan Fransada əhalinin 46%-i miqrantların ölkələrinə gəlmələrinin terror təhlükəsini artırdığına inanır. Qeyd edək ki, avropalıların miqrantlarla bağlı narahatlıqlarının təkcə terrorizmlə əlaqədar olmadığı müşahidə edilir. Statistika onların miqrantları öz ölkələri üçün iqtisadi yük və öz hüquqlarına təsir edən qüvvə kimi gördüklərini əks
etdirir. Anket sorğusunun keçirildiyi 10 ölkə vətəndaşlarının yarısı və hətta yarısından çoxu özlərinin malik olduqları işləri və sosial yardımları miqrantlara görə itiricəklərini düşünürlər. Bu mövqeyi bölüşən ölkələr müvafiq olaraq Macarıstan - 82%, Polşa - 75%, və Yunanıstandır - 72%. Almaniya və İsveçdə bu cür düşünənlərin nisbəti müvafiq olaraq 31% və 32%-dir. Almaniyada əhalinin 59%-i, İsveçdə isə 62%-i miqrantların öz iş və bacarıqları ilə onların ölkələrinə töhfə verəcəkləri qənaətindədirlər.

Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin