Avropa şurasi (AŞ pa)


qəbul olunubdur. Bu barədə bir qədər ətraflı məlumat vermək mümkündürmü?



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə50/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
Avropa Şurası

qəbul olunubdur. Bu barədə bir qədər ətraflı məlumat vermək mümkündürmü? 

-  Mən sizə deyə bilərəm, biz çoxdan çalışırıq ki, Ermənistan-Azərbaycan münaqişəsini Avropa Şurasının 

müzakirəsinə çıxaraq. Təbiidir ki, Ermənistan tərəfi bunu istəmirdi. Səbəblər də aydındır. Çünki onlar məsələni 

ört-basdır etmək istəyirlər. Bu məsələnin müzakirəyə  çıxarılması onlar üçün sərfəli deyildir. Çünki əgər bu 

məsələ müzakirəyə  çıxarılarsa, onların kim olduğunu, Ermənistanın real işğalçı, təcavüzkar dövlət olduğunu 

bütün Avropa Şurası açıq-aydın görəcəkdir. Ona görə hər cəhdlə buna etiraz etməyə çalışırdılar. Bizim burada 

bir neçə ay apardığımız gərgin və düşünülmüş fəaliyyətimizin nəticəsində nail olmuşuq ki, Avropa Şurasının 51 

deputatı bu sənədə qol çəkibdir. Nəzərə alsaq ki, sessiyada cəmi 150 deputat iştirak edir, deməli, deputatların 

üçdə bir hissəsi bu sənədə qol çəkib və beləliklə, yaxın gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsi burada 

müzakirə obyektinə çevriləcəkdir. Bu, bizim üçün çox vacibdir. Çünki bu məsələ  nə  qədər çox müzakirə 

olunarsa, dünya ictimaiyyəti Azərbaycanın haqlı, ədalətli mövqe tutduğunu bir o qədər çox görəcəkdir. 

Ermənistanı isə başqa çarəsi yox idi. Ermənistan nümayəndəsi məcbur olub o sənədə qol çökmək istəyirdi. 

Ancaq biz hesab etdik ki, bu, artıq lazım deyildir. Beləliklə, 51 nəfər bu sənədə qol çəkibdir. 

İkinci sənəd təhsil məsələləri ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycanda işğal altında olan bölgələrdə minə 

qədər təhsil ocağı dağılıbdır və indi uşaqlar, qaçqın düşmüş ailələrdən olan şagirdlər çox böyük çətinliklər 

çəkirlər. O sənədə  də 13 ölkəni təmsil edən 23 deputat qol çəkmişdir. Burada məsləhət görülmüşdür ki, bu 

məsələ  də müzakirəyə çevrilsin. Hesab edirəm ki, biz kifayət qədər uğurlu işləmişik. Azərbaycan üçün çox 

vacib olan sənədlər hazırlamışıq, Avropa Şurasının dəstəyini tam şəkildə almışıq və gələcəkdə də fəaliyyətimizi 

bu sahədə davam etdirəcəyik. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin