Avropa şurasi (AŞ pa)


- Sizi bu münasibətlə təbrik edirik. Artıq bir neçə gündür ki, Azərbaycanın parlament nümayəndə heyəti



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə38/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   34   35   36   37   38   39   40   41   ...   60
Avropa Şurası

- Sizi bu münasibətlə təbrik edirik. Artıq bir neçə gündür ki, Azərbaycanın parlament nümayəndə heyəti 

Sizin rəhbərliyinizlə Strasburqda səfərdədir. Biz müntəzəm olaraq məlumatlar  ələ edirik. Siz orada çox 

maraqlı, işgüzar görüşlər keçirirsiniz. Həmin görüşlər, orada müzakirə olunan məsələlər barədə  məlumat 

verərdinizmi? 

-  Doğrudan da, biz çoxlu görüşlər keçiririk. Bu görüşlər müxtəlif formatda və müxtəlif formada keçirilir. 

Mən bunları iki hissəyə bölə bilərəm. Birinci hissə rəsmi görüşlərdən ibarətdir.  

İkinci hissə isə nümayəndə heyətlərinin digər nümayəndə heyətlərinin üzvləri ilə görüşləridir. Deyə bilərəm 

ki, artıq biz çox səmərəli işlər görürük. Avropa Şurası Parlament Assambleyasının keçmiş prezidenti və eyni 

zamanda hazırda fəxri prezidenti xanım Leni Fişerlə  rəsmi  şəkildə görüşüm olubdur. Eyni zamanda Rusiya 

nümayəndə heyətinin rəhbəri ilə görüşün və bu nümayəndə heyətinin üzvləri ilə Azərbaycan nümayəndə 

heyətinin görüşü keçirilmişdir. Təbii ki, türkiyəli dostlarımızla hər gün mütəmadi qaydada əlaqə saxlayırıq və 

müxtəlif məsələləri müzakirə edib birgə  tədbirlər  keçirməyə başlamışıq. Bildiyiniz kimi, bir müddət bundan 

qabaq AŞPA-dakı Azərbaycan nümayəndə heyəti Ankarada olarkən Türkiyənin müvafiq nümayəndə heyətinin 

üzvləri ilə görüşmüşdür. Orada mən təklif etmişdim ki, biz həm sessiyalarda, həm də sessiyalardan əvvəl 

məsləhətləşmələr keçirək və vahid bir proqramla, eyni bir mövqedən çıxış edək. Artıq biz buna nail olduq. 

Azərbaycan və Türkiyə nümayəndə heyətləri birgə əməli fəaliyyətə başlamışlar. Deyə bilərəm ki, burada çox 

gözəl əməkdaşlıq müşahidə olunur. Bizim deputatlarımız müxtəlif ölkələrdən olan deputatlarla çox gözəl işləyir, 

danışıqlar aparırlar. Artıq biz onlardan dəstək alırıq. Sizə bildirmək istəyirəm ki, bəzi məsələlər üzrə  rəsmi 

sənədlər də tərtib etmişik. Onları indi sessiyada paylayacağıq. O cümlədən Ermənistan tərəfindən Azərbaycana 

qarşı törədilmiş soyqırımına dair rəsmi şəkildə sənəd hazırlamışıq. Müxtəlif ölkələrdən olan nümayəndələr də 

bu sənədə qol çəkdilər, yəni ki, burada görüşlər, dediyim kimi, həm rəsmi qaydada, həm də qeyri-rəsmi keçirilir. 

Azərbaycan nümayəndə heyətinə çox böyük hörmət bəsləndiyini görürük və bu da bizi çox sevindirir. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin