müxtəlif partiyaların üzvləri, eyni zamanda bitərəf deputatlar da təmsil olunur. Buna baxmayaraq, mən hesab
edirəm ki, biz burada vahid bir mövqedən çıxış etməliyik. Ümummilli məsələlərdə iqtidar-müxalifət
olmamalıdır. Ümummilli məsələlərdə bütün siyasi qüvvələr birləşməli, bütün cəmiyyət bir olmalıdır ki, biz çətin
və ağır problemləri həll edək. Burada çox səmimi şərait yaranmışdır. Biz bütün məsələləri birlikdə müzakirə
edirik, planlarımızı birgə qururuq, hansı addımları atmalıyıqsa, onları birgə müzakirə edirik, vahid bir proqram
üzrə hərəkət edirik. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, digər nümayəndə heyətlərindən fərqli olaraq,
Azərbaycan nümayəndə heyəti çox mütəşəkkil şəkildə fəaliyyət göstərir. Təbii ki, bu, assambleyada çoxdan
təmsil olunan deputatlar tərəfindən də müsbət qiymətləndirilir. Çünki biz təkcə özümüzə aid məsələlər yox, eyni
zamanda Avropa üçün, bütün bəşəriyyət üçün vacib olan məsələlər barəsində də fikirlərimizi söyləyirik. Biz
buraya, bu quruma daxil olarkən bildirirdilər ki, Azərbaycan parlamentinin nümayəndə heyəti Avropa Şurasının
çox dəyərli üzvü olacaqdır. Artıq biz bunu görürük. Artıq bu, baş verir. Mən əminəm ki, gələcəkdə də
fəaliyyətimiz nəticəsində təkcə Azərbaycanın problemlərinin yox, ümumiyyətlə, Avropa ölkələri qarşısında
duran problemlərin həllində də biz öz köməyimizi göstərəcəyik.
Dostları ilə paylaş: