Avropa şurasi (AŞ pa)


Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə33/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   29   30   31   32   33   34   35   36   ...   60
Avropa Şurası

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində  

Ermənistanın himayədarlıq etdiyi terrorçu təşkilatlar şəbəkəsi 

(Strasburq, 24 iyun 2002-ci il) 

 

Azərbaycan Respublikasının işğal olunmuş  və beynəlxalq qanunların işləmədiyi 20 faiz ərazisi faktiki 



olaraq, Avropa məkanından təcrid edilmiş və dünya birliyi üçün ciddi təhlükə zonasına çevrilmişdir. Azərbay-

can Respublikasının işğal olunmuş  ərazilərindəki terrorçu təşkilatlarının maliyyə  qaynağını narkobiznes, nüvə 

layihələri, qanunsuz silah alveri təşkil edir. ABŞ Dövlət Departamentinin 2000-ci il mart hesabatında Dağlıq 

Qarabağ ərazisində narkotik maddələrin qanunsuz becərilməsi və istehsalı ilə bağlı müddəaların əksini tapması, 

2002-ci ilin mayında ABŞ Dövlət Departamentinin qanunsuz nüvə layihələrini gerçəkləşdirən erməni 

şirkətlərinə qarşı sanksiyaların tətbiqi haqda qərar qəbul etməsi qanundankənar bölgədə bu cinayətkar prosesləri 

Ermənistan dövlətinin himayəsi altında idarə edən terrorçu şəbəkələrə xüsusi diqqət ayırmağı zəruriləşdirir. 

İşğal  ərazilərinin nəzarətsizliyi ermənilərin ASALA və  "Haydud" terrorçu təşkilatlarından savayı, onlarla 

əməkdaşlıq edən bir sıra xarici ölkələrin terrorçu təşkilatların da burada təlim-məşq düşərgələri salması  və 

maneəsiz fəaliyyəti üçün münasib imkan yaratmışdır. 

İşğal altındakı  Kəlbəcərdə Livanın "Qayıdan qəhrəmanlar təşkilatı" (rəhbəri Beyrut ermənisi O.Ter-

Qriqoryan), Laçında PKK kürd separatçı təşkilatının xüsusi dəstəsi (C.Şamoyan), "Vartan cəngavərləri" terror 

təşkilatı (rəhbəri A.Babacanyan), Zəngilanda Livanın "Həmas" qrupunun "Ziyəddin  əl-Qissan" hərbi qanadı, 

Xankəndində Yunanıstanın "Milli dirçəliş təşkilatı" terrorçu qrupu (rəhbəri E.Qalustyan) və s. fəaliyyətdədir. 

1970-1980-ci illərdə Fransada terror aktları törətmiş məşhur beynəlxalq terrorçular - ABŞ vətəndaşı Monte 

Melkonyana,  İran vətəndaşı Vazgen Sisliyana, Suriya vətəndaşı Varujan Qarbijyana və  başqa terrorçulara 

Ermənistan Prezidentinin fərmanı ilə  rəsmən milli qəhrəman, Qarabağ müharibəsinin qəhrəmanı adlarının 

verilməsi, onlara dövlət qayğısı göstərilməsi Ermənistan Respublikasının terrorizmə  rəsmi dövlət dəstəyi 

verməsinə  əyani sübutdur. Assambleya Azərbaycanın işğal edilmiş  ərazilərindəki "qanundankənar" zonanın 

bütün Avropa üçün təhlükə  mənbəyi olduğunu  qeyd edərək üzv dövlətləri problemin həlli üçün səylərini 

artırmağa çağırır. 

Assambleya Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki və ondan kənardakı 7 başqa işğal rayonundakı 

mövcud vəziyyəti araşdırmaq üçün monitorinq qrupunun yaradılması zəruriliyini təkidlə vurğulayır. 

Assambleya Nazirlər Komitəsinə tövsiyə edir ki, beynəlxalq nəzarətin olmamasından istifadə edərək işğal etdiyi 

əraziləri terrorçu qrup və  şəbəkələrin yerləşdirilməsi, narkotiklərin yetişdirilməsi və tranziti, məxfi  nüvə 

layihələrinin icrası üçün istifadə edən Ermənistanın beynəlxalq hüquq normalarına və Avropa  Şurası 

Nizamnaməsinə zidd olan fəaliyyətlərini təxirə salmadan dayandırmasından ötrü lazımi tədbirlər görsün.  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin