Azərbaycanın mədəni irsinin zəbt edilməsi və dağıdılması
(Strasburq, 27 iyun 2001-ci il)
Azərbaycan Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbaycan
torpaqlarının 20 faizini işğal etməkdən əlavə, ermənilər ölkənin zəbt olunmuş bölgələrində Azərbaycanın milli-
mənəvi irsini məhv edirlər. Bir çox beynəlxalq təşkilatların müraciətinə baxmayaraq, Ermənistan işğal olunmuş
bölgələrdə Azərbaycanın mədəni sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım atmamışdır.
İşğal olunmuş ərazidə 500 tarixi-memarlıq və 100-dən çox memarlıq abidəsi, 22 muzey, 4 şəkil qalereyası,
927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı qalmışdır.
İşğal nəticəsində tunc dövrünə aid nadir abidələr - 100-dən çox Xocalı kurqanı yerlə yeksan edilmişdir.
Parlament Assambleyası belə xəbəri təşviş hissi ilə qarşılamışdır ki, insan sivilizasiyasının qədim
məskənlərindən biri olan Azıx mağarası silah anbarı kimi istifadə olunur.
Azərbaycanın ədəbiyyat və incəsənət nümunələrinin ermənilər tərəfindən təhqirə məruz qalması
Azərbaycan xalqını ciddi narahat edir.
Uzun əsrlər boyu yaradılmış mədəni irsin yalnız bir xalqa və ya ölkəyə mənsub olmadığını, dünya
mədəniyyətinin bir parçası olduğunu nəzərə alaraq Parlament Assambleyası Avropa Şurasının Nazirlər
Komitəsinə müraciət edir, Azərbaycanın mədəni irsinə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını
almağa çağırır.
|