Avropa şurasi (AŞ pa)


"İlham  müəllim, Siz dediniz ki, Dağlıq Qarabağla bağlı Azərbaycan gerçəkliklərini Parlament



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   36   37   38   39   40   41   42   43   ...   60
Avropa Şurası

"İlham  müəllim, Siz dediniz ki, Dağlıq Qarabağla bağlı Azərbaycan gerçəkliklərini Parlament 

Assambleyasında artıq öz deputat həmkarlarınızın nəzərinə çatdırmışınız. Bütün bunlardan sonra Parlament 

Assambleyasında təmsil olunan deputatların bu məsələyə münasibəti dəyişibmi, yoxsa müəyyən bir fikir 

formalaşmayıbdır? 

- Deyə bilərəm ki, münasibət dəyişir. Çünki bilirsiniz ki, ümumiyyətlə, son zamanlar dünyada ictimai rəy 

Azərbaycanın xeyrinə  dəyişir. Azərbaycan çox müxtəlif tədbirlərdə öz mövqeyini açıq  şəkildə bildirmişdir. 

Artıq bütün dünya açıq  şəkildə bilir ki, bu münaqişənin nəticəsi nə olubdur və münaqişənin kökündə hansı 

məsələlər durur. Artıq Ermənistan bütün dünyaya işğalçı bir dövlət kimi təqdim olunubdur. Çox sevindirici 

haldır ki, bayaq sizə dediyim o rəsmi bəyanata müxtəlif ölkələrdən olan deputatlar da öz imzalarını atıblar. 

İspaniyadan, Litvadan,   Türkiyədən,   Ukraynadan,   digər  ölkələrdən olan deputatlar, yəni Azərbaycanın haqlı 

olduğunu artıq duymağa,  eşitməyə,  anlamağa başlayıblar.  Bu,  çox  sevindirici  haldır. Dediyim kimi, bu, 

Avropa  Şurası Parlament Assambleyasının sessiyasında ilk iştirakımızdır və  qərara gəlmişik ki, hər bir 

sessiyada çox fəal iştirak etməliyik, hər bir məsələ barəsində çıxış etməli və Azərbaycan haqqında həqiqətləri 

çatdırmalıyıq. Əgər bunu nəzərə alsaq, mən hesab edirəm ki, bizim burada fəaliyyətimiz gələcəkdə çox böyük 

səmərə verəcəkdir. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin