Avropa regionu ölkələrinin siyasi-iqtisadi coğrafi səciyyəsi Avropada miqrasiya problemi


Müqayisə üçün qeyd etmək olar ki, əgər 1950-ci illərdə Avropa əhalisinin 800 000 nəfəri müsəlman idisə, 2010-cu ildə bu rəqəm 44 milyon nəfərə çatmışdır



Yüklə 25,68 Kb.
səhifə3/5
tarix06.11.2022
ölçüsü25,68 Kb.
#67585
1   2   3   4   5
Avropada miqrasiya problemi

Müqayisə üçün qeyd etmək olar ki, əgər 1950-ci illərdə Avropa əhalisinin 800 000 nəfəri müsəlman idisə, 2010-cu ildə bu rəqəm 44 milyon nəfərə çatmışdır. Bu isə Avropanın əsrlərdir mühafizə etdiyi dəyərlər sisteminə təhlükə kimi qarşılanır.
Ötən əsrin sonlarına doğru, xüsusilə Sovet imperiyasının süqutundan sonra dünyada yeni münasibətlər sistemi formalaşmağa başladı. Artıq bir sıra mərkəzlər 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasının ardından Avropada yeni bir fəlakət dalğasının, müharibələrin qarşısını almağa və sülhün, təhlükəsizliyin təmin olunmasına yönəlmiş formulları təkrar gözdən keçirməyə, ötən əsrin ortalarında gerçəkləşdirilmiş yenidənqurmanın baza sütunlarını yavaş-yavaş sıradan çıxarmağa başladılar. Bu vaxta qədər Yaxın Şərqin müsəlman ölkələrində baş vermiş lokal və
qısamüddətli müharibələrin ardından daha geniş miqyaslı qeyri-humanitar proseslərin ilkin işartıları göründü. 2001-ci ilin 11 sentyabr hadisələri isə yeni dünya nizamının formalaşmasında "milad" rolunu oynadı. Yetişmiş olan və dünyanı yeni böhranla üz-üzə qoyacaq hadisələrin "start düyməsi" basıldı. Mədəniyyətlər, sivilizasiyalar arasında toqquşmalar daha geniş spektrlərə yayılmağa, hətta hərbi müdaxilələrə gətirib çıxardı. Avropanın sərhədləri bir anda barıt çəlləyinə çevrildi.
Avropada miqrasiya böhranının siyasi, iqtisadi və sosial təsirləri

Məlumdur ki, Sovet İttifaqının süqutu çoxlu sayda insanın Qərbə yönəlməsinə səbəb oldu. Yuqoslaviya münaqişələri, Bosniya-Herseqovinadakı silahlı münaqişə, 1999-cu il Kosovo müharibəsi və humanitar böhran 850 mindən çox insanın öz yaşadıqları yerlərdən uzaqlaşmalarına təkan verdi. Daha sonra İraq və Əfqanıstanda işğal, Misir, Liviya, Tunis və digər müsəlman ölkələrində kənardan idarə olunan "inqilab"lar, Suriyada vətəndaş müharibəsi sadəcə bu dövlətləri və onların xalqlarını öz buxovuna almadı, bu, eyni zamanda Qərb dövlətlərini də ciddi təhdid edən başlıca problemə çevrildi. Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutmuşdur.


Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, təkcə 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçmiş, onlardan 181.500 nəfəri Yunanıstana, 108.500 nəfəri isə İtaliyaya daxil olmuşdur. Qurumun həmin ilin iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir. 2016-cı ildə isə Aralıq dənizi vasitəsilə Avropaya 357 249 nəfər miqrant gəlmişdir. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsi ilə öz niyyətlərinə çatmışdır. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul etmişdir. Bu gün dünyadakı bütün miqrantların 3-dən 2-si Avropada yaşayır.
 Beynəlxalq Miqrant Təşkilatı Avropaya quru və dəniz yolu ilə gələn miqrantların sayının 2015-ci ildə 1 milyon 6 mindən çox olduğunu açıqladı. Onların arasında ölən və dənizdə itkin düşənlərin sayı 3735 nəfər olmuşdur.
Sadəcə bu iki il ərzində qeyri-leqal miqrasiyanı ifadə edən rəqəmlər hazırda problemin nə qədər dərin olduğunu anlamağa imkan verir. Şübhəsiz, miqrasiya axınının genişlənməsi bu prosesin bu qədər dramatik hal almasında bir formada iştirak edən Avropanın özündə də yeni problemlərin artmasına rəvac vermişdir.
İlk növbədə miqrasiya iqtisadi həyata təsir edərək qlobal iqtisadiyyatın yaranmasını, transmilli korporasiya və beynəlxalq əmək bazarının formalaşmasını şərtləndirir. İnformasiya məkanına təsir edərək müvafiq qlobal sosial, eləcə də cinayətkar şəbəkələrin formalaşmasına səbəb olur. İqtisadi baxımdan inkişaf edən ölkələrə üz tutan miqrant axınlarının qeyri-leqal formaları, onun kölgə iqtisadiyyatı və mütəşəkkil cinayətkarlıqla əlaqəli olan kriminallaşması meyilləri, beynəlxalq terrorizm və transmilli cinayət şəbəkəsi tərəfindən istifadə olunması bu gün milli dövlətlərin təhlükəsizliyi üçün yaranan əsas təhlükələrdən biridir. Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Son zamanlar bir sıra dövlətlərdə milli, irqi zəmində diskriminasiyanın şiddətlənməsi bunun bariz sübutudur. Miqrasiya axınları dövlətin bütövlüyünü, sərhədlərinin kövrəkliyini, “boz zonaların” yaranmasını şərtləndirir. Özünü təcrid edən “miqrant anklavlarının” yaranması sosial gərginlik mənbəyi kimi çıxış edir. Avropanın inkişaf etmiş ölkələrinin əsas problemləri əhalinin doğum səviyyəsinin aşağı olması, yaşlanma və işsizlikdir ki, bu da miqrasiya sahəsində dövlət siyasətinin yeni həll yollarının qəbul olunmasına ehtiyacı şərtləndirir. Eyni zamanda miqrantların axını bu ölkələrdə sosial sabitliyə təhlükə yaradır ki, bu da onların miqrantların yeni mühitə uyğunlaşması və inteqrasiyası ilə əlaqədar külli miqdarda maliyyə vəsaiti ayırmasına gətirib çıxarır. Miqrasiya prosesləri səbəbindən sosial və etnik münaqişələrin yaranması təhlükəsi qloballaşmış dünyanın mövcud reallıqlarındandır.

Yüklə 25,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin