- İlham müəllim, Siz ermənilərin yaşadığı, güclü erməni lobbisinin mövcud olduğu bir ölkədə ASALA
erməni terrorçu təşkilatının çox kəskin şəkildə, cəsarətlə pislədiniz. Avropa Şurasında bu məsələləri necə
qarşıladılar? Bizim üçün bu, çox maraqlıdır.
- Bilirsiniz, məsələ bundadır ki, Ermənistanla bağlı hər hansı bir məsələ ortaya çıxanda erməni lobbisi
çalışır ki, bu məsələni diqqətdən uzaqda saxlasınlar. Mən sizi inandırıram, bəlkə də deputatların əksəriyyəti heç
bilmirdi ki, ASALA nə təşkilatdır. Halbuki, ASALA terror təşkilatı dünyada minlərlə günahsız adamı məhv
etmişdir. Ancaq biz görürdük ki, burada o təşkilat haqqında kifayət qədər məlumat yoxdur. Ona görə mən
çıxışımda bu barədə qəti şəkildə bildirirdim. Sonra da başqa ölkələri təmsil edən deputatlarla ikitərəfli
danışıqlarda bu məsələnin təkcə Azərbaycan, Türkiyə üçün yox, ümumiyyətlə, Avropa, dünya üçün nə qədər
təhlükəli və ciddi olduğunu onların nəzərinə çatdırdım. Biz bu istiqamətdə öz işimizi davam etdirməliyik,
işğalçı dövləti ifşa etməliyik. Özü də bizim bütün dəlillərimiz, sübutlarımız faktlar üzərində qurulubdur. Erməni
deputatı kimi havadan götürülmüş, yaxud da hansısa şayiə xarakterli məlumatları vermirik, bunu özümüzə rəva
bilmirik. Biz o cür mötəbər məclisi aldada bilmərik. Yəni bizim bütün faktlarımız realdır, həqiqətdir. Sadəcə
olaraq, hərə öz yerində, hər təşkilatda, hər bir yerdə bu həqiqətləri dünyaya çatdırmalıdır. Əgər biz buna nail
olsaq, onda mən sizi inandırıram ki, Ermənistanın terrorçu dövlət kimi artıq formalaşmaqda olan imicini yaxın
gələcəkdə daha da gücləndirəcəyik.
Dostları ilə paylaş: |