Avropa şurasi (AŞ pa)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə35/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
Avropa Şurası

 

AzərTAC, 

«Xalq qəzeti» 

Strasburq, 

24 sentyabr 2001-ci il 


Avropa Şurası Parlament Assambleyasının sessiyasında 

Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri,  

Milli Məclisin deputatı İlham Əliyevin çıxışı 

(Strasburq, 24 aprel 2001-ci il) 

 

Mütəşəkkil cinayətkarlığın artmasının mühüm səbəblərindən biri müvafiq dövlət strukturlarının bu sahəyə 



az nəzarət etməsi və ya bəzən tamamilə nəzarət etməmişdir. 

Azərbaycan bu məsələdən xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən 

biri məhz bizim ərazidədir. «Dağlıq Qarabağ Respublikası» deyilən  ərazidə  nəinki Azərbaycanın hakimiyyət 

orqanlarının, bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların da heç bir nəzarəti yoxdur. 

Azərbaycan  ərazisinin 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunması ilə  nəinki bir 

milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı  şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, 

əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri  ərazidə bütün 

infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri  ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün 

çox  əlverişli  şərait yaranmışdır. Mən sizin diqqətinizi bizim təhlükəli vəziyyətimizi göstərən bir neçə fakta 

yönəltmək istərdim. 

«Dağlıq Qarabağ Respublikası» deyilən  ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün 

istifadə edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət 

strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və 

tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər. Onları «Dağlıq Qarabağ Respublikası»nın 

bədnam rəhbərləri müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal 

olunmuş ərazisini əldə saxlamaq və muzdlulara haqq ödəmək üçün istifadə edirlər. 

Yaxşı  məlumdur ki, Rusiyanın keçmiş  rəhbərləri özlərinin müvafiq  strukturlarına Ermənistana qanunsuz 

yolla bir milyard dollarlıq silah ötürməsinə icazə vermişdilər. 

Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər  ərazilərində 

yerləşdirilmişdir. Mən sual edirəm: Ermənistan və Dağlıq Qarabağ bu silahları almaq üçün bu  qədər  pulu 

haradan tapdı? Bu regiondakı  vəziyyəti bilən hər kəsə aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir. 

Ermənistan  əsas etibarilə xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə 

adam Ermənistanı tərk etmişdir. 

Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar, - buna güman azdır, - ya da narkotiklərin satışından 

əldə olunan pullara alırlar. 

Dağlıq Qarabağda mövcud olan, qanunsuz iqtisadi fəaliyyət göstərən bu qondarma «respublika» «çirkli 

pulların yuyulması» əməliyyatları sahəsində məşhurlaşmışdır. 

Ermənilər Dağlıq Qarabağın  ərazisində silahlı birləşmələrə  təlim keçirlər, bu birləşmələr terrorizmə qarşı 

mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır. 

Biz bütün Avropa strukturlarından xahiş edirik ki, erməni təcavüzkarlarının, işğalçılarının torpaqlarımızdan 

çıxması üçün, bir milyon qaçqının insanı hüquqlarını pozmağa və torpaqlarımızdan öz cinayətkar əməllərindən 

ötrü istifadə etməyə son qoymaları üçün ciddi əməli tədbirlər görsünlər. 

Təşəkkür edirəm. 

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin